Bəylər Nəcəfov vəzifəsindən azad olundu
TƏBİB-dən əhaliyə VƏD -
İlin sonuna qədər xəstəxanalarda...
Bu dərmanlar ürək çatışmazlığına yol AÇIR
MTN generalı azadlığa çıxdı
Tramp Ankaraya Ərdoğan üçün xoş sürprizlə gedəcək
Bu gün Aşuradır
Xankəndi, Xocavənd, Şuşa, Cəbrayıl və Ağdərəyə növbəti köç karvanı yola salındı
Dünya bazarında neft bu qiymətə oldu
KTMT-dən Cənubi Qafqazla bağlı XƏBƏRDARLIQ:
"Vəziyyət kəskinləşəcək"
SON DƏQİQƏ!
Azərbaycan neftinin qiyməti ilə bağlı VACİB XƏBƏR
Eldar Namazov:
“Türk dünyası renessans yaşayır”
İlham Əliyev konfrans iştirakçılarına müraciət ünvanladı
Əvvəlki
Sonrakı
İlham Əliyev Sərdar Berdiməhəmmədovu Füzulidə qarşıladı
-FOTO
23-06-2026, 12:29
Bakının bəzi ərazilərində işıq kəsiləcək
23-06-2026, 00:52
İrandan sonra növbəti hədəfini açıqladı
16-06-2026, 09:32
Milli Qurtuluşdan tarixi zəfərə
15-06-2026, 11:07
Müharibə bitir: ABŞ və İran yekun sülhə razılaşdı
Green
12-06-2026, 21:58
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Paşinyanı general əvəzləsə...
- Bakıdan sərt xəbərdarlıq
Revanşist qüvvələr hakimiyyətə gəlmək üçün istənilən üsulu məqbul sayır; “müharibə partiyası” sonuncu “patronu”nu da atdı; ölkədə daxili böhran kritik həddə...
Kapitulyasiya sonrası Ermənistanda iqtidar-müxalifət didişməsi həlledici mərhələyə girib. Proseslər radikal ssenari üzrə inkişaf etməkdədir. 44 günlük savaşda darmadağın edilmiş bir ordunun baş qərargah rəisinin itaətsizlik göstərərək, baş nazir Nikol Paşinyanı istefaya çağırmasından sonra vəziyyət daha da qarışıb. Revanşist müxalifət, daha dəqiqi, “müharibə partiyası” əlini-əlinə sürtərək, hərəkətə keçib.
Paşinyan isə istefaya getməyə hazırlaşmadığını bəyan edib və bunu xalqın ona davam edən dəstəyi ilə izah edib. “Qoy məni xalq mühakimə eləsin, lap burada (meydanda - red.) məni güllələsinlər, ancaq bunu xalq etsin”, - deyə o, müxalifətin tələbini rədd edib. Eyni zamanda, erməni xalqına, tərəfdarlarına bir daha “məxməri inqilab”ın olmayacağını vəd edib.
*****
Bu yerdə xatırladaq ki, az öncə nüfuzlu “Gallup” şirkətinin apardığı sorğu baş nazirin ölkədə hələ də ən populyar siyasətçi olaraq qaldığını və onun reytinqinin hətta vahid namizəd Vazgen Manukyan da daxil olmaqla, müxalifət liderlərinin toplam reytinqindən böyük olduğunu üzə çıxarmışdı. Bu da sövq-təbii Paşinyanın əlini gücləndirir, ona əlavə mənəvi güc verir, müxalifətin permanent təzyiqləri qarşısında özünü daha inamlı hiss eləməyə stimulllaşdırır.
Müxalifət isə artıq sonuncu “patronu”nu da atıb - ordu rəhbərliyindəki öz adamlarını Paşinyana qarşı qiyama qaldırmaqla. Amma nəticə yoxdur. Lakin baş verən proseslərin nəticəsindən asılı olmayaraq, uduzan yenə Ermənistan olacaq. O səbəbə ki, dəfələrlə yazdığımız kimi, məğlub ölkənin xilası şəxslərə yox, qonşu Azərbaycan və Türkiyəyə münasibətdə düşüncə dəyişikliyinə bağlıdır. Bu isə hakimiyyətə iddialı namizədlərdə gözə dəymir.
