Hulusi Akar Ermənistana yenidən çağırış edib

“Şuşa Bəyannaməsi sadəcə iki ölkənin deyil, bütövlükdə regionun sabitliyi və inkişafı üçün böyük önəm daşıyır”.
Sozcu.info “CNN Türk”ə istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar jurnalistlərə açıqlamasında bildirib.
“Ermənistan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin uzatdığı sülh və dostluq əlini tutmalı, "altılıq" platforması da daxil olmaqla, təkliflərimizi yaxşı qiymətləndirməlidir. “İki dövlət, bir millət" prinsipi ilə daima birlikdə olduğumuz azərbaycanlı qardaşlarımızın bu günədək olduğu kimi, bundan sonra da haqlı mübarizələrində yanlarında olmağa davam edəcəyik”.


Oxşar Xəbərlər

Xəbər lenti