Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirildi -
Fotolar
Türkanın müzakirə yaradan paylaşımı:
"Qal yana-yana"
Türkiyə səhəri güclü zəlzələ ilə açdı
Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılır
Əli Əsədov yeni qərar İMZALADI
Baş nazir Samir Şərifovu sədr
TƏYİN ETDİ
TƏCİLİ! Nazirlər toplandı -
İclas keçirilir
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi
Ali Məhkəmə mühüm məlumat yaydı
Günay Malikqızı vəzifəsindən ayrıldı
SON DƏQİQƏ! Azərbaycan neftinin qiyməti ilə bağlı VACİB XƏBƏR
Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək
Əvvəlki
Sonrakı
BAKIDA ƏMLAK QİYMƏTLƏRİ YENİDƏN ARTDI
Regionlar üzrə qiymətlər + CƏDVƏL
7-07-2026, 21:32
Prezident ARDNF ilə bağlı ÖNƏMLİ QƏRARI təsdiq etdi
7-07-2026, 01:18
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib
26-06-2026, 21:14
İlham Əliyev Sərdar Berdiməhəmmədovu Füzulidə qarşıladı
-FOTO
23-06-2026, 12:29
Bakının bəzi ərazilərində işıq kəsiləcək
23-06-2026, 00:52
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Türkmənistanla Xəzər anlaşması
Azərbaycana hansı üfüqlər açır?
Elxan Şahinoğlu: “Azərbaycan Türkmənistanla ittifaq yaradır, bunda Türkiyə və Əfqanıstan da maraqlıdır”
Ötən ilin dekabrında Azərbaycan qazını Avropa bazarına çatdıran Cənub Qaz Dəhlizi meqalayihəsinin sonuncu mərhələsi də yekunlaşdı. TransAdriatik Qaz Boru Kəməri(TAP) ilə Azərbaycan qazının kommersiya nəqlinə başlanıldı.
Azərbaycanın enerji resurslarını dünya bazarına çıxarmaq istiqamətində atdığı addımlar regionda ölkəmizin nüfuzunun artmasına gətirib çıxarıb. Bunun nəticəsi olaraq 23 illik mübahisələrdən sonra Türkmənistan Azərbaycanın təklifini qəbul edərək mübahisəli neft-qaz yatağının birgə işlənməsinə razılıq verdi. Yanvarın 21-də bununla bağlı tərəflər arasında imzalanan anlaşma memorandumu regionda yeni ittifaqın formalaşması, yeni əməkdaşlıq perspektivlərinin yaranması deməkdir.
Bu fikirdə olan “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirir ki, Azərbaycan və Türkmənistan müstəqilliklərini qazandıqdan sonra iki ölkə arasında münasibətlər gərgin idi:
“Azərbaycan neftçiləri 1989-cu ildə Xəzər dənizində neft yatağı aşkar etdilər. Azərbaycan neftçiləri bu yatağın adını ”Kəpəz" qoydular. Ancaq SSRİ 1991-ci ildə dağıldıqdan sonra Türkmənistan bu yatağın Xəzərin ona aid olan hissəsində olduğunu bildirdi. Türkmənistan həmin yatağa “Sərdar” adını verdi. Bu, iki dövlət arasında mübahisəyə səbəb oldu. Azərbaycanla Türkmənistan arasındakı mübahisə həm də Xəzərin statusuyla bağlı idi. Azərbaycan Rusiya və Qazaxıstanla Xəzər dənizində sərhədlərini müəyyənləşdirdi və müvafiq sənədlər imzalandı. Ancaq Xəzərin statusu müəyyənləşsə də, Azərbaycan Türkmənistanla sərhədi müəyyələşdirə bilmədi. Bir neçə il əvvəl Bakı ilə Aşqabad arasında danışıqlar intensivləşdi. Rəsmi Bakı Aşqabada təklif etdi ki, Xəzərdəki “Kəpəz” (“Sərdar”) yatağı birgə istismar edilsin. Nəhayət, Aşqabad bu formula razılaşdı. 21 yanvarda iki dövlət arasında imzalanan memorandum tarixi hadisədir. Birincisi, Azərbaycan və Türkmənistan yeni yatağa “Dostluq” adını qoydular. Hər iki dövlət bu yatağı birgə işlədəcək və gəlirləri bölüşəcəklər.
