Neft manatı quyuya çəkir, bahalaşmaya alışmaq növbəsi Bakıya çatır

İsveçrənin "Neue Zuercher Zeitung” qəzeti ucuzlaşan neftin Azərbaycan və keçmiş sovet məkanının digər neft ölkələrində milli valyutaları necə "quyunun dibinə sürüklədiyi” haqda yazıb.

Virtualaz.org saytı xəbər verir ki, qəzet aşağı neft qiymətlərinin iri neft hasilatçılarının əksəriyyətində milli valyutaları dəyərdən saldığını xatırladır. Bu ölkələrdən bəziləri postsovet məkanındadır.

Rusiya rublu bu həftənin əvvəlində bir qədər də ucuzlaşaraq il ərzində ən aşağı məzənnəyə enib. Rusiyanın milli valyutasının dollara nisbətdə kursu 2 rublu keçib.

"Brent” markalı neftin barrelinin 37 dollar səviyyəsində tərəddüd etməsi Rusiya rublunun dəyərdən düşməsinin əsas səbəbidir. Hazırda Rusiya gündə 10.7 milyon barrel neft hasil edir və Səudiyyə Ərəbistanı ilə yanaşı dünyanın ən iri neft hasilatçıları arasındadır.

Azərbaycan isə bu göstəricidən uzaqdır. Burada gündə cəmi 800 min barrel neft hasil edirlər. Bir neçə gün əvvəl neftin ucuzlaşması Azərbaycanı radikal addım atmağa və manatın üzən məzənnə kursuna keçdiyini elan etməyə məcbur edib. Nəticədə bir gün ərzində manat dəyərinin az qala yarısını itirib.

Qəzet yazır ki, Rusiya və Qazaxıstandan sonra Azərbaycan keçmiş sovet respublikaları arasında üçüncü iri neft hasilatçısıdır.

Azərbaycan artıq öz strateji valyuta ehtiyatlarını manatın kursunu sabit saxlamağa xərcləmək istəmir. 2015-ci ilin fevralında Azərbaycan manatı dollara nisbətdə 34 faiz devalvasiya edərək özünə kömək etməyə çalışdı. Lakin Astana sonda radikal tədbir görməli oldu-avqust ayında təngənin kursunu sərbəst buraxdı.

"Yeri gəlmişkən, Rusiya ilə qonşu ölkələrin Mərkəzi bankları istəyəndə bazardakı situasiyaya prinsiplərə məhəl qoymadan müdaxilə edirlər”- deyə qəzet yazır.

"Neue Zuercher Zeitung” qeyd edir ki, sonuncu kollapsdan sonra manat nisbətən sabitdir. Hazırda 1 dollar rəsmi kursa əsasən 1.56 manatdır. Qazaxıstanda isə 1 dollar almaq üçün 330 təngə vermək lazımdır. Bir il əvvəl buna 180 təngə lazım idi.

"Kursun korreksiyası bu ölkələr üçün böyük üstünlük yaradır. Çünki onlar gəlirlərin azalmasından itirdiklərini neftin satışına dair dollar sövdələşmələri hesabına kompensasiya edirlər. Lakin digər tərəfdən zəif milli valyuta idxal edilən malların bahalaşması deməkdir. Moskvanın və Ankaranın belə vəziyyətdə yaşamaq təcrübəsi artıq yaranıb. İndi Bakının növbəsidir”- qəzet yazır.



Oxşar Xəbərlər

Xəbər lenti