21-12-2024, 10:25
27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
Xəbər verdiyimiz kimi, uzun illərdən sonra “Naxçıvanbank” ASC-nin səhmdarlarının adları açıqlanıb.Sozcu.info xəbər verir ki, 2008-ci ildən dövlət qeydiyyatına alındıqdan sonra “Naxçıvanbank” ASC səhmdarları haqqında məlumatları açıqlamayıb.15 ildən sonra – 2022-ci il üçün açıqlanan maliyyə hesabatında bank səhmlərinin 63,66%-nin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun oğlu Rza Talıbova, 20,48%-nin Talıbovun digər oğlu Seymur Talıbova, 9,82%-nin qızı Baharxanım Talıbovaya, 6,04%-i isə həyat yoldaşı Sevil Sultanovaya məxsus olduğu qeyd olunub.Açıqlanan maliyyə hesabatında həmçinin qeyd olunub ki, bu ilin fevral ayının 1-də Talıbovun ailə üzvləri “Naxçıvanbank” ASC-dəki səhmləri satıblar.Hazırda 94 milyon manat nizamnamə kapitalı olan bankın maliyyə hesabatında bildirilir ki, bankın yeni səhmdarları Hüseyn Məmmədov Yaşar oğlu (63,66%), Rüfət Məmmədov Əhədağa oğlu (26,52%) və Binnət Novruzov Yasin oğludur (9,82%).“Naxçıvanbank” ASC-nin əsas səhmdarı olan Hüseyn Məmmədov kim olması haqqında məlumat yoxdur. Bu şəxs ictimaiyyət arasında tanınan biri deyil. Hüseyn Məmmədov bankın digər 2 səhmdarından fərqli olaraq Müşahidə Şurasında da təmsil olunmur.Müşahidə Şurasında yer alan digər 2 səhmdar isə kifayət qədər tanınmış şəxslərdir.Bank səhmlərinin 26,52%-nə sahib olan Rüfət Məmmədov daha əvvəl ölkənin aparıcı şirkətlərindən olan “Gilan” Holdinqdə İdarə heyətinin sədr müavini olub. Daha sonra “Gilan”a bağlı olan “Azər-Maya” ASC-nin İdarə Heyətinə sədr təyin edilib.R.Məmmədov Azərbaycanın Tibb Universitetində mikrobioloq kimi magistr dərəcəsinə 2007-ci ildə yiyələnib. 2020-ci ildə İsveçrənin Montre Biznes Məktəbində MBA dərəcəsinə yiyələnib.O, iş karyerasına yüksəlişə Danimarkanın Bakıdakı pivə istehsal edən törəmə şirkəti “Carlsberg Azerbaijan” şirkətində 2010-cu ildə direktor müavini kimi yiyələnib. İki il sonra, yəni 2012-ci ilin sentyabrında zavod direktoru təyin edilib.Üç il sonra (2015 – sentyabr) “Gilan Holdinq”ə Əməliyyat direktoru kimi gəlmiş, 2016-cı ilin noyabrından 2020-ci ilin sentyabrına qədər isə həmin holdinqdə İdarə Heyəti sədrinin 1-ci müavini olub.“Naxçıvanbank” ASC-nin səhmlərinin 9,82%-nə sahib olan Binnət Novruzov isə əvvəllər “Rabitəbank” ASC-də baş direktor olub.Eyni zamanda bankın Müşahidə Şurasının sədri olan Binnət Novruzov 1981-ci ildə anadan olub. 1998-2002-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alıb.2007-2008-ci illərdə “Unibank” ASC-də, 2009-2010-cu illərdə “Bank of Baku” ASC-də çalışıb. 2016-2021-cı illərdə “Rabitəbank” ASC-də baş direktor olub.Binnət Novruzov 2021-2022-ci illərdə Dubayda (BƏƏ) fəaliyyət göstərən “SOCAR Overseas Ltd” şirkətində direktor müavini olub.“Naxçıvanbank” ASC-nin Müşahidə Şurasının yeni sədri hazırda İngiltərnin Mançester Universitetində magistr təhsili alır.Onu da xatırladaq ki, Binnət Novruzov 2016-2021-cı illərdə baş direktor olduğu “Rabitəbank” ASC-nin əsas səhmdarı Dövlət Neft Şirkətinin (SOCAR) sabiq prezidenti, iqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayevin kürəkəni (qızının həyat yoldaşı) Əliyev Rauf Zeynal oğludur.1992-ci il təvəllüdlü Rauf Əliyev hazırda “Rabitəbank” ASC-nin Müşahidə Şurasının üzvü və əsas səhmdarıdır. Bank səhmlərinin 40,6%-i Rauf Əliyevə məxsusdur.A. Cəfərov