“Mən vaxtında başa düşdüm ki, bizi təxribata çəkirlər” - “Gec-tez müxalifət də, hakimiyyət də “21 sentyabr layihəsi”nə qayıdacaq”

“Mən vaxtında başa düşdüm ki, bizi təxribata çəkirlər”

 

Camal Əhmədov: "Mənim qayıdıb o mülkiyyətə sahiblik etmək hüququmun olduğunu imperativ norma olaraq beynəlxalq konvensiya, Avropa İttifaqı, Avropa Şurası nəzərdə tutur”

Ağdam sakini, müharibə veteranı Camal Əhmədov 21 senytabr tarixində dinc və əliyalın olaraq Qarabağa qayıtmaq haqqında bir neçə ay idi ki, "feysbuk” sosial şəbəkəsi üzərindən qarabağlılara "yurda qayıdaq” çağırışı edirdi. Ancaq sonda o, niyyətini təxirə saldı.

Əslində, bu cür çağırışları edib, sonda ciddi bir addım atmamaq insanların Qarabağa qayıtmaqla bağlı ümidlərini daha da öldürür. Bu çağırışları edib, sonda ciddi addım atmamaqdansa, belə bir təşəbbüsü irəli sürməmək daha doğrudur. Bir də ki, bir qrup şəxsin Qarabağa əliyalın qayıtması ilə torpaqların işğaldan azad olunması mümkün deyil. Çünki torpaqların qaytarılmasının yeganə yolu müharibədir. Bunun üçün isə dövlətin, xalqın ümumilikdə səfərbər olunması gərəkdir. Hazırkı durumda isə belə bir niyyətin olmadığı görünür.

Xatırladaq ki, C. Əhmədov 1 sentyabr 2018-ci il tarixində də belə bir niyyətdə bulunmuşdu, ancaq həmin vaxt da ciddi bir addım atılmamışdı.

Maraqlıdır ki, C. Əhmədovun birinci addımı baş tutmamışdırsa, ikinci dəfə təkrar yurda qayıdışla bağlı çağırışlarının nə əhəmiyyəti var idi?

"Əliyalın da olsa, nə vaxtsa ora qayıdacağıq”

"Hürriyyət”in sualını cavablandıran Camal Əhmədov dedi ki, o, bu fikirlərlə razı deyil: "Mənim birinci addımım çox gözəl baş tutdu. Mən heç kəsə elan etməmişdim ki, gəlin, mənimlə gedək. Mən elan etmişdim ki, tək gedirəm. Kim mənimlə görüşüb yola salmaq istəyər, gələr. Əvvəla, ora getməkdə məqsədim dünya ictimaiyyətinə və ermənilərə bildirmək idi ki, mən və oranın didərginləri əliyalın da olsa, nə vaxtsa ora qayıdacağıq. Bu, çox davam edə bilməyəcək. İkincisi, getməkdə bir növ kəşfiyyat edirdim ki, görüm, dövlət orqanlarının münasibəti necə olacaq. Üçüncüsü, ermənilərin münasibəti necə olacaq. Hər üç fikrim həyata keçdi. Dünya ictimaiyyətinin, ATƏT və BMT-nin münasibəti göz qarşısında oldu. Bizim hakimiyyətin də münasibəti göz qarşısında oldu, yəni Ağdam, Bərdə, Tərtər, Ağcabədi hüquq-mühafizə orqanlarının orada hazır dayanıb qarşılaması. Ermənilərin də münasibəti göz qarşısında oldu, yəni erməni saytlarının yazdıqları.

