Saakaşviliyə qarşı ittiham bu gün irəli sürməyəcək - Gürcüstan Prokurorluğu

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşviliyə qarşı qanunsuz sərhədi keçməsi ilə bağlı ittiham bu gün sürülməyəcək.
Cia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Gürcüstan Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
Prokurorluq Saakaşvilinin digər işlər üzrə həbsdə olduğunu açıqlayıb - məhkəmənin qiyabi hökmünə əsasən, eks -prezident 6 il müddətinə azadlıqdan məhrum edilib.
M.Saakaşvili oktyabrın 1-də axşam Tbilisidə saxlanılıb. Prokurorluğun məlumatına əsasən, o, qanunsuz olaraq sərhədi keçərək Ukraynadan Gürcüstana gəlib.
Eks-prezident bir sıra cinayət işlərində ittiham olunur, onlardan ikisində artıq qiyabi hökm oxunub, qalanları isə məhkəmə prosesindədir.


Oxşar Xəbərlər

Xəbər lenti