21-12-2024, 10:25
27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
Nazirlər Kabineti “Əlavə dəyər vergisindən (ƏDV) azad olunan bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikaların, habelə onların ehtiyat hissələrinin Siyahısı”nın təsdiq edilməsi və “Əlavə dəyər vergisindən azad olunan kənd təsərrüfatı texnikalarının ehtiyat hissələrinin Siyahısı”nın təsdiq edilməsi haqqında” 31 mart 2020-ci il tarixli qərarının ləğv edilməsi barədə “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 3 dekabr 2021-ci iltarixli qanunun tətbiqi və həmin Qanunun tətbiqi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi barədə” ölkə prezidentinin 29 dekabr 2021-ci il tarixli fərmanının 2.1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə qərar qəbul edib.
Sozcu.info xəbər verir ki, bununla bağlı yeni qərarı Baş Nazir Əli Əsədov imzalayıb.
Qərara əsasən "ƏDV-dən azad olunan aqrar avadanlıq və texnikaların siyahısı" təsdiq edilib.
"Dövlət aqrar sahədə kənd təsərrüfatı məhsulları istehsalçılarına dəstək tədbirləri çərçivəsində kənd təsərrüfatı texnikalarının əldə edilməsi zamanı vergi güzəştləri tətbiq edil. Belə dəstək tədbirlərindən biri kimi Vergi Məcəlləsinin 164.1.34-cü maddəsinin 3 dekabr 2021-ci il tarixinə qədər mövcud olan redaksiyasına əsasən bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikaların, habelə siyahısı Nazirlər Kabinetinin təsdiq etdiyi kənd təsərrüfatı texnikasının ehtiyat hissələrinin istehsalı, idxalı və satışı ƏDV-dən azad olunub. ƏDV-dən azad olunan bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikaların dəqiq siyahısının olmaması və onların bilavasitə kənd təsərrüfatı texnikası olmasının müəyyən edilməsi ilə bağlı yaranan problemlərin həlli məqsədilə 3 dekabr 2021-ci il tarixli qanunla Vergi Məcəlləsinin 164.1.34-cü maddəsində dəyişiklik edilib və istehsalı, idxalı və satışı ƏDV-dən azad olunan bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikaların, habelə kənd təsərrüfatı texnikasının ehtiyat hissələrinin siyahısını Nazirlər Kabinetinin müəyyən etməsi nəzərdə tutulub.
Bu Qərarla istehsalı, idxalı və satışı ƏDV-dən azad olunan bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikaların, habelə kənd təsərrüfatı texnikasının ehtiyat hissələrinin konkret siyahısı müəyyən edilərək, həmin texnikaların istehsalı, satışı və idxalı prosesində onların təyinatı ilə bağlı yaranan qeyri-müəyyənliklərin, bununla bağlı vətəndaşların, gömrük, vergi və digər sahələrdə fəaliyyət göstərən dövlət orqanlarının qeyd olunan səbəblərdən yaranan əlavə iş yükünün aradan qaldırılmasına nail olunacaq.