Yenə başı daşdan-daşa dəyən Nikol Paşinyan bu yöndə nəsə edə bilər və deyəsən etmək də istəyir. Bundan əlavə, hərbi çevriliş baş tutmasa belə, Ermənistanın yalançı demokratik imici əməllicə zərbə alıb.
Beləcə, artıq üçüncü gündür qonşu ölkədə daxili siyasi təlatümlər yeni, daha kəskin fazasına girib. Ola bilsin, hakimiyyət-"müharibə partiyası" qarşıdurması bir az da uzansın. Çünki söhbət həm də Ermənistan uğrunda Qərb-Rusiya çəkişməsindən gedir.
*****
“Ermənistan ordusu Baş Qərargahının Paşinyanın istefasını tələb etməsi əslində Kremlin Paşinyana açıq xəbərdarlığıdır. Lakin burada digər məsələ Qərbin yanaşması olacaq. Mən düşünürəm ki, mövcud siyasi proseslərin fonunda Qərb Paşinyana dəstək verəcək və biz Ermənistanda Rusiya ilə Qərbin toqquşmasının şahidi olacağıq. İndiki halda Paşinyanın imkanları çoxdur. Daha dəqiq desək, onun əlini-qolunu bağlayan bir Qarabağ problemi yoxdur. Paşinyan indi daha sərbəst müstəqil xarici siyasət yeritmək marağındadır. Ermənistanda baş verənlər əslində Kremlin bu proseslərdən nə dərəcədə narahat olduğunun sübutudur”.
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov belə deyib (Axar.az).
“Nəhayət ki, Ermənistan ordusu meydana çıxdı, yoxsa çoxlarına elə gəlməyə başlamışdı ki, ümumiyyətlə ordu daha mövcud deyil. Ancaq özünü o, xarici müharibələrdə yox, daxili müharibədə sübut etməyə qərar verdi. Müxalifət Paşinyanı devirə bilmədiyi üçün ordu onun köməyinə gəlməyə çalışır”.
Qriqori Trofimçuk
“Yeni Müsavat”ın məlumatına görə, bunu rusiyalı politoloq Qriqori Trofimçuk Vesti.az-a bildirib.
Onun sözlərinə görə, erməni hərbçilərinin hansı hədəfləri güddüyü və bunun arxasında kimin dayandığı hələlik bəlli deyil. “Ancaq onlar anlamalıdırlar ki, Paşinyanın generalla əvəzlənməsi Ermənistanı daha sürətlə və daha dərin uçuruma aparacaq”, - deyə ekspert xəbərdarlıq edib.
Vəziyyətin heç də Rusiyanın maraqları daxilində inkişaf etmədiyini, belə sensasiyalara Kremlin, ümumiyyətlə, ehtiyac duymadığını qeyd edən mütəxəssis baş verənlərin fonunda Azərbaycan üçün siyasi və hətta hərbi-siyasi manevr baxımından böyük bir meydan açıla biləcəyini də deyib. “Çünki ortada açıq-aşkar düşmən tərəfindən böyük bir bölgəni qarışdırmaq cəhdi var. Bu durumda Bakının necə qərar verəcəyi onun öz işidir”, - Trofimçuk əlavə edib.
*****
Lakin ən önəmlisi odur ki, ermənilərin yarıdan çoxu Nikol Paşinyanın yerinə gələnlərin ondan yaxşı olmayacağını bilirlər. Üstəlik də müxalifət liderləri arasında yeni, parlaq bir sima yoxdur - hamısı sırf hakimiyyət naminə əlləşir və demək olar, hamısı da vaxtilə yüksək dövlət postları tutanlardır. Elə vahid namizəd, sabiq baş nazir Vazgen Manukyan kimi.
