“Gürcü Arzusu” prezidenti vəzifəsindən kənarlaşdıra bilmədi – AVROPA PARLAMENTİNDƏN İVANİŞVİLİNİN “İMPİCMENT OYUNU” HAQDA AÇIQLAMA


Avropa Parlamentinin üzvü Viola fon Kramon Gürcüstan prezidentini ona qarşı düşünülmüş olan impiçmentin uğursuzluğu münasibətilə təbrik edib.

Hurriyyet.az xəbər verir ki, eyni zamanda Viola fon Kramon bu prosesin Gürcüstanın reputasiyasına xələl gətirdiyinə işarə edib.

“Demokratik təsisatların oliqarxdan daha möhkəm olduğu ortaya çıxdı. Lakin bu təşəbbüslