Ərdoğan Zəngəzur dəhlizinin əhəmiyyətindən danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə Soçi görüşündən sonra jurnalistlərə açıqlama verib.
Türkiyə lideri bildirib ki, Putinlə Qarabağdakı hadisələri dəyərləndirib:
“Suriya, Qarabağ, Liviya və Əfqanıstanda baş verənləri ətraflı qiymətləndirmək imkanımız oldu. Eyni şəkildə Azərbaycan məsələsini də qiymətləndirdik. Atıla biləcək birgə addımlar haqqında səmimi və səmərəli fikir mübadiləsi apardıq”.
Ərdoğan Zəngəzur dəhizi mövzusuna da toxunub:
“Zəngəzur dəhlizi bütün bölgə üçün əhəmiyyətli bir fürsət olacaq. Burada həyata keçiriləcək avtomobil və dəmir yolu xətləri bütün bölgə ölkələri üçün ticarət və iqtisadi imkanlar gətirəcək. Azərbaycan bu dəhliz üçün geniş işlər görür. Təbii ki, Ermənistan tərəfi də öhdəliklərini yerinə yetirməlidir”.
Mənbə: “TRT Haber”


Oxşar Xəbərlər

Xəbər lenti