21-12-2024, 10:25
27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
"Hazırda tədavüldə olan nağd pulun həcmi 14.2 mlrd. manat təşkil edir".
Bu barədə BAKU.WS-ə eksklüziv olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankından məlumat daxil olub.
Qurumdan bildirilib ki, pul nişanlarının dizayn və təhlükəsizliyinə görə aktuallığı daim diqqət mərkəzində saxlanılır:
"Pul nişanlarının saxtalaşdırılmasına qarşı mübarizənin gücləndirilməsi, ən son texnologiya və innovasiyaların tətbiqi və insanların məmnunluğunun təmin edilməsi məqsədilə 2021-ci ilin əvvəlindən yenilənmiş 1, 5 və 50 manatlıq pul nişanları, 2022-ci ilin fevral ayından yenilənmiş 20 manatlıq pul nişanı, cari ilin iyun ayından isə yenilənmiş 10 manatlıq pul nişanı tədavülə buraxılıb.
Eyni zamanda, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 10, 20 və 50 qəpiklik metal pul nişanlarının dizaynına Dövlət Gerbi və istehsal ili əlavə olunaraq yenilənməsi həyata keçirilib. Yenilənmiş 20 qəpiklik metal pul nişanı ötən ilin dekabr ayından, yenilənmiş 10 və 50 qəpiklik metal pul nişanları isə cari ilin iyul ayından tədavülə buraxılıb".