Türkiyədə Azərbaycan nömrəli yük avtomobili kül oldu - FOTO


Türkiyənin Samsun bölgəsində Azərbaycan dövlət qeydiyyat nişanlı avtomobildə yanğın baş verib.

Samsun-Ankara avtomobil yolunun Çakallı yaxınlığında, Azərbaycan dövlət nömrə nişanlı, N.I.S. tərəfindən idarə olunan odun daşıyan yük maşınının mühərrik hissəsində yanğın baş verib.

Məlumatdan sonra hadisə yerinə jandarma və yanğınsöndürmə briqadaları göndərilib.

Yanğınsöndürənlər tərəfindən söndürülən yanğın yük maşınını istifadəyə yararsız hala salıb.

Digər tərəfdən, yanğın səbəbindən magistral yolda nəqliyyatın hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılıb./milli.az/



Oxşar Xəbərlər

Xəbər lenti