"Avqust ayının 3-də dərhal gördüm ki, artıq oyunlar başladı”

"21 sentyabrda da yurda qayıdış elan etdiniz, ancaq ortada heç bir real nəticə olmadı” dedikdə C.Əhmədov belə cavab verdi: "Niyə? Çox qəşəng nəticə ortaya gəldi. Əvvəla, mən o çağırışları indi etmirəm, izləyirsinizsə, 3 il yarımdır edirəm. Əvvəl başqa cür tələb qoymuşdum. Sonra zamanı, məkanı nəzərə alıb, belə çevirdim. Bir halda ki, belədir, çəkilin qarşımızdan, qayıdaq evimizə gedək. Bu, bizim haqqımızdır. Mən bilmirəm, siz didərginsiniz, didərgin deyilsiniz, amma mən didərginəm. Bu, mənim haqqımdır. Mənim orada mülkiyyətim var. Mənim qayıdıb o mülkiyyətə sahiblik etmək hüququmun olduğunu imperativ norma olaraq beynəlxalq konvensiya, Avropa İttifaqı, Avropa Şurası nəzərdə tutur. Üstəgəl, Avropa İnsan Haqları Məhkəməsi birbaşa o haqda qərar çıxardıb.

Və nəhayət, bu il may ayından başlayaraq təbliğatı genişləndirdim, hər gün gördüyünüz, eşitdiyiniz kimi çıxışlar elədim. Lakin avqust ayının 3-də dərhal gördüm ki, artıq oyunlar başladı. Avqust ayına kimi hər şey qaydasında gedirdi. Avqustdan ortaya çıxdılar, az qaldılar kəndbəkənd yurda qayıdış hərəkatı yaratsınlar. Bu, lazım idi? Kimə lazım idi? Dərhal avqustun 10-da bir yerdə toplaşdıq ki, bir istiqamətə üz tutaq, hamının sözü bir-birinə düz gəlsin. Hamı "hə” dedi, ayrıldıq. Lakin elə səhəri günü "hə” deməklərinə əməl etmədilər. "Yurda qayıdış”ın məqsədini mən dəfələrlə elan etmişəm. Məqsədi, icra etmə qaydaları, orada qanunlara istinad etmələrin hamısını demişdim”.

"30 ildir danışıqlar yolu ilə azad edə bilməmisiniz...”

C. Əhmədovun sözlərinə görə, bu oyunların səbəbi "Yurda qayıdış” planının qarşısını almaq olub: ""Yurda qayıdış”a qoşulan, adını dəyişib, filan rayona qayıdış hərəkatı qoyanlar "Yurda qayıdış” layihəsində nəzərdə tutulmuş hallardan kənara çıxdılar. "Yurda qayıdış” layihəsində tələb ATƏT, BMT Azərbaycan və Ermənistan hakimiyyətindən idi ki, buyurun, torpaqları azad edin, demisiniz, danışıqlar yolu ilə azad edəcəyik. 30 ildir danışıqlar yolu ilə azad edə bilməmisiniz. Biz nə sizin çağırışınızı görürük, zor yolunu da qadağan eləmisiniz. Həm Emənistanın, həm Azərbaycanın Avropa Şurasına üzv olanda iqtidarı da, müxalifəti də hər iki tərəf sənəd imzalayıb ki, Qarabağ məsələsinin zor yolu ilə həllini qətiyyən etməyəcəyik, yalnız danışıqlar yolu ilə həll olacaq. İndi buyurun, gəlmişik danışıqlar yolu ilə qapını açın, biz yurdumuza gedək. Bax, "Yurda qayıdış”ın əsas qayəsi bu idi. Lakin bəzi adamlar sosial şəbəkələrdə asıb-kəsməyə başladılar ki, ya hökumət, yəni Əliyev rejimi müharibə başlasın, torpaqları azad etsin, ya da istefaya getsin. Bax, bu hallar artdıqca təbii ki, əks tədbirlər başladı”.

"Kimlərinsə həbsi ilə nəticələnən addım atmağın yeri deyil”

