21-12-2024, 10:25
27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
“Sığortalanmış əmanətlərlə bağlı problem olmayacaq. Bu baxımdan təhlükə əmanətçilərlə bağlı deyil. Təhlükə sahibkarların bankda qalan pulları ilə bağlıdır ki, Əmanətlərin sığortalanması Fondu pulları qaytarmaya bilər”.
Sozcu.info xəbər verir ki, bank məsələləri üzrə ekspert Əkrəm Həsənov bu gün ləğv edilən Gunay Bankda əmanətləri qalan şəxslərin pullarının geri qaytarılması haqqında danışarkən deyib.
Ekspert qeyd edib ki, sığortalanmış əmanətləri Əmanətlərin Sığortalanma Fondu kompensasiya etməlidir:
“Daha sonra fond bankın aktivləri, daşınar-daşınmaz əmlakı və qaytardığı kreditlər hesabına xərclədiyi pulları qaytarmalıdır. Bundan sonra fond bankda pulları olan sahibkarların, şirkətlərin pulunu qaytara bilər. Amma praktikadan bilirik ki, fond bu pulları ya heç qaytarmır, ya da çox az qaytarır. Çünki Əmanətləri Sığortalama Fondunun fəaliyyəti çox qeyri-şəffaf və qanunsuzdur.
Ona görə də mən o kreditorları səsləyirəm ki, ilk gündən bu fonddan kreditorların komitəsini yaratmağı tələb etsinlər”.