8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
regnum.ru, 21.11.2018
Cənubi Qafqazda hərbi-siyasi durum getdikcə daha da qəlizləşir. Bu, ABŞ silahlı qüvvələrinin komandanı Stiv Layons Vaziani bazasında hərbi aerodromun inşası haqda Tiflislə razılaşmanın əldə olunduğu haqda məlumat verəndən sonra aydın olub. Onun sözlərinə görə, "yeni aerodromun qurulması birgə "iddialı layihə”nin – Gürcüstanın müdafiə hazırlığının yüksəldilməsi proqramının gerçəkləşməsi üzrə NATO – Gürcüstan komissiyasına dəstəyə çevriləcək”. Bundan savayı, oradaca – Vazianidə 2018-ci ilin mayında açılmış NATO döyüş hazırlığı mərkəzi genişləndiriləcək.
Xatırladaq ki, Gürcüstanın Rusiya sərhədindən cəmi 80 km-likdə və İranınkından 300 km-likdə yerləşən hərbi bazası enmə-qalxma zolağının modernləşdirilməsindən sonra ABŞ-ın ən böyük hərbi nəqliyyat təyyarələrini qəbul edə biləcək sıçrayış aerodromunun bütün klassik səciyyələrinə cavab verir. Tiflis bu qayda ilə müstəqillik əldə etdikdən sonra yeddimillik addımlarla öz inkişafının ikinci mərhələsinə girir. Birincisi Suxumi və Sxinvali üzərin də nəzarətin itirilməsinə gətirmiş etnik-siyasi üstünlük, etnik millətçilik səyləri ilə səciyyələnirdi. Hadisələrin bu yöndə inkişafının davamı bununla xarakterikdir ki, Gürcüstan "Demokratik hərəkatı”nın lideri Nino Burcanadzenin qeyd etdiyi kimi, Tiflis Abxaziya və Cənubi Osetiyanı öz əraziləri saymaqdadır. Buna görə də Gürcüstan ərazisində Amerika hərbi bazasının peyda olması ölkənin "bir tərəfində Rusiya bazaları, o birində isə Amerikanınkılar olan daha iki ərazi bölgüsünə” aparacaq.
Hətta Gürcüstan ABŞ üçün Cənubi Qafqazda hüdudlarından qıraqda Azərbaycan və Ermənistanın biçimlədiyi daxili ayparanın mövcud olduğu "ox dövləti” deyilən quruma çevrilir. Amerikalılar Tiflisdə möhkəmlənərək Moskvanı İrəvan kimi müttəfiqdən ayırır və önəmli strateji energetik kommunikasiyaları Gürcüstandan keçən Bakıya təsir göstərə bilərlər. Burada hər şey "incə ipək naxışlara” qurşanır. Azərbaycan Rusiyanın strateji tərəfdaşlıq qurduğu Türkiyə ilə sıx ittifaqda hərəkət edir. Tiflisin Rusiya ilə yaxınlaşması bir zamanlar Bakıya əlverişli deyildi, çünki azərbaycanlılar bu halda bölgədə siyasi çəkini itirə bilərdilər. Amma Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi Gürcüstana da əl vermirdi, axı bu zaman Azərbaycanın energetika kommunikasiyaları onun ərazisindən yan keçərdi. Eyni zamanda Azərbaycan ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində onun maraqlarında ssenari hazırladığını görmür, hər şey məhz əksinə ola bilər. Ermənistana gəlincə, iqtisadiyyatı Gürcüstan ərazisi üzərindən Rusiyaya yerüstü və İrana birbaşa marşrutlardan asılıdır. Eyni zamanda Rusiya, İran, Türkiyə və Yaxın Şərqin başqa dövlətlərilə bağlı xarici aypara da var. Bununla yanaşı, Gürcüstanın ox vəziyyəti onun təhlükəsizliyini təmin etməkdən daha çox onu sərhəd ayparasına, bu ayparanın onun maraq və ümidlərinin ümumiyyətlə nəzərə