"Ukraynanın hərbi əməliyyatının qarşısı alınacaq" - Rusiyanın Baş Qərargah rəisi

“Ukraynanın şərqində vəziyyət gərginləşir. Bununla belə Kiyevin Donbasdakı problemi güc yolu ilə tənzimləməsinin qarşısı alınacaq”.
Sozcu.info TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Valeri Gerasimov dekabrın 9-da xarici dövlətlərin hərbi atteşeləri üçün keçirdiyi brifinqdə bildirib.
O qeyd edib ki, Rusiyanın Ukraynaya hücum etməsi hazırlığı ilə bağlı yayılan informasiyalar yalandır: “NATO-ya üzv dövlətlər Rusiya Federasiyası ərazisində qoşunların hərəkətinə daha çox diqqət ayırır. Rusiyanın öz ərazisində hərbi fəaliyyəti haqqında məlumat verməsinə ehtiyac yoxdur”.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}