Bu şəxslərin ödədiyi ƏDV tam geri qaytarılacaq - Deputat açıqladı


“Vergi Məcəlləsi”nə edilən dəyişikliyə əsasən, Azərbaycanda tibbi xidmətlərdən istifadə edən tursitlər ödədikləri əlavə dəyər vergisini (ƏDV) tam olaraq geri ala biləcəklər".Sozcu.info xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, əcnəbi və vətəndaşlığı olmayan şəxslərə göstərilən tibb xidmətlərinə görə yalnız nağdsız qaydada aparılan ödənişlər üzrə “Tax-free rejimi”ndə ƏDV-nin geri qaytarılması nəzərdə tutulur: "Dəyişiklikdə əsas məqsəd tibbi turizmə vergi təşviqlərin verilməsidir. deməkdir ki, Azərbaycanda olan turist tibb xidmətindən istifadə edirsə o zaman ölkəni tərk edən zaman ödədiyi ƏDV-ni geri ala biləcək".

İqtisadçı deyir ki, bu dəyişiklik eyni zamanda tibb müəssislərinin gəlirlərini də artıra bilər.

"Çünki, yeni dəyişiklikdən sonra turistlərin tibb xidmətlərə tələbinin artacağı istisna deyil. Bu isə səhiyyə sektoru üçün daha çox gəlir deməkdir. Bu eyni zamanda səhiyyə sektorunda keyfiyyətin daha da yüksəldilməsi üçün stimul yarada bilər",  -o, əlavə edib.

Qeyd edək ki, dəyişikliyin gələn aydan qüvvəyə minməsi gözlənilir.



Oxşar Xəbərlər

Xəbər lenti