alınmadığı hissələrində dövlətlərin dayanıqsız tarazlığı arasında girova çevirir, amma Tiflis özünü indi, NATO-nun, daha dəqiqi, ABŞ-ın bölgədə, az qala, əsas dayaq məntəqəsi kimi göstərir. Bununla bağlı gözə dəyir ki, Gürcüstanın başlanmış fəal hərbləşdirilməsi xronolgiyaca və görünür, təsadüfi deyil ki, Amerika-İran münasibətlərinin kəskinləşməsi və Vaşinqtonun Tehrana qarşı yeni sanksiyalar tətbiq etməsilə üst-üstə düşür. Gürcüstanın hərbi infrastrukturunun Amerikanın İrana müdaxilədə logistik dəstək kimi istifadə oluna biləcəyi və ABŞ-ın bu məqsədlə Gürcüstana bir milyard dollar ayırdığı haqda dünya kütləvi informasiya vasitələrində qabaqlar dövr edən şayiələr gerçəkliyə çevrilir. Başqa sözlə deyilsə, Vaşinqton Cənubi Qafqazda gec partlayan mina yerləşdirməyə, bölgədə fasiləsiz oyuna başlayır – məqsəd bütün Rusiya və İranı gərginlikdə saxlamaq, hadisələrin inkişafına reaksiya verməyə vadar etmək, baş tutarsa, münaqişəyə çəkməkdir. Lakin Cənubi Qafqazda bütöv geropolitik mənzərə hələlik yetişməyib. Bölgənin üç əsas dövləti – Azərbaycan, Gürcüstan və Ermənistan – müxtəlif dinamik durumlarda olmağı sürdürür, ameriaklılar da bunda fəal oyun oynayırlar. Karnegi fondunun məruzəsində deyildiyi kimi, bu o haldır ki, "ABŞ bölgədə təhlükəsizlik və iqtisadiyyat sahəsində mühüm maraqlara malik deyil”, amma "bölgəsəl maraqları Cənubi Qafqazın ən yaxın sərhədlərindən qırağa çıxır”.
Suriya savaşı sona yaxınlaşır, Vaşinqtonun Yaxın Şərqdə törətdiyi çoxillik böhran da onunla birgə başa çatır. Bu bölgədə qarışıqlıq və savaş törətmiş ABŞ-ın niyyətləri hər necə olur-olsun, nəticə Yaxın Şərqdə üstün mövqeyi itirmək olub.
Vaşinqton geri çəkilməyə hansısa yol arayır və Cənubi Qafqaz vasitəsilə yeni şəraitə uyğunlaşmağa səy edir. Bu, amerikalıların Tiflisə söykənməklə məhəlli böhranlar törədə biləcəyi, destruksiya daxil edəcəyi, Gürcüstanda "önləmə xətti” adlı taktika yeridəcəyi yeni tarixi məqamdır. Qaldı ki Moskvaya, ABŞ-ın bölgədə siyasətinin güclənməsi və Cənubi Qafqazın hərbləşdirilməsiylə bağlı səs-küylü bəyanatlardan əlavə şimalda hərbi iştirakı gücləndirməkdən savayı heç bir addım atmır. Tiflis, Bakı və İrəvanın Rusiya üçün nə olduğunun aydın dərki də yoxdur. Amerikanın sabit vektorundan fərqli olaraq Rusiyanın Ermənistan, Azərbaycan və Gürcüstan yönündə siyasi və iqtisadi hıqqınmalarının elə hey dəyişilməsi buradandır. Bununla belə, hərçənd bəzi gürcü ekspertlər "Tiflisin odla oynadığı” xəbərdarlığı etsələr də və Moskva və Tehran qarşısında "qırmızı əski” yellətməməyə çağırsalar da, İran və Türkiyə də bütövlükdə bütün bölgə üçün gerçək amil olmağa qabil deyil.
Hamı duyur ki, nəsə ciddi bir şey hazırlanır. Amma məhz nə və nə zaman? "The Washington Post” yazır – ABŞ iki geopolitik layihəni – "Böyük Qafqaz” və "Böyük Yaxın Şərq”i bir əzəmətli layihədə birləşdirmək imkanı haqda əvvəllər bəyan edib. O, kimin olacaq? Doğrudanmı, yenə də okeanarxasının?
Tərcümə Strateq.az-ındır.