“Ermənistandakı böhran final nöqtəsinə gəldi. Bütün hallarda itirən ermənilərdir. Paşinyan qalib gəlsə, ona qarşı çıxan bütün generalları istefaya göndərməli olacaq və ordu olan-qalan döyüş hazırlığını da uzun müddətə itirəcək. Paşinyanın rəqibləri onu hakimiyyətdən uzaqlaşdırmaq üçün hərbi çevriliş elan etsələr, o zaman Ermənistanın yalançı demokratik imicindən heç nə qalmayacaq və özünə Qərbdən dəstək alması çətin olacaq, iqtisadi yardım ən azı, müəyyən müddətə dayandırılacaq. Pandemiya dövründə bu, Ermənistanda onsuz da çətin vəziyyəti daha da gərginləşdirəcək”.
Bunu isə politoloq
Rasim Musabəyov
deyib.
*****
Şübhə yox ki, qonşu ölkədə cərəyan edən proseslər Azərbaycanda ən yüksək səviyyədə və diqqətlə izlənir.
“Bir neçə gün əvvəl eşitmişəm ki, indi onların müttəfiqləri Ermənistan ordusunu yenə də canlandırmaq istəyirlər, onları modernləşdirmək istəyirlər. Nəyə görə? Kimə qarşı? Müharibə başa çatıb. Əgər kimsə revanşist fikirlərlə yaşayırsa, bax, bu yumruğu görəcək, bu, yerindədir və bizim səbrimizi sınamasınlar. Ermənistan ordusu bitdi, yoxdur və olmamalıdır. Belə bir faşist dövlətdə ordu olmamalıdır. Biz heç vaxt imkan vermərik ki, bizim üçün hər hansı bir təhlükə yenidən yaransın, yaxud da azad edilmiş torpaqlara qayıdacaq vətəndaşlarımız hər hansı bir risk hiss etsinlər”.
Bunu Prezident İlham Əliyev srağagün Bakının Ramanı qəsəbəsində şəhid ailələri və müharibə əlilləri üçün yeni inşa edilən yaşayış kompleksinin açılışında etdiyi çıxışında, Ermənistandakı gərgin vəziyyətin fonunda bildirib.
Dövlət başçısı həmçinin deyib:
“Biz ordumuzu bundan sonra da gücləndirəcəyik. Yeni müqavilələr imzalanıb, ən müasir silahlar alınır, artıq onlar gətirilir. Dünyada hansı müasir silah varsa, onlar da artıq kontraktlanıb və Azərbaycana gətiriləcək. Müharibə, eyni zamanda, ordunun gələcək təkmilləşdirilməsi məsələlərini də üzə çıxarıb. Aparılacaq islahatlar daha da çevik, daha da döyüşkən və döyüş qabiliyyəti yüksək olan ordunun yaranmasına gətirib çıxaracaq”.
Bu, İrəvanda nəyin bahasına olur-olsun, hakimiyyətə qayıtmağa can atan “müharibə partiyası”na rəsmi Bakının ən sərt mesajı sayıla bilər. “Dəmir yumruq” yerindədir!..
Oxşar Xəbərlər
“Belə bir addımın atılması
Gürcüstanın 5 müxalif partiyası birləşdi –Seçki bloku yaradıldı
PAŞİNYANI NECƏ DEVİRƏCƏKLƏR? -
“Ermənistandakı siyasi böhran hakimiyyət dəyişikliyi ilə sona çatmayacaq: Dövlətçilik təhlükədədir”
Xəbər lenti
Bəylər Nəcəfov vəzifəsindən azad olundu
TƏBİB-dən əhaliyə VƏD -
İlin sonuna qədər xəstəxanalarda...
