Çörək UCUZLAŞACAQ?– Komitə sədrindən AÇIQLAMA


2023-cü ildə Azərbaycana 1 milyon 175 min 341 ton həcmində ərzaqlıq buğda idxal olunub ki, bunun da statistik dəyəri 303 983 dollar təşkil edib.

Bu barədə Dövlət Gömrük Komitəsinin son hesabatında əks olunub. Sözügedən dövrdə ölkəyə idxal olunan ərzaqlıq buğda məhsulunun 1 ton üzrə idxal qiyməti isə 338 dollardan 259 dollara düşüb.

İdxal olunan buğdanın uzuzlaşması, un və çörəyin qiymətinə təsir edə bilərmi?

Bizim.Media-nın mövzu ilə bağlı suallarını cavablandıran Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, deputat Tahir Rzayev, bunu ölkəmiz üçün sərfəli və müsbət hal kimi dəyərləndirib.

“Rusiya kimi buğda idxalçıları beynəlxalq miqyasda baş verən iqtisadi-siyasi proseslərlə əlaqədar müəyyən çətinliklərlə üzləşirlər. Elə Rusiyanın özü Ukrayna müharibəsi səbəbindən iri sanksiyalara məruz qaldığı üçün ölkələrin çoxuna buğda ixrac edə bilmir. Bu baxımdan da rəsmi Moskva idxal qiymətlərini aşağı salmağa məcbur olur”.

Əvvəllər xarici ölkələrdən daha çox taxıl alındığını xatırladan komitə sədri, ölkəmizdə istehsal olunan məhsulun ümumi həcmini də açıqlayıb:

“Sonuncu dəfə 2 milyon 200 min tondan çox buğda istehsal olunub ki, bu da əvvəlki illərə nisbətən xeyli çoxdur”.

Bəs idxal qiymətlərinin aşağı düşməsi un məmulatlarının qiymətinə necə təsir edəcək?

Son vaxtlar daxili bazarda unun qiymətinin xeyli aşağı düşdüyünü deyən deputat vurğulayıb ki, vəziyyət belə davam edərsə, deməli, çörəyin qiymətində də ucuzlaşma baş verə bilər.




Oxşar Xəbərlər

Xəbər lenti