16-06-2026, 09:32
15-06-2026, 11:07
12-06-2026, 21:58
11-06-2026, 21:19
8-06-2026, 22:05
Azərbaycan Mərkəzi Bankının (AMB) rəhbərliyinə yeni təyinatlar olub.
Sozcu.info xəbər verir ki, "APA-Economics"in AMB-dən əldə etdiyi məlumata görə, Ülvin Emin oğlu Əliyev AMB sədrinin müşaviri, Fuad Fərman oğlu İsayev isə Mərkəzi Bankın baş direktoru təyin olunub. Bununla bağlı qərar yanvarın 6-da imzalanıb.
Qeyd edək ki, Ülvin Əliyev yeni vəzifəsinə qədər Mərkəzi Bankda Sədrin ofisi departamentinin direktoru vəzifəsində, Fuad İsayev AMB-nin kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktoru vəzifəsində çalışıb.
Bununla da, Mərkəzi Bankın sədrinin müşavirlərinin sayı 4-ə, baş direktorların sayı isə 6-ya çatıb.