İran nümayəndə heyəti belə qorunacaq - Pakistan qırıcıları artıq bölgəyə yerləşdirilib


ABŞ və İran arasında atəşkəsi davamlı sülhə çevirmək məqsədi daşıyan vacib danışıqlar Pakistanın paytaxtı İslamabadda başlayır.

Məlumata görə, Pakistan Hərbi Hava Qüvvələri Tehran və Vaşinqtondan yüksək səviyyəli nümayəndə heyətinin qournmasına səfərbər ediləcək. 

İsrailin İran nümayəndə heyətinə qarşı potensial təxribat cəhdlərinin qarşısını almaq üçün Pakistanın J-10C və JF-17 qırıcı təyyarələri, AWACS sistemləri ilə birlikdə Tehran nümayəndə heyətini daşıyan təyyarəni İranın Hörmüzqan şəhərindən müşayiət edəcək. 

İran Parlamenti sədrinin rəhbərlik etdiyi yüksək səviyyəli nümayəndə heyətinin bu gecə ABŞ rəsmiləri ilə görüşmək üçün İslamabada gəlməsi gözlənilir. Artıq İranın cənubundakı Hörmüzqan əyalətinin paytaxtı Bəndər Abbas üzərində səmada görünən Pakistan qırıcı təyyarələri, İran diplomatlarını daşıyan təyyarəni müşayiət etmək üçün bölgəyə yerləşdirilib.

Pakistan ordusu, yalnız müşayiət missiyası ilə kifayətlənməyərək, İran və Fars körfəzi üzərində faktiki olaraq təhlükəsizlik zonası yaradacaq. 



Oxşar Xəbərlər

Xəbər lenti