Kirayə mənzil bazarı ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI


Azərbaycan Qiymətləndiricilər Palatasının iyun ayı üzrə açıqladığı daşınmaz əmlak indeksinə görə, kirayə mənzil bazarında qiymət sabitliyi qorunub. Yeni tikili mənzillər üzrə kirayə indeksi 101 köhnə tikili mənzillər üzrə isə 100 bənd səviyyəsində qalıb. Bu göstəricilər bazarda volatilliyin aşağı olduğunu və qiymətlərin əsasən ödəmə qabiliyyəti ilə uzlaşan çərçivədə formalaşdığını təsdiqləyir.

Əmlak məsələləri üzrə ekspert Elnur Azadov son günlər Bakı şəhərində kirayə mənzil bazarında qiymət artımı ilə bağlı səslənən fikirləri Musavat.com-a şərh edərkən bildirib ki, yay mövsümündə tələbələrin rayonlara öz evlərinə getməsi ilə bağlı evlər boşaldığı üçün təkliflər artır:

“Hazırda təkliflər çoxdur, müştəri azdır, qiymətlər isə stabildir. İstisna vəziyyət şəhərin mərkəzindəki günlük kirayə evlərlə bağlıdır. Bu evlərin əksəriyyəti bələdçilər tərəfindən kirayəyə götürülür və subicarəyə verilir. Yəni şəhərin mərkəzində turistlərə kirayə verilən evlərin qiymətində cüzi artım var”.

1667031716_screenshot_1_1652427017.jpg (50 KB)

Ekspert bağ evləri ilə bağlı da danışıb:

“Bağ evlərinin qiymətində normadan artıq artım var. Bağ evlərinin kirayə qiymətləri ildən-ilə artır. Bu da daxili turizmin zəif inkişafı, Rusiyadan gələn turistlərin sayının çoxalması ilə bağlıdır. Hazırda Azərbaycana gələn turistlərin sayı aylıq 250-260 min nəfərdir. Turistlərin əksəriyyəti MDB dövlətlərindən gələnlərdir. Onların çoxu Bakı şəhəri ətrafında olan villaların, fərdi evlərin kirayələnməsində maraqlıdırlar”.



Oxşar Xəbərlər

Xəbər lenti