Bu gün, 11:07
12-06-2026, 21:58
11-06-2026, 21:19
8-06-2026, 22:05
29-05-2026, 12:03
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının (“AzDrama”) aktrisası, Əməkdar artist Mehriban Xanlarovanın işdən çıxmaqla bağlı ərizəsi qəbul olunub.
Sozcu.info xəbər verir ki, bu barədə aktrisa sosial media hesabında paylaşım edib.
O bildirib ki, “AzDrama”nın direktoru İlham Əsgərov ərizəsinin üstünü yazıb: “Onun imzaladığı əmrlə rəsmi şəkildə işdən çıxarılmışam”.
Əməkdar artist bir neçə gün əvvəl işdən çıxmaqla bağlı ərizə yazmışdı.
Qeyd edək ki, 58 yaşlı M.Xanlarova 1998-ci ildən Akademik Dövlət Milli Dram Teatrında çalışırdı. O, SSRİ Xalq artisti, müğənni Zeynəb Xanlarovanın qardaşı qızıdır.