Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək
İlham Əliyev Trampa təşəkkür etdi
Cavid Qurbanov bu xanıma yüksək VƏZİFƏ VERDİ
İlham Əliyev "John Deere" şirkətinin nümayəndə heyətini qəbul etdi -
Fotolar
Flora Kərimova ilə bağlı üzücü xəbər
Ceyhun Bayramov Rusiya Federasiyasına rəsmi səfərə yola düşüb
Kişi SMS üstündə arvadını parkda döydü, cinayət məsuliyyətindən azad edildi
İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib
Foto
Neft bazarında SON DURUM –
Qiymətlər belə dəyişdi
Amal qəzadan 2 saat 7 dəqiqə sonra ölüb - Ekspertiza nəticələri
Zaur Kamaldan dələduzluq xəbərdarlığı
Dayı bacısı qızının evindən qızıl oğurladı
Əvvəlki
Sonrakı
BAKIDA ƏMLAK QİYMƏTLƏRİ YENİDƏN ARTDI
Regionlar üzrə qiymətlər + CƏDVƏL
7-07-2026, 21:32
Prezident ARDNF ilə bağlı ÖNƏMLİ QƏRARI təsdiq etdi
7-07-2026, 01:18
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib
26-06-2026, 21:14
İlham Əliyev Sərdar Berdiməhəmmədovu Füzulidə qarşıladı
-FOTO
23-06-2026, 12:29
Bakının bəzi ərazilərində işıq kəsiləcək
23-06-2026, 00:52
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Paşinyanın savaş hazırlığı
: O, Ermənistanı “hərbi intihara” sürükləyir...
Rəsmi İrəvan Azərbaycan Prezidenti İlham Əliyevin “Əgər, onlar beynəlxalq hüququ yerə vururlarsa, biz niyə beynəlxalq hüququ gözləməliyik?! Biz də yerə vuracağıq, amma axırı onlar üçün pis olacaq” mesajından lazımi nəticə çıxartmasa, hərbi əməliyyatlar Ermənistan ərazisinə keçirilə bilər... Bu, baş verərsə, Azərbaycan əsgərinin zəfər yürüşünün Ermənistanı Cənubi Qafqazın xəritəsindən birdəfəlik silə biləcəyi qətiyyən şübhə doğurmamalıdır...
Cənubi Qafqazda yenidən “savaş tonqalı”nın altına “odun atmağa” başlayıblar. Belə ki, son günlər Cənubi Qafqazda geopolitik proseslərin ciddi şəkildə gərginləşmə istiqamətində inkişaf etdiyi müşahidə olunmaqdadır. Və istənilən xirdaca hərbi təxribat regionda indiyə qədər görülməmiş böyük “savaşın fitili”ni alovlandıra bilər.
Belə anlaşılır ki, hələlik səhnə arxasında qalmağa üstünlük verən kimlərəsə bu regionda savaş lazımdır. Və kimlərsə israrla Cənubi Qafqazı ciddi kataklizmlərə, hətta hərbi-siyasi xaosa sürükələyə biləcək savaşın təməlini atmağa çalışırlar.
Əslində, bu, o qədər də gözlənilməz deyil. Belə ki, Cənubi Qafqazda yeganə avantürist hərbi təxribatlardan bəslənən “dövlət” olan Ermənistanın Azərbaycanla növbəti silahlı toqquşmalara həvəsləndirildiyi açıq-aşkar müşahidə edilməkdədydi.
Hər halda, Ermənistanın iyul hərbi təxribatının da rəsmi İrəvana səhnə arxasından verilən ürək-dirəyin nəticəsi olduğu kimsədə ciddi şübhə doğurmur. Hər kəs Ermənistanın bu “cəsarət”inin Cənubi Qafqazda ciddi maraqları olan və regionu itirmək perspektivi ilə üz-üzə qalan təhrikçi xarici güclərdən qaynaqlandığını anlayır.
Birinci mərhələdə planlar boşa çıxdı. Azərbaycan “tərs qapaz”la Ermənistana öz yerini göstərdi. Və bununla da rəsmi İrəvan hərbi-siyasi və psixoloji cəhətdən uğursuz duruma salınmış oldu.
Ancaq son ondan sonra baş verənlər bir daha təsdiqlədi ki, Cənubi Qafqazı savaş məkanına çevirmək istəyənlər öz niyyətlərindən imtina etməyə hazırlaşmırlar. Əksinə, yeni savaş cəhdlərinin uğurlu olması üçün bu dəfə daha ciddi hazırlıq içərisinə giriblər.
