5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
23-10-2024, 18:37
Son 9 ayda əmanətçilərinin önəmli hissəsini itirən “Rabitəbank” vəziyyətdən çıxmaq üçün müştərilərinin kart hesablarına məhdudiyyətlər tətbiq etməyə başlayıb.
Sozcu.info xəbər verir ki, bu barədə son günlər bir neçə bank müştərisi məlumat verib.Məsələ ondan ibarətdir ki, “Rabitəbank” kart-mane və debit kartı olan müştərilərinin ödənişlər etməsinə bəlli olmayan səbəbdən məhdudiyyətlər qoyur. Belə ki, bankın müştərisi ƏDV yükləyə bilmir, köçürmələrdə ciddi sıxıntılar çəkir, habelə digər ödənişlər məsələsində sıxıntılarla üzləşir. Şikayətçilər deyir ki, sentyabra qədər vəziyyət belə deyildi. Onlar qeyd edirlər ki, bankdan lazım olan açıqlamanı da ala bilmirlər. 133 Çağrı Mərkəzinə zəng etmək üçün bir ayrı əziyyətdir. Çünki cavab vermirlər.Bankın öz müştərilərinə belə məhdudiyyətlər gətirməsinə dair şikayətlərin sayının çox olmasını demək çətin olsa da, bunun konkret nədən qaynaqlandığını ehtimal etmək mümkündür. Belə ki, son 9 ay ərzində əmanətçilər “Rabitəbank”a yerləşdirdikləri 77 milyon manat pullarını geri çəkiblər. Bu rəsmi hesabatlarda da yer alıb və gizlin məsələ deyil. Görünür, bank həmin pulların yaratdığı problemləri aradan qaldırmaq üçün müştərilərinin bank əməliyyatlarına məhdudiyyətlər qoymaqla vəziyyətdən çıxmağa çalışır. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq./Tribunainfo.az/