21-12-2024, 10:25
27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
Sozcu.info TRT Haber kanalına istinadla xəbər verir ki, İranın milli valyutasının ucuzlaşması rekord həddə çatıb.
“Bonbast.com” saytının məlumatına görə, azad bazarda dolların satış kursu 50100 tümənə çataraq psixoloji hədd hesab edilən 50 min tüməni keçib.
Avro da rekord dərəcədə bahalaşıb – 1 avro 53340 tümənə satılır.
Yanvar ayının əvvəlində 1 dollar təqribən 41 min tümənə dəyişdirildiyi halda, ilin əvvəlindən bəri 22% bahalaşıb.
2018-ci ilin mayında ABŞ İranla nüvə müqaviləsindən imtina etdikdən sonra keçən 5 il ərzində tümən 7 dəfə ucuzlaşıb. 2018-ci ilin mayında 1 dollar təqribən 6 min tümənə bərabər olub.
İranda kütləvi nümayişlərə dövlət orqanlarının müdaxiləsi, ölkənin Ukrayna ilə müharibə aparan Rusiyaya silah göndərməsi iddiaları və nüvə proqramı məsələləri ilə əlaqədar Avropa İttifaqı son aylarda Tehrana qarşı yeni sanksiyalar tətbiq eləməyə başlayıb.