Bu gün, 11:07
12-06-2026, 21:58
11-06-2026, 21:19
8-06-2026, 22:05
29-05-2026, 12:03
Bir neçə gün öncə ev dustaqlığına buraxılan Rəqsanə İsmayılova solo konsert verəcək.
Sozcu.info xəbər verir ki, o, dekabrın 16-da şəhər restoranlarından birində səhnəyə çıxacaq.
Bu, müğənninin həbsdən sonra verəcəyi ilk solo konsertdir.
Gecəninin xüsusi qonağı ifaçının qızı Aysun İsmayılova olacaq.
Rəqsanə İsmayılova vətəndaşların 35 000 manat dəyərində qızıl-zinət əşyalarını və 520 000 ABŞ dolları məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunur. İttiham sübuta yetirilərsə, müğənnini azadlıqdan məhrumetmə cəzası gözləyir. O, noyabrın 19-da ev dustaqlığına buraxılıb.
Yenisabah.az