Simonyandan Azərbaycanla bağlı ŞOK ETİRAF: "Bir sirrin üstünü açım..."


Ermənistan parlamentinin spikeri və "Mülki Müqavilə" Partiyasından deputatlığa namizəd Alen Simonyan iyunun 1-də Ermənistan İctimai Televiziyasında keçirilən seçkiqabağı debat zamanı diqqətçəkən bəyanatla çıxış edib.

Sozcu.info "News.am"a istinadən xəbər verir ki, Simonyan dəvət olacağı təqdirdə və müvafiq şərait yaranan kimi Azərbaycana səfər edəcəyini və bütün qonşu dövlətlərin nümayəndələrini də Ermənistana dəvət edəcəyini bildirib.

Erməni spiker çıxışı zamanı deyib:

"Bir sirri aça bilərəm: bu yaxınlarda Azərbaycanda forum keçirilirdi və azərbaycanlı həmkarım məni Azərbaycana səfər etməyə dəvət etdi. Lakin təəssüf ki, seçkiqabağı təşviqat kampaniyası ilə əlaqədar mən həmin forumda iştirak etməkdən imtina etdim".

A.Simonyan həmçinin əlavə edib ki, siyasi xadimlər sülhün bərqərar olunması üçün məsuliyyəti öz üzərlərinə götürməyi bacarmalıdırlar.

Musavat.com



Oxşar Xəbərlər

Xəbər lenti