8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Sozcu.info “Yeni Şafak” nəşrinə istinadla xəbər verir ki, Ukraynadan Belarus torpaqlarına S-300 hava hücumundan müdafiə sisteminə məxsus raket parçalarının düşdüyü bildirilir.
“Belta” informasiya agentliyinin yaydığı xəbərə görə, yerli vaxtla saat 10.00 ilə 11.00 arasında Belarus ərazisinə Ukrayna ordusuna məxsus olduğu iddia edilən S-300 sisteminə məxsus raketin parçaları düşüb.
Belarus Müdafiə Nazirliyi ilə İstintaq Komitəsinin ekspertlərindən ibarət bir qrup hadisə yerində araşdırma aparmağa başlayıb.
İnsan itkisi yoxdur. Raketin səhvən ora düşdüyü, yaxud da uçarkən Belarus HHM sistemləri tərəfindən zərərsizləşdirildiyi güman edilir.
Hürr Tərcüman