Azərbaycan İrana JEST ETDİ: Razılaşmaya əsasən, oktyabrın 21-i... SON DƏQİQƏ

Azərbaycan Respublikası humanizm, qarşılıqlı hörmət və mehriban qonşuluq prinsiplərindən çıxış edərək və xoş niyyət nümayiş etdirərək İran İslam Respublikasının vətəndaşları Barzegar Haghı Jafar Ghazanfar və Norouzı Shahroud Heidar müvafiq razılaşmaya əsasən oktyabrın 21-i səhər saatlarında öz ölkələrinə qaytarılıb.
Bu barədə Sozcu.info-a Dövlət Gömrük Komitəsi Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən məlumat verilib.
 
Xatırladaq ki, adıçəkilən şəxslər malları Ermənistan Respublikasından Azərbaycan Respublikası Xankəndi şəhərinə sənədlərdən və gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə Azərbaycan Respublikasının gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirmələri, habelə Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda, qanunsuz olaraq keçdiklərinə görə saxlanılmışdılar.


Oxşar Xəbərlər

Xəbər lenti