İkincisi, bu yataqdan əldə edilən neft və qaz Azərbaycan üzərindən Türkiyə və Avropa ölkələrinə nəql ediləcək. Üçüncüsü, yataqla bağlı razılaşmadan sonra Bakı və Aşqabad Xəzər dənizində sərhədlərini də müəyyənləşdirə bilərlər. Bundan sonra iki ölkə arasında sonuncu mübahisə də həll olunacaq. Dördüncüsü, sərhədlə bağlı sənəd imzalanandan sonra Azərbaycanla Türkmənistan Xəzərin dibi ilə boru xəttinin tikintisi danışıqlarına da başlaya bilərlər. Bu hamının xeyrinədir. Azərbaycan, Türkiyə və Avropa İttifaqı Türkmənistan qazının TAP və TANAP boru xətləri ilə daşınmasını istəyirlər. Bu, həmin boru xətlərinin daşınma həcmini artıracaq. Bundan sonra TAP və TANAP Rusiyanın “Şimal axını” və “Türk axını” boru xətləri ilə rəqabət apara biləcək".
Ekspert qeyd edir ki, Azərbaycanla Türkmənistan arasında “Dostluq” yatağı (“Kəpəz” - “Sərdar”) ilə bağlı danışıqlar məxfi aparılıb: “Doğru strategiya idi. Çünki Bakı və Aşqabad xarici qüvvələrin sənədin imzalanmasına mane ola biləcəklərindən ehtiyat edirdilər. Rusiyadakı mərkəzlər imzalanan sənəddən məmnun qalmayacaqlar. Çünki həmin mərkəzlər Türkmənistan qazının Xəzərin dibi ilə Azərbaycan və Türkiyə üzərindən Avropa ölkələrinə daşınmasına qısqanc yanaşırlar. ”Dostluq" yatağı ilə bağlı memorandumun müharibədən sonra imzalanması Azərbaycana əlavə siyasi divident də qazandırdı. Azərbaycan həm müharibədə qələbə qazandı, həm də dostlarının sayını artırdı. Azərbaycan Türkmənistanla ittifaq yaradır. Bu ittifaqda Türkiyə və Əfqanıstan da maraqlıdırlar".
Qeyd edək ki, dekabrın axırlarında ABŞ Konqresi Rusiyanın iki mühüm enerji layihəsinə qarşı sanksiyaları gücləndirməyi nəzərdə tutan müdafiə büdcəsini qəbul edib. Büdcə sənədində Rusiyanın öz qazını Ukraynadan kənar ərazilərdən Avropa bazarına çatdırmaq üçün inşa etdiyi “Şimal Axını-2" və ”Türk axını" layihələrinə qarşı sanksiyaların dərinləşdirilməsi nəzərdə tutulub. Bu layihələrin hər ikisinin birinci mərhələsi - nəzərdə tutulan 2 kəmərdən biri artıq istismara verilib. “Türk axını” üzrə ikinci kəmərin çəkilişinə hələ hazırlıqlar gedir, amma “Şimal Axını-2" xətti üzrə kəmərin fiziki çəkiliş işləri 94 faiz yekunlaşıb. Rusiyanın ən böyük mavi yanacaq layihələrindən biri olan kəmər Baltik dənizinin dibi ilə iki xətlə son məntəqə olan Almaniya ərazisinə ildə 55 milyard kubmetr qaz çıxarmaq gücündədir. Kəmərin 2020-ci ildə istifadəyə verilməsi nəzərdə tutulurdu, lakin ABŞ sanksiyalarına görə 2019-cu ilin dekabrında İsveçrənin ”Allseas" şirkəti sualtı borudüzmə əməliyyatlarını dayandıraraq layihədən çıxmaqla tikintinin tamamilə dayanmasına səbəb oldu.