Ermənistana qəliz hava marşrutu ilə daşınan 500 tondan artıq silah-sursat qalmaqalı regionda daha dağıdıcı savaş hazırlığının real əlaməti idi. Və bu əlamət üçüncü tərəfin Ermənistanı hərbi cəhətdən gücləndirmək cəhdi kimi diqqəti çəkir.
Buna paralel olaraq, sərhəd bölgəsində Ermənistan hərbi hissələrinin intensiv yerdəyişməsini erməni silahlı qüvvələrinin savaşın başladıla biləcəyi məkana çəkilməsi kimi də dəyərləndirmək mümkündür. Bu proses ilə bağlı rəsmi Bakının olduqca ciddi kəşfiyyat məlumatlarına sahib olduğu da qətiyyən şübhə doğurmur.
Azərbaycan Prezidenti İlham Əliyevin
"Biz bilirik, bizim ətrafımızda nələr baş verir. Bizim xüsusi xidmət orqanlarımız çox səmərəli işləyirlər"
deməsi də rəsmi Bakının istənilən situasiyaya artıq çoxdan hazırlıqlı olduğunu göstərir. Prezidentin bu açıqlamanı dilə gətirərkən üzündəki arxayın ifadə isə rəsmi Bakının hazırda baş verənlərin yekun nəticələrini əvvəlcədən proqnozlaşdıra bilməsinin əlaməti də sayıla bilər.
Bu, olduqca önəmli məqamdır. Belə anlaşılır ki, Prezident İlham Əliyev Ermənistanın hərbi gücü və onun səhnəarxası havadarının verəcəyi dəstəyin “qırmızı cizgisi”ni tam aydınlığı ilə təsəvvür edə bilir. Eyni zamanda, öz ölkəsinin – Azərbaycanının savaş potensialının və hərbi-siyasi müttəfiqinin - Türkiyənin regiondakı manevr imkanlarının qarşı tərəfdən qat-qat üstün olduğu qənaətindədir. Və savaş təhlükəsi reallaşacağı təqdirdə, qətiyyətli qələbəyə tam əmindir.
Təbii ki, Azərbaycan vətəndaşları dövlət başçısının bu arxayınlığını müşahidə etməmiş deyil. Ona görə də hazırda ölkədə heç bir sadə vətəndaşın savaş ehtimalının artmasından hər hansı narahatlıq duymadığı da inkaredilməz reallıqdır. Üstəlik, Azərbaycan vətəndaşlarının mütləq əksəriyyəti bu savaşın bir an öncə başladılıb, ölkə ərazilərinin düşmən işğalından azad edilməsinin tərəfdarıdır.
Məsələ ondadır ki, Azərbaycan vətəndaşı da Cənubi Qafqazda baş verənlər barədə real təsəvvürlərə malikdir. Çünki ölkədə Dağlıq Qarabağ mövzusunda bütün fəaliyyət öz şəffaflığı ilə diqqəti çəkir. Və dövlət başçısının
“
Mən hər zaman, bütün dövrlərdə Azərbaycan xalqına həqiqəti demişəm və hesab edirəm ki, bu, yeganə düzgün siyasətdir”
açıqlaması da məhz həmin şəffaflığın ifadəsidir.
Ancaq Ermənistan haqqında eyni fikirləri söyləmək qətiyyən mümkün deyil. Çünki Ermənistan vətəndaşı Paşinyan hakimiyyətinin hansı təhlükəli oyunların içərisinə girdiyindən tam məlumatlı deyil. Və Ermənistan əhalisi real həqiqətlər barədə yalnız Azərbaycan mediası üzərindən məlumat ala bildiyi üçün mövcud situasiyadan ciddi şəkildə narahatdır.
Buna əmin olmaq üçün erməni politoloq Stepan Danielyanın Azərbaycan Prezidenti İlham Əliyevin son açıqlamalarına münasibətinə diqqət yetirmək tamamilə kifayətdir. Çünki erməni politoloq Ermənistan cəmiyyətinin mövcud narahatlığının əsl səbəblərinə tam aydınlıq gətirməyə çalışıb.
S.Danielyan da Azərbaycan Prezidentinin heç vaxt öz xalqına yalan danışmadığını, çıxışlarında yalnız həqiqəti söylədiyini xüsusi olaraq, vurğulayıb:
“Onun (Prezident İlham Əliyevin – red.) sözlərini diqqətlə dinləyin. Onun dediklərində həqiqət var və təəssüf ki, bir çox hallarda bu həqiqəti yalnız Əliyevdən öyrənmək olar, pəltək yalançıdan (Ermənistan baş naziri Nikol Paşinyan nəzərdə tutulur – red.) deyil”.