Bu dərmanlar ürək çatışmazlığına yol AÇIR
MTN generalı azadlığa çıxdı
Tramp Ankaraya Ərdoğan üçün xoş sürprizlə gedəcək
Bu gün Aşuradır
Bir gecə yuxusuz qalmaq nə ilə nəticələnir? —
Araşdırma
Xankəndi, Xocavənd, Şuşa, Cəbrayıl və Ağdərəyə növbəti köç karvanı yola salındı
Dünya bazarında neft bu qiymətə oldu
Sabah ölkədə qısa iş günü olacaq
KTMT-dən Cənubi Qafqazla bağlı XƏBƏRDARLIQ:
"Vəziyyət kəskinləşəcək"
Pensiya artımı ilə bağlı mühüm xəbər
Peyman Sadıqov Nigar Fərhadın qurucusu olduğu AID GROUP-dan ayrıldı
Bakıda dəhşətli qəza:
Ölən var
Bu yolda hərəkət məhdudlaşdırıldı
SON DƏQİQƏ!
Azərbaycan neftinin qiyməti ilə bağlı VACİB XƏBƏR
Eldar Namazov:
“Türk dünyası renessans yaşayır”
İlham Əliyev konfrans iştirakçılarına müraciət ünvanladı
ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 132 milyard dolları ötüb
Əli Əsədov sərəncam imzaladı
Dənizdə batanlar qohumdurlar, biri evli, üçü subaydır
Polad Bülbüloğlu atasının Şuşadakı ev-muzeyində -
Fotolar
Daşaltı kəndinin fonunda
Fotolar
1200 abonentin qazı kəsiləcək
Narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olundu
Prezidentlərin Şuşa gəzintisindən GÖRÜNTÜLƏR -
Video
Sabah Bakıda və rayonlarda yağış yağacaq
Bu qaydanı pozanlar cərimələnəcək -
2 min manatadək
Güneldən atası ilə bağlı paylaşım -
Foto
Daşınmaz əmlakla bağlı BUNU EDİN-
Əks halda CƏRİMƏ
İlham Əliyev Sərdar Berdiməhəmmədovu Füzulidə qarşıladı
-FOTO
Kanadada silahlı insidentdə 3 nəfər öldü
-VİDEO
Suyu Zaur Mikayılov verir, yoxsa Adil Əliyev?
Məşhur şirkətlə bağlı ŞOK İDDİA:
20 milyard dollarlıq MƏHKƏMƏ
Bakıda 6 istiqamətdə tıxac var -
SİYAHI
XİN-dən dövlət qulluqçuları ilə bağlı PAYLAŞIM
“Dəmir Yumuruq TT”nin vergi borcu 1,1 milyon manatı keçdi
Bakının bəzi ərazilərində işıq kəsiləcək
75 yaşlı qadının üzərindən keçən marşrutun rəhbəri İradə Əliyeva kimdir?
Bakıda 24 yaşlı qız faciəli şəkildə ÖLDÜ
Prezidentlərin geniş tərkibdə görüşü oldu
FOTO
DİQQƏT: Maşın bazarında "Dovşan" adlı dələduz qruplaşma fəliyyət göstərir
Azərbaycan Türkmənistana tanker hədiyyə edib
İlham Əliyevin Türkmənistan Prezidenti ilə təkbətək görüşü olub
İyulun 1-dən qadınları gözləyən DƏYİŞİKLİK:
Pensiya yaşı rəsmən 65-ə çatır
AZAL yeni "Airbus A320neo" təyyarəsini istismara verdi
Türkiyədə toy yasa çevrildi - 15 yaşlı yeniyetmə 11 nəfəri güllələdi
Partlayış səsləri eşidiləcək -
Əhaliyə xəbərdarlıq!
Bu həftə 4 gün işləyəcəyik
Əhaliyə XƏBƏRDARLIQ: Bu ərazilərdə işıq olmayacaq
PRİZMA
Peyman Sadıqov Nigar Fərhadın qurucusu olduğu AID GROUP-dan ayrıldı
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 132 milyard dolları ötüb
SOSİAL
1
2
3
4
5
6
Bir gecə yuxusuz qalmaq nə ilə nəticələnir? —
Araşdırma
Sabah ölkədə qısa iş günü olacaq
Pensiya artımı ilə bağlı mühüm xəbər
Bu yolda hərəkət məhdudlaşdırıldı
1200 abonentin qazı kəsiləcək
Sabah Bakıda və rayonlarda yağış yağacaq