21-12-2024, 10:25
27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
“2023-cü ilin yanvar-aprel aylarında daha çox bostan bitkilərinin əkin sahələrində azalma olub. Bu ilki göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,8% azalma deməkdir. Əslində, bu göstərici çoxdur”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Eldəniz Əmirov deyib.
Onun sözlərinə görə, adətən ilin dövrləri üzrə olan azalmalar təxminən 5%-ə qədər olanda mövsümi faktorlarla əlaqədar olaraq normal hesab edilə bilər: “Amma təbii ki, 13%-ə qədər azalma müsbət bir hal deyil. Bütün hallarda hesab edirəm ki, ilin sonunu gözləmək lazımdır. Ola bilər ki, bu sahələr yazlıq əkin üçün istifadə edilməsə də, digər dövrlər üzrə istifadə edilə bilər. Ona görə nə qədər mənfi hal olsa da, bu qədər azalmaya ciddi problem kimi yanaşmaq doğru olmaz. Yekunu gözləmək daha münasib olar”.
İqtisadçı sözlərinə davam edərək bildirib ki, müəyyən sahibkarlar öz sahələrini subsidiyaların alınması və ya digər məqsədlər üçün rəsmi statistikada qeydiyyata düşüblər: “Bu il bu statistikanın daha da dəqiqləşdirilməsi və şəffaflaşdırılması şəraitində müəyyən dürüstləşmənin nəticəsi olaraq rəqəmlərdə azalma baş verib. Təbii ki, bu ehtimal da var. Mənim tərəfimdən bu il müşahidə olunan azalmanın səbəblərini birmənalı olaraq açıqlamaq doğru olmaz. Çünki bunun araşdırılmasına və aidiyyəti qurumların daha dəqiq məlumat verilməsinə ehtiyac var”.