Azərbaycanda bu ərzaq bahalaşdı

Azərbaycanda kənd yumurtası bahalaşıb.

Sozcu.info iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bəzi marketlərdə kənd yumurtası 0.35 manata təklif olunur.

Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli İqtisadiyyat.az-a deyib ki, kənd yumurtası müəyyən mənada 25-30-35 qəpiyə təklif oluna bilər.

"Kənd yumurtası azlıq təşkil etdiyinə görə və assosiasiya olaraq onlara təsir imkanlarımız olmadığına görə bir söz deyə bilmərik", - o bildirib.

M.Həsənli adi yumurtaların qiymətinə gəlincə isə, bu istiqamətdə bahalaşmanın olmadığını söyləyib: "360 ədəd üçün yumurtanın topdansatış qiyməti 53 manat idi. Son toplantımızdan sonra belə bir qərara gəldik ki, bayramqabağı yumurtanın qiymətində az da olsa endirim edək. Yəni daşınma xərcləri də bizdən olmaqla marketlərə topdansatış yumurtanı 52 manata veririk. Hazırda 14 qəpiyə topdansatış nəzərdə tutulub. Marketlərdə isə 16 qəpikdir. Yəni heç bir marketdə qiymət artımı yoxdur".

M.Həsənli həmçinin bayram ərəfəsində yumurtanın qiymətinin artıb-artmayacağına da aydınlıq gətirib. Onun sözlərinə görə, bayram ərəfəsində yumurtanın qiyməti sabit olaraq qalacaq: "Hətta keçən ilə nisbətən 1-2 qəpik ucuz olacaq. Yemin qiymətində artım olmadığından bayramdan sonra da qiymətin qalxması gözlənilmir".

Qeyd edək ki, Azərbaycandan Rusiyaya yumurta ixracı davam edir. Yanvar-fevral aylarında və martın ilk 10 gününə kimi Rusiyaya 46 milyondan çox yumurta ixrac edilib.



Oxşar Xəbərlər

Xəbər lenti