Ağ Evdən Rusiyaya: Bayden “mülayim” olmayacaq

ABŞ Prezidenti Cozef Bayden Rusiyaya münasibətdə ifadələrini yumşaltmayacaq.
Axar.az xəbər verir ki, bunu ABŞ prezidentinin mətbuat katibi Cen Psaki deyib
“Biz Rusiya hakimiyyətinin seçkilərimizə müdaxilə etməsinə, hərbçilərimizin öldürülməsinə mükafat təyin etməsinə, ölkəmizə qarşı zərərli fəaliyyət göstərmələrinə dözə bilmərik. Prezident açıq və birbaşa olacaq. O, deyilməsi lazım gələn sözləri yumşaltmayacaq”, – deyə o bildirib.
Qeyd edək ki, Baydenin mediaya açıqlamasında Putini qatil saydığını bildirməsi ciddi qalmaqala səbəb olub.


Oxşar Xəbərlər

Xəbər lenti