"Eynu zamanda, müxalifət-hakimiyyət çərgəsindən istər-istəməz "provokasiya”lar başladı. Sağ cinah, sol cinah aşkar imtina etdilər ki, biz ora gedəsi olmayacağıq. Hansı ki, özləri dava ilə iki dəfə görüş yeri dəyişdiriblər. Məsələn, Göranboyu Göygöl rayonuna dəyişdirdilər və sonda hər iki tərəf imtina elədi ki, ""yox” biz gedəsi olmadıq, ümumiyyətlə, o layihədən əl çəkirik. Sən çağırış elə hamımız mərkəzdə, Ağadamda sənin ətrafına toplaşaq”. Mən də təbii ki, uşaq deyildim. Mən vaxtında başa düşdüm ki, "provokasiya”lar var. İnsanları ora dəvət edib, cəbhə bölgəsində sabitliyin pozulmasına göz görə-görə şərait yaratmaq və kimlərinsə həbsi ilə nəticələnən addım atmağın yeri deyil. Buna görə də vaxtından iki həftə əvvəl, yəni sentyabrın 8-də elan etdim ki, sağ cinah, sol cinah imtina eləyir. Mərkəzi cinahı da aparıb, qurulmuş tələyə sala bilmərəm. Ona görə təxirə salıram. Məsələ budur”, - deyə C. Əhmədov əlavə etdi.

"Müxalifət də, hakimiyyət də 21 sentyabr layihəsinə qayıdacaq”

C. Əhmədov vurğuladı ki, bundan sonra da yurda qayıdış niyyətini həyata keçirməyə davam etdirəcək: "Mən ölkədəki vəziyyətin axarının o səmtə dəyişməsini gözləyirəm. Geci-tezi bu ölkədə bütün müxalifət də, hakimiyyət də, insanlar da "21 sentyabr layihəsi”nə qayıdacaq”.

"Hafiz Hacıyevin ərizəsinə yazılan cavabı Milli Şuranın cavab ərizəsinə köçürdəcəklər”

C. Əhmədov Milli Şuranın 28 sentyabrda mitinq keçirmək istəyi ilə bağlı fikirlərini də bölüşdü: ""Sərbəst toplaşmaq” haqqında qanunun tələbinə görə, mitinqin başlamasına ən azı 3 iş günü qalmış cavab verməlidirlər. Milli Şuraya bəri başdan deyirəm, Hafiz Hacıyevin ərizəsinə yazılan cavabı Milli Şuranın cavab ərizəsinə köçürdəcəklər və imza qoyub göndərəcəklər. Uzaqbaşı 26-sı görəcəksiniz. Əgər mən deyən olmasa, xahiş edirəm, həmin günü mənə "vzv” verin, konturunuzu işlətməyin, mən sizə zəng vurub, üzr istəyərəm ki, səhv eləmişəm, icazə veriblər. Qətiyyən icazə verilməyəcək”.

"Qurbanın yeddi arxa dönəni türk oğlu türkdür”

Daha sonra C. Əhmədov iki məsələ ilə bağlı da münasibətini ifadə etdi: "Birincisi, o uşaq deyir ki, Qurban Məmmədov "ermənidir”. Adamın vicdanı, qeyrəti olar. Adam qan düşməni ilə də düşmənçilik edəndə kişi kimi qılıncını siyirər, vuruşar. Adam adama o cür böhtan deməz. Qurbanın yeddi arxa dönəni türk oğlu türkdür. Mən o ailəni həyatım qədər tanıyıram. Qurban "ikibaşlı oyun oynayandır”, "avantüristdir” kimi məsələlərə qarışmıram, yalnız bu məsələyə qarışıram. Adam kişi olar, Qurban türk oğlu türkdür. Bu cür şəri heç erməniyə də deməzlər. Qurabın 2 əzizi o torpaqlar uğrunda şəhid olub. O deyən uşaqda ağıl olsaydı, heç elə sözü deməzdi. Bu, kişilikdir?

Bir də Fuad Qəhrəmanlı haqqında olan məsələyə qarışmaq istərdim. Fuad Politologiya İnstitunu yenicə qurtamış bir cavan uşaq idi, 21 yaşı var idi. Hətta 21 yaşı olanda Fuadda olan hövsələ, səbr heç kəsdə yox idi. Atanın ixtiyarı çatmır ki, evdə uşağına, yaxud həyat yoldaşına lazımi yolu göstərsin? Həqiqətən də bu, ucuz bir hay-küydür. Gör, Fuad yüz il qalsa deyər ki, filankəsin altından çıxanları gətirdin özünə arvad elədin. Ömrü boyu Fuad o sözü deməz”.



Oxşar Xəbərlər

Xəbər lenti