Sürücülərin DİQQƏTİNƏ: Bakıda bu yol bağlanır

Sabah saat 08:00-dan sentyabrın 14-ü 22:00-dək Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsinin A.A.Bakıxanov küçəsindən B.Bağırov küçəsinədək olan hissəsində təmir işləri aparılacaq.
Bu barədə Sozcu.info-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.
Məlumata əsasən, bu səbəbdən qeyd olunan müddətdə sözügedən yol sahəsində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Qurum sürücülərdən hərəkətlərini öncədən planlaşdırmaları və alternativ yollardan istifadə etmələrini xahiş edir.



Oxşar Xəbərlər

Xəbər lenti