12-06-2026, 21:58
11-06-2026, 21:19
8-06-2026, 22:05
29-05-2026, 12:03
26-05-2026, 21:18
Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
Sozcu.info xəbər verir ki, Mirəli Yolçu oğlu Abbasovun idarə etdiyi "Toyota Prado" markalı avtomobillə işıqforun yaşıl işığından keçib sola doğru manevr zamanı 2003-cü il təvəllüdlü Ələsgər Elxan oğlu Ələsgərovun idarə etdiyi VAZ-2107 markalı avtomobil toqquşub. Nəticədə sürücü Ə.Ələsgərov hadisə yerində ölüb.
Sərnişinlər - 2003-cü il təvəllüdlü Sevinc Şükür qızı Rəsulova və 2006-cı il təvəllüdlü Nəzrin Şükür qızı Rəsulova, eləcə də digər sürücü M.Abbasov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.
Report.az