“Bizim başqalarının torpağında gözümüz yoxdur, öz torpağımızı da heç kimə verən deyilik”
söyləyən Azərbaycan Prezidentinin dilə gətirdiyi həqiqətlər isə hər bir ağlı başında olan kəs üçün tamamilə anlaşıla biləcək məzmundadır:
“Əgər, ermənilər öz çirkin planlarından əl çəkməsələr, onlar üçün çox ağır nəticələr olacaq”.
Ən önəmli məqam ondan ibarətdir ki, Prezident İlham Əliyev Ermənistanın hakim siyasi dairələrinə növbəti savaş hazırlığından tam xəbərdar olduğu və müharibənin mümkün nəticəsini də əvvəlcədən proqnozlaşdıra biləcək qədər geniş məlumat sahibliyi ilə bağlı mesajlar verir:
“Onlar yeni müharibəyə hazırlaşırlar. Təmas xəttinə yaxınlıqda onların qüvvələrinin konsentrasiyası baş verir. Biz hər şeyi görürük, hər şeyi izləyirik. Onların bütün hərəkətlərini izləyirik. Əlbəttə ki, özümüzü müdafiə edəcəyik. Necə ki, Tovuzda özümüzü müdafiə etdik, bütün başqa istiqamətlərdə də özümüzü müdafiə edəcəyik. Onlar üçün Tovuz hadisələri növbəti dərs oldu. Əgər, yeni dərs almaq istəyirlərsə, biz buna hazırıq.
Nəhayət, Prezident İlham Əliyev hadisələrin növbəti inkişaf istiqamətləri barədə də Paşinyan hakimiyyətinə birmənalı sərt mesaj verir:
“Əgər, onlar beynəlxalq hüququ yerə vururlarsa, biz niyə beynəlxalq hüququ gözləməliyik?! Biz də yerə vuracağıq, amma axırı onlar üçün pis olacaq”.
Bütün bunlardan belə anlaşılır ki, Ermənistan növbəti dəfə hərbi təxribata əl atarsa, rəsmi Bakı çox da səbrli davranmayacaq. Böyük ehtimalla bu dəfə savaş yalnız Azərbaycanın sərhəd bölgəsində cərəyan etməyəcək. Belə ki, silahlı toqquşmaların məhz Ermənistan ərazisinə keçirilmə ehtimalı kifayət qədər yüksək və realdır.
Ona görə də, Paşinyan hakimiyyəti hərbi təxribat törətməzdən öncə daha yaxşı düşünməlidir. Əks halda, Azərbaycan əsgərlərinin Ermənistan ərazisindəki zəfər yürüşünə şahidlik etmək məcburiyyətində qala bilər.
Artıq rəsmi İrəvan anlamalıdır ki, Azərbaycan öz ərazilərində ikinci erməni dövlətinin yaradılmasına qətiyyən imkan verməyəcək. Və əgər, ermənilər buna cəhd göstərərlərsə, Azərbaycan ərazilərində yaradılmış Ermənistan da regionun xəritəsindən birdəfəlik silinə bilər.
Bu baxımdan, hesab etmək olar ki, hazırda Paşinyan hakimiyyəti özünün avantürist hərbi-siyasi davranışları ilə Ermənistan üçün hərbi intihar situasiyası yaratmaq üzrədir. Əgər, vaxtında ağıllarını başlarına toplamasalar, 200 il əvvəl müxtəlif hiyləgərliklərlə özlərini soxuşdurduqları bu regionda mövcudluqlarını həmişəlik itirə bilərlər.
Paşinyan hakimiyyəti nəhayət, anlamalıdır ki, savaş siyasətin ən yüksək mərhələsidir. Siyasətlə isə ağıllı adamlar məşğul olub, uğur qazana bilərlər. Savaş planları qurmaq üçün isə yalnız ağıllı olmaq yetməz. Bunun üçün həm də zəki olmaq vacibdir.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu
Oxşar Xəbərlər
"NATO Türkiyə vasitəsi ilə Azərbaycanla hərbi əlaqələri inkişaf etdirir" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ
“Rusiyanın işğalçı ölkəni silahlandırması beynəlxalq hüquqa ziddir”
Amerika “Böyük Qafqaz” və “Böyük Yaxın Şərq” layihələrini birləşdirir:“Rusiya səs-küylü bəyanatdan savayı bir iş görə bilmir” – Təhlil
Fransanın Cənubi Qafqazla bağlı siyasəti dəyişəcək?
Xəbər lenti
Avqust ayının qeyri-iş günləri-
Təqvim
Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək
İlham Əliyev Trampa təşəkkür etdi
Cavid Qurbanov bu xanıma yüksək VƏZİFƏ VERDİ
İlham Əliyev "John Deere" şirkətinin nümayəndə heyətini qəbul etdi -
Fotolar
Flora Kərimova ilə bağlı üzücü xəbər
İsti havalarda infarkt riski arta bilər:
Bu əlamətləri laqeyd yanaşmayın!
