Dünən, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
Hesabatdan ermənilərin işğal altındakı ərazilərdə apardıqları qanunsuz məskunlaşma, Qarabağda Rusiya qoşunlarının yerləşdirilməsini nəzərdə tutan və erməni tərəfinin rədd etdiyi "Lavrov planı” və Dağlıq Qarabağın araqlı statusuna dair tərəflərin mövqelərinin nədən ibarət olması barədə xülasələri təqdim etmişik.
Hesabatda status məsələsindən geniş bəhs olunur. İCG qeyd edir ki, Bakı Dağlıq Qarabağın gələcək statusu barədə referendumun hüquqi qüvvəyə malik olacağını təsdiqləyir. Lakin hesab edir ki, referendumun müddəti və səs verənlərin hüquqları barədə məsələ gələcək danışıqların predmeti olmalıdır. "Əks halda, bir keçmiş Azərbaycan məmurunun dediyi kimi, "ermənilər müstəqilliyə səs verə və onu əldə edə edərdilər, Azərbaycanın isə razılaşmaqdan başqa yolu qalmazdı”,-hesabatda deyilir.
Hesabata əsasən Bakı bu variantın alternativi kimi iki ayrı səsvermə nəzərdən keçirir-Dağlıq Qarabağdakı erməni çoxluğun səsvernəsi və azərbaycanlı məcburi köçkünlər arasında səsvermə. Və hər iki qrup razılaşmalıdır ki, onların səsi mütləq tanınacaq. (Bu, Kipr modelini xatırladır və faktiki olaraq Dağlıq Qarabağdan köçkün düşən azərbaycanlılara veto hüququ verir).
İCG təxmin edir ki, bu variantı Yerevan və Xankəndi qəbul etməz. Ermənistan Madrid prinsiplərini ona görə dəstəkləyib ki, orada açıq səsvermə yolu ilə Dağlıq Qarabağın müstəqilliyinin dəqiq perspektivini görüb.
"Bəzi erməni siyasətçiləri və rəsmi şəxsləri Dağlıq Qarabağdan köçkün düşən azərbaycanlıların da səsvermə haqqını müzakirə etməyə hazırdır, hərçənd vahid səsvermə çərçivəsində”,-hesabatda deyilir. Əlavə edilir ki, azərbaycanlılar Dağlıq Qarabağda çoxluq təşkil etməyiblər və ona görə də səsvermə haqları regionun müstəqilliyinə mane olmaz.
İCG bildirir ki, bəzi azərbaycanlı siyasətçilər lap əvvəldən "araqlı statusu” və referendumu bir kənara qoyaraq Dağlıq Qarabağın yekun statusunu müzakirə etməyi təklif edir. Onların bəyan etdikləri məntiqə görə referendumun şərtlərini və aralıq statusu müəyyənləşdirməyə yönələn səylər irəliləməyin daha möhkəm zəminini yaratmağa sərf olunsa daha yaxşıdır.
Hesabata əsasən Bakı Dağlıq Qarabağ üçün hansı muxtariyyət təklif etməsindən asılı olmayaraq Yerevan və Xankəndi "müstəqillikdən” başqa heç bir variantı müzakirə etək istəmir. Bununla belə Bakı muxtariyyət barədə ideyalar irəli sürərsə ən azından diskussiyalar üçün məkan yaranar.
"Bakı öz təklifini formalaşdırmalıdır ki, vəd olunan muxtariyyət həm yerli ermənilərin, həm regiondan qaçqın düşmüş azərbaycanlıların tələblərinə necə cavab verəcək. Hərçənd bu Yerevanı və Xankəndini qane etmyə kifayət deyil, amma ən azından diskussiyalar başlaya bilərdi”,-təşkilatın analitikləri belə hesab edir.
İCG hesab edir ki, öz növbəsində Ermənistan rəhbərliyi və Dağlıq Qarabağdakı de-fakto rejim kompromislərdə maraqlı olduğunu nümayiş etdirmək üçün regionun statusuna dair öz ideyalarını formalaşdırıb irəli sürə bilər. Bu təklif ilkin formada Bakının xoşuna gəlməyəcək, amma ən azından müzakirələrə təkan verərdi.
Təşkilat məsləhət görür ki, məsələnin olduqca həssas olması nəzərə alınaraq əvvəlcə tərəflər status barədə yarımrəsmi və ya qeyri-rəsmi kanallarla müzakirələr aparsalar yaxşı olar. Çünki rəsmi diskussiyalar aparmaq cəhdlərinin heç biri uğurlu olmayıb, Bakı ilə Yerevan arasında konfrontasiyanı daha da dərinləşdirib.
Hesabata əsasən Xankəndinin danışıqlarda iştirakına dair Nikol Paşinyanın hakimiyyətə gəlişindən sonra aktuallaşan mövzu, bu məsələdə tərəflər arasında kəskin ziddiyət ən azından dönüş nöqtəsi olaraq qeyri-rəsmi danışıqların aparılmasının daha faydalı olacağını göstərir.
"Variantlardan biri Bakı, Yerevan və Xankəndi arasında əvvəlcə ancaq müstəqil ekspertlərin, keçmiş məmurların və ya vətəndaş cəmiyyəti qruplarının daxil olduğu heyətlər arasında danışıqlar olardı. Hansı ki, bu heyətləri əvvəlcədən daha aşağı səviyyəli rəsmi şəxslər dəstəkləyərdi, yaxud ümumyyətlə rəsmi şəxslər prosesdən kənarda durardı. Bakının Dağlıq Qarabağdan köçkün düşmüş azərbaycanlıların hüquqları barədə narahatlıqlarını nəzərə alaraq həmin icmanın da nümayəndələri Azərbaycan nümayəndə heyətinin tərkibinə daxil ola bilər”,-hesabatda deyilir./virtualaz.org/