Ayrılmaz tarixi birlik və qardaşlıq nümunəsi


 

Tarixin bütün dövürlərində hazırki Türkiyə və Azərbaycandövlətlərinin dərin köklərinin səbəb və nəticlərini araşdırdıqda çox maraqlı məqamlara rast gəldim. Bu günlərdə iki dövlətin liderləri Azərbaycan Prezidenti cənab İlham Əliyev və Türkiyə Cümhuriyyətinin prezidenti cənab Rəcəb Tayib Ərdoğanın iki qardaş ölkənin yaxın və uzaq tarixlər ərzində ən doğma bağlılığın formalaşması dünyanın diqqət mərkəzindədir. Məhz bu bağlılıqda dünyanın mərkəzini Azərbaycan, o cümlədən Qarabağa daşınmasındadır. Biz hər zaman bu münasibətlərin əsasını Ümummilli Lider Heydər Əliyevin zamanında qoyularaq günümüzə gəlib çıxmasını dərin hörmətlə anmalıyıq. Çox tarixi keçmişə qaytımaq istərdim. Türk dövlətləri dedikdə nə başa düşülür? Bu sualın araşdırılması bizə çox maraqlı məqamları öyrədəcək.

Bir xalq bir millət olmadan dövlət formalaşmaz. Avrasiya ərazisində yaşayan türkdilli xalqların sayı 180 milyondan çoxdur. “Türk" sözünə ilk dəfəBizansmənbələrindəvə VII əsrin "Orhon-Yenisey" abidələrindərast gəlinir. Qədim Çinmənbələri türk tayfalarının b.e.ə II minillikdə mövcudluğu haqqında məlumat verir.Türk xalqlarının dinləri müxtəlif zamanlarda yəhudilik, xristianlıq və müsalmanlıq olması bu dində olan digər millətlərə və xalqlara olan tarixi gen yaddaşı olaraq humanitar və sosial baxımından yardımlaşma və insanlığın gözəl nümunəsini göstərməkdədir. Buna nümunə olaraq, çuvaşlar və qaqauzlar-XristianyakutlardolqanlarxakaslarŞamanizmkaraimlərqrımçaklar - İudaizmdininə inanır. Türk xalqlarının hazırda 7 müstəqil dövləti vardır. Onlardan AzərbaycanTürkiyəÖzbəkistanQazaxıstanTürkmənistanQırğızıstanŞimali Kipr. Türk dünyası ölkələrinin hamısı, demək olar ki, çoxmillətlidir. Bu faktor erməniləri çıxmaq şərti ilə mükəmməl birlik və bərabərliyin təməlinə bir nümunədir. Azərbaycan həm daxili, həm xarici siyasəti nəticəsində bu bölgədə yaşayan xalqların Zəfər müharibəsi dövründə“Dəmir yumruq” siyasəti bütün dünya türklərinə və 200 dən çox olan digər dövlətlərə gözəl örnək verməkdədir. Türkiyə və Azərbaycan münasibətlərində bu faktorları qeyd etməmək olmazdı. Çünki bütün dövürlərdə müharibələr zamanı bu bölgədə yaşayan digər millətlər ilə birgə mübarizəmiz göz qabağında olan kitablara yazılan tarixdir. Türklər Asiya qitəsində Əfqanıstanda (əfşarlar,qızılbaşlar, İraqda türkmənlər, Suriyada əsasən Türkiyə ilə sərhəddə, Gürcüstan və İranda Azərbaycan türkləri yaşayırlar. Avropa qitəsində isə türklər Bolqaristanda bolqar türkləri, Ruminiyada qaqauz- qıpçaq, Yunanıstanda, Ukraynada Krım tatarları, Litvada karaimlər və Rusiyada yaşayırlar.

Bütün bunları qeyd etməkdə məqsədim, Türk dövlətlərinə və türklərin yaşamış olduğu qeyri-türk dövlətlərinin ərazilərində yaşayan insanlara, millətlərə, xalqlara Azərbaycan-Türkiyə arasında tarixi köklərin qorunmasını təbliğ edərək bütün sahələrdə inkişafın təməlinin qoyulmasını göstərməkdir. 2020-ci il Zəfər qələbəmiz bu təməlin başlanğıcı, deyərdim ki, elə özü deməkdir. Zəngəzur dəhlizinin dərin tarixini anlamaq Azərbaycan Prezidenti cənab İlham Əliyev və Türkiyə Cümhuriyyətinin prezidenti cənab Rəcəb Tayib Ərdoğanın qardaşlığının Dünyaya Sülh gətirəcəyi görülməkdədir.

Qeyd etdiyimiz ölkələrdə yaşayan soydaşlarımız heç bir vaxt doğulub boya başa çatdıqları ölkələrə heç bir zaman xəyanət etmədilər. Qonşuluq, dostluq münasibətlərində yaşadılar. Heç bir ölkənin ərazi bütövlüyünü pozacaq addımlar atmadılar. Bu gündə bu tarixi irs, əqidə və əxlaq normaları ikili standartlara qarşı ən gözəl sivil mübarizədir. 

1918-ci Qafqaz İslam ordusunun Bakını İşğaldan Azad etməsi 100 il sonra 2020-ci ildə Zəfər mübarizəmizdə Qardaş Ölkənin siyasi Dəstəyi gələcək təhtidlərə qarşı birgə fəaliyyətdir. Bu fəaliyyət yaxın şərqdə terrorun sonlanmasına yönələcəkdir. Tarix təkrarlanır zaman davam edir Dostluq movcud vəziyyəti gələcək nəsillərə davamlı daşınmalıdır.

 Elmar Hüseynov,

Suraxanı RIHBA-nın Vətən müharibəsi iştirakçıları 

və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri 



Oxşar Xəbərlər

Xəbər lenti