21-12-2024, 10:25
27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
Əhalinin “GünayBank”dakı əmanətlərinin 65.53 faizi geri qaytarılmayacaq.
Sozcu.info xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (qısaca – AMB) bildirib. Dövlət qurumundan bildirilib ki, “GünayBank”dakı əmanətlərin 38 milyon 500 min manatı sığortalanıb. Yəni, əhalinin bankdakı əmanətlərinin 70 milyon 66 min manatı Əmanətlərin Sığortalanması Fondu (qısaca – ADİF) tərəfindən sığortalanmayıb və buna görə də bu əmanətlər geri qaytarılmayacaq.
Qeyd edək ki, cari ilin ilk rübündə “GünayBank”da əhalinin əmanətlərinin cəmi 108 milyon 566 min manat təşkil edib. Bunların 73 milyon 481 min manatı fiziki şəxslərin, 35 milyon 84 min manatı isə hüquqi şəxslərin əmanətləridir.