2020-ci ilin dekabrında Rusiya öz gəmiləri vasitəsilə borudüzmə əməliyyatlarını bərpa etdi. Hazırda kəmərin tamamlanması üçün Almaniya sularına 30, Danimarka sularında isə 120 km hissədə boruların düzülməsi işləri qalıb. ABŞ-ın yeni müdafiə büdcəsində bu işlərin icrasında, həmçinin kəmərin sınaq, sınaqdan sonra sertifikatlaşdırma və istismara qəbul prosesində iştirak edəcək bütün şirkətlərə sanksiyaların tətbiq olunması nəzərdə tutulur. Bu isə o deməkdir ki, hətta Rusiya öz gücünə kəməri başa çatdırsa belə, ABŞ onun istismara verilməsinin qarşısını almaqda qərarlıdır: Avropa Birliyinin qərarına əsasən Birlik ərazisində heç bir analoji kəmər beynəlxalq dərəcəli şirkətlər tərəfindən sınaqdan keçirilib, sertifikatlaşdırılmadan keçmədən istismara verilə bilməz.
ABŞ-ın sanksiya xəbərdarlığından sonra yanvarın əvvəlində beynəlxalq sertifikatlaşdırma şirkəti olan Det Norske Veritas (DNV GL) “Şimal Axını-2" kəməri ilə bağlı bütün sertifikatlaşdırma prosesindən kənara çəkildiyini bəyan edib. Daha sonra İsveçrənin ”Zurich Insurance Group" “Şimal Axını-2" layihəsindən çıxdığını açıqlayıb. Layihədən uzaqlaşan daha bir beynəlxalq şirkət Danimarkanın ”Ramboll" konsaltinq şirkəti olub.
Bir neçə gün əvvəl ABŞ borudüzmə işlərinə cəlb olunmuş Rusiya gəmisi “Fortuna” və onun məxsus olduğu “KBT-Rus” şirkətini sanksiya siyahısına daxil edib. Bundan sonra Almaniyanın “Bilfinger SE” konserni kəmərin tikintisi işlərindən çıxıb. Rusiyalı müxalifətçi Aleksey Navalnının həbsi Avropada da “Şimal Axını-2"yə qarşı hücumları artırıb. Belə ki, yanvarın 21-də Avropa Parlamenti bu həbsə cavab olaraq layihənin icrasının bloklanmasını tələb edən qətnamə qəbul edib. Avropalı parlamentarilər Avropa Birliyindən Rusiyaya qarşı digər iqtisadi sanksiyaların da sərtləşdirilməsini tələb ediblər.
Bir neçə gün əvvəl Vaşinqton layihədə Rusiyaya kömək etdiklərini düşündüyü Avropa şirkətlərini yenidən təhdid edib. “Reuters” ABŞ Dövlət Departamentindəki mənbəyə istinadla bildirir: “Biz onları risk barədə xəbərdar etməyə və çox gec olmadan iş birliyindən imtina etməyə çağırırıq”. Agentliyin məlumatına görə, yaxın günlərdə Ağ Ev “arzu olunmayan” şirkətlərin siyahısını açıqlayacaq.
Rusiya Xarici İşlər Nazirliyi isə bildirib ki, “Vaşinqton ”Qazprom"un Qərbi Avropa tərəfdaşlarına nə qədər təzyiq göstərir-göstərsin, Moskvanın “Şimal axını-2" layihəsinin uğurla tamamlanacağına şübhəsi yoxdur”.
Rusiya ekspertləri hesab edirlər ki, ABŞ sanksiyalarına baxmayaraq, Almaniya layihəni dəstəkləməyə davam edərsə, kəməri istismara vermək mümkün olacaq. Belə ki, Almaniya “Şimal axını-2"ni hələ də iqtisadi layihə hesab etdiyindən, ABŞ-dan kənar ərazilərə şamil olunan sanksiyaları qəbul etmir. Bu məsələni Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsinin müavini Ulrike Demmer də bu günlərdə yada salıb.