Ceyhun Bayramov Rusiya Federasiyasına rəsmi səfərə yola düşüb
Kişi SMS üstündə arvadını parkda döydü, cinayət məsuliyyətindən azad edildi
İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib
Foto
Neft bazarında SON DURUM –
Qiymətlər belə dəyişdi
Bu ərazilərdə işıq olmayacaq
Azər Məmmədov: “Şuşa Qlobal Media Forumu siyasi məzmunu və verdiyi strateji mesajlar baxımından önəmli beynəlxalq platformaya çevrilib”
-Müshibə
Şəmkirdə 11 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib
Rayonlarda leysan olacaq - Xəbərdarlıq
TƏCİLİ! Xankəndidə partlayış: Ölən var
Amal qəzadan 2 saat 7 dəqiqə sonra ölüb - Ekspertiza nəticələri
Yeni 100 manatlıqlar tədavüldə -
Taleh Kazımovun imzası ilə
Bakıda güclü külək əsəcək, bu rayonlara leysan yağacaq -
Sabahın havası
Zaur Kamaldan dələduzluq xəbərdarlığı
Dayı bacısı qızının evindən qızıl oğurladı
Azərbaycanın ilk masonu kim olub? –
Tarixin gizli səhifəsi açıldı
Heydər Əliyevin siyasi hakimiyyətə ilk gəlişinin ildönümü Beyləqanda qeyd edilib
-Fotolar
21 nömrəli bağça bağlanır? -
Təhsil İdarəsindən açıqlama
Sükan arxasında yuxulayan sürücü maşını körpüdən aşırdı -
Yol polisindən XƏBƏRDARLIQ
IV Şuşa Qlobal Media Forumu başa çatdı
İlham Əliyev Makrona: Dövlətlərarası münasibətlərimizdə yeni dövr başlayır
Pensiya ödənişlərinə yönəldilən vəsait 3,9 milyard manata çatdı
İşğal dövründə güllələnmiş büstlərə baxdılar -
Fotolar
İlham Əliyev Slovakiya Prezidentinə təşəkkür etdi
Tramp İranla bağlı xalqa müraciət edəcək
Bu ölkədə güclü zəlzələ baş verdi
Kəlbəcərdə çaya düşən yeniyetmənin axtarışları aparılır -
TƏFƏRRÜAT
“Turbo.az” və “Bina.az”la bağlı gözlənilməz qərar
Beynəlxalq dil sertifikatları tanınmır? —
DİM-dən açıqlama
Səfər ayı iyulun 15-də başlayacaq
Sabahdan hava kəskin dəyişir:
Leysan yağacaq, dolu düşəcək
Bank kartı məlumatlarınızı heç kimlə paylaşmayın - DİN çağırış edir
DİN çağırış edir
Polkovnik BYD aldı, işə düşdü: “Tapa bilmirəm”
Bakıda hoteldə FACİƏ:
Gənc işçinin ürəyi dayandı
Qurban Qurbanov onunla bağlı QƏRAR VERDİ
Hansı fənnin müəllimləri daha yaxşı nəticə göstərdi? -
Rəsmi Açıqlama
Safurə 4-cü dəfə ana olacaq -
Foto
Etnik ayrı-seçkiliyin yolverilməzliyi və vətəndaş həmrəyliyinin vacibliyi barədə bəyanat
-Əli Babayev
Müharibədən sonra Rusiyanın taleyi necə olacaq?
-Xəqani Cəfərli yazır
Bu ərazilərdə işıq olmayacaq
ABŞ ordusu Hörmüzdən onlarla gəmi keçirir
İlham Əliyev:
Qonşularla əlaqə olmadan tranzit ölkə olmaq mümkün deyil
Neft bazarında böyük həyəcan: Qiymət birdən-birə 3 dollar...
Zibil qabını qətiyyən bu 5 yerə qoymayın
PRİZMA
Azər Məmmədov: “Şuşa Qlobal Media Forumu siyasi məzmunu və verdiyi strateji mesajlar baxımından önəmli beynəlxalq platformaya çevrilib”
-Müshibə
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 132 milyard dolları ötüb
SOSİAL
1
2
3
4
5
6
Avqust ayının qeyri-iş günləri-
Təqvim
İsti havalarda infarkt riski arta bilər:
Bu əlamətləri laqeyd yanaşmayın!
Bu ərazilərdə işıq olmayacaq
Şəmkirdə 11 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib
Rayonlarda leysan olacaq - Xəbərdarlıq
Yeni 100 manatlıqlar tədavüldə -
Taleh Kazımovun imzası ilə