27-01-2025, 14:21
12-01-2025, 15:28
11-01-2025, 19:35
7-01-2025, 22:26
29-12-2024, 15:22
Sozcu.info xəbər verir ki, Rusiya Erməniləri İttifaqı qondarma "erməni soyqırımı" barəsində həqiqətləri söylədiyi üçün Ermənistanın Baş naziri Nikol Paşinyanı tənqid atəşinə tutub. Rusiya Erməniləri İttifaqının bəyanatında deyilir: "Ermənistanın Baş naziri Nikol Paşinyanın Sürixdəki açıqlamaları Ermənistan Konstitusiyasına, Cinayət Məcəlləsinə və İsveçrə qanunlarına ziddir". "Sputnik Ermənistan" informasiya agentliyinin məlumatına görə, Paşinyanın İsveçrənin erməni icmasının təmsilçiləri ilə görüşü zamanı söylədikləri Rusiya ermənilərini narahat edib. Onların iddiasına görə, Paşinyanın çıxışı qondarma "erməni soyqırımı" barəsində "tarixi faktları təhrif edir və hakimiyyətin diasporaya və erməni xalqının tarixinə qarşı qərəzli siyasətini nümayiş etdirir".Qeyd edək ki, Paşinyan İsveçrənin erməni diasporunun nümayəndələri ilə görüşü zamanı onları qondarma "erməni soyqırımı" barəsində baş verənləri, bunun baş verməsinin səbəblərini və bütün bunların necə qəbul edildiyini bir daha anlamağa çağırıb. Ermənistanın Baş naziri Nikol Paşinyan haqlı şəkildə belə bir sual səsləndirib: "Niyə 1939-ci ildə erməni soyqırımı məsələsi gündəlikdə olmayıb, 1950-ci ildə isə birdən-birə peyda olub?"Rusiya Erməniləri İttifaqının iddiasına görə, Ermənistanın baş naziri ölkəsinin qanunlarına görə, Osmanlı İmperiyasında “erməni soyqırımı”nın hərtərəfli tanınmasına nail olmaq məcburiyyətində olduğu halda, “onlarla ölkə və beynəlxalq təşkilatlar tərəfindən tanınmış və pislənmiş fakt şübhə altına alıb". Paşinyan bu məsələni yenidən araşdırmaq və niyə baş verdiyini anlamaq çağırışı edib. Eyni zamanda "soyqırımı" məsələsinin 1939-cü ildə gündəlikdə olmadığı halda, niyə 1950-ci ildə gündəmə gətirildiyini öyrənməyin lazım olduğunu deyib. Rusiya ermənilərinin bəyanatında deyilir: "Paşinyan türk hekayələrinin təbliği meydanı kimi İsveçrəni seçməklə, Holokost qırğını kimi, erməni soyqırımının da inkar edilməsinin cinayət hesab olunduğu bir dövlətə qarşı saymazyana münasibətini nümayiş etdirdi".Hürr Tərcüman