Yanvarın əvvəlində Almaniyanın Meklenburq federal əyalətinin parlamenti regional hökumətin “İqlim və Ətraf Mühitin Mühafizəsi” ətraf mühit fondunun yaradılması ilə bağlı təşəbbüsünü səs çoxluğu ilə dəstəkləyib. Əslində bu fond ABŞ-ın sanksiyalarından yayınmaq üçün qurulub. Qurum tikinti üçün lazım olan avadanlıqları ala biləcək. İlk növbədə, boru kəmərinin ətraf mühit üçün təhlükə yaratmadığını qəbul edəcək. Almaniyanın “Bild” qəzetinin yazdığına görə, bu, “Şimal axını-2" layihəsini ”ətraf mühitin qorunmasının əsas elementi" kimi təsnif etməyə imkan verəcək. Fond istisnasız olaraq “Şimal axını-2" layihəsinə cəlb olunan kommersiya şirkətlərini qeydiyyata almaq niyyətindədir. Sanksiyalarla təhdid olunan şirkətlər Rusiya tərəfi ilə həmin kommersiya qurumlarının təqdim etdiyi iqtisadi alətlər vasitəsilə qarşılıqlı əlaqədə olacaq.
Yanvarın 15-də BSH sırf Almaniya iqtisadi ərazilərində “Şimal Axını-2" layihəsi çərçivəsində mayın sonunadək 30 km-lik ərazidə suda borudüzmə işlərinə icazə verib. Lakin Almaniyanın Deutsche Umwelthilfe (DUH) ekoloji təşkilatı və Təbiəti Mühafizə İttifaqı Federal hökumətin gəmi tikintisi və hidroqrafiya idarəsi(BSH) ”Şimal Axını-2" layihəsi üçün tikinti işlərinə icazə sənədinə qarşı çıxıblar. DUH-da bildiriblər ki, gəmiçilik və hidroqrafiya idarəsi icazə sənədi verərkən ətraf mühitin və iqlimin mühafizəsi ilə bağlı arqumentləri nəzərə almayıb. Almaniya mətbuatının yazdığına görə, ekoloji təşkilatların etirazı olduğuna görə verilən icazə rəsmi qüvvəyə minə bilməz.
Beləliklə, ABŞ Balkanlarda Azərbaycan qazına birbaşa rəqib olacaq “Türk axını” layihəsinə, həmçinin Rusiyanın Avropa qaz bazarından sıxışdırılması planına uyğun olaraq “Şimal Axını-2" layihəsinə qarşı sanksiyaları getdikcə sərtləşdirir. Bu isə Avropa bazarında Azərbaycan və Azərbaycan üzərindən ötürülən qaza tələbatı artıracaq mühüm amillərdir. Türkmənistanla Azərbaycan mübahisəli yataqla bağlı arasında əldə olunan razılaşma, həmçinin yükdaşımalar sahəsində əməkdaşlığın sürətlə dərinləşməsi tezliklə Türkmənistan qazının da Cənub Qaz Dəhlizi ilə Avropaya çatdırılması ehtimalını gücləndirir.
Oxşar Xəbərlər
Azərbaycan və
30 İLLİK "KƏPƏZ" MÜNAQİŞƏSİ DƏ HƏLLİNİ TAPDI -
Cənub Qaz Dəhlizi yekunlaşır -
İtaliya şirkətləri işğaldan
Xəbər lenti
Bəzi yerlərə leysan yağıb, Aran rayonlarında 37 dərəcə isti olub
Xırdalanda yaşayış binasındakı YANĞIN
Bakıda yağış yağacaq, şimşək çaxacaq
Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirildi -
Fotolar
Türkanın müzakirə yaradan paylaşımı:
"Qal yana-yana"
Türkiyə səhəri güclü zəlzələ ilə açdı
Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılır
Əli Əsədov yeni qərar İMZALADI
Xankəndidə ev yandı
Baş nazir Samir Şərifovu sədr
TƏYİN ETDİ
TƏCİLİ! Nazirlər toplandı -
İclas keçirilir
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi
Ali Məhkəmə mühüm məlumat yaydı
Günay Malikqızı vəzifəsindən ayrıldı
SON DƏQİQƏ! Azərbaycan neftinin qiyməti ilə bağlı VACİB XƏBƏR
Bakının iki rayonunda qaz kəsiləcək
Avqust ayının qeyri-iş günləri-
Təqvim
Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək
İlham Əliyev Trampa təşəkkür etdi
Cavid Qurbanov bu xanıma yüksək VƏZİFƏ VERDİ
İlham Əliyev "John Deere" şirkətinin nümayəndə heyətini qəbul etdi -
Fotolar
Flora Kərimova ilə bağlı üzücü xəbər
İsti havalarda infarkt riski arta bilər:
Bu əlamətləri laqeyd yanaşmayın!
Ceyhun Bayramov Rusiya Federasiyasına rəsmi səfərə yola düşüb
Kişi SMS üstündə arvadını parkda döydü, cinayət məsuliyyətindən azad edildi
İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib
Foto
Neft bazarında SON DURUM –
Qiymətlər belə dəyişdi
Bu ərazilərdə işıq olmayacaq
Azər Məmmədov: “Şuşa Qlobal Media Forumu siyasi məzmunu və verdiyi strateji mesajlar baxımından önəmli beynəlxalq platformaya çevrilib”
-Müshibə
Şəmkirdə 11 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib
Rayonlarda leysan olacaq - Xəbərdarlıq
TƏCİLİ! Xankəndidə partlayış: Ölən var
Amal qəzadan 2 saat 7 dəqiqə sonra ölüb - Ekspertiza nəticələri
Yeni 100 manatlıqlar tədavüldə -
Taleh Kazımovun imzası ilə
Bakıda güclü külək əsəcək, bu rayonlara leysan yağacaq -
Sabahın havası
Zaur Kamaldan dələduzluq xəbərdarlığı
Dayı bacısı qızının evindən qızıl oğurladı
Azərbaycanın ilk masonu kim olub? –
Tarixin gizli səhifəsi açıldı
Heydər Əliyevin siyasi hakimiyyətə ilk gəlişinin ildönümü Beyləqanda qeyd edilib
-Fotolar
21 nömrəli bağça bağlanır? -
Təhsil İdarəsindən açıqlama
Sükan arxasında yuxulayan sürücü maşını körpüdən aşırdı -
Yol polisindən XƏBƏRDARLIQ
IV Şuşa Qlobal Media Forumu başa çatdı
İlham Əliyev Makrona: Dövlətlərarası münasibətlərimizdə yeni dövr başlayır
Pensiya ödənişlərinə yönəldilən vəsait 3,9 milyard manata çatdı
İşğal dövründə güllələnmiş büstlərə baxdılar -
Fotolar
İlham Əliyev Slovakiya Prezidentinə təşəkkür etdi
Tramp İranla bağlı xalqa müraciət edəcək
Bu ölkədə güclü zəlzələ baş verdi
Kəlbəcərdə çaya düşən yeniyetmənin axtarışları aparılır -
TƏFƏRRÜAT
“Turbo.az” və “Bina.az”la bağlı gözlənilməz qərar
PRİZMA
Azər Məmmədov: “Şuşa Qlobal Media Forumu siyasi məzmunu və verdiyi strateji mesajlar baxımından önəmli beynəlxalq platformaya çevrilib”
-Müshibə
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 132 milyard dolları ötüb
SOSİAL
1
2
3
4
5
6
Bəzi yerlərə leysan yağıb, Aran rayonlarında 37 dərəcə isti olub
Bakıda yağış yağacaq, şimşək çaxacaq
Bakının iki rayonunda qaz kəsiləcək
Avqust ayının qeyri-iş günləri-
Təqvim
İsti havalarda infarkt riski arta bilər:
Bu əlamətləri laqeyd yanaşmayın!
Bu ərazilərdə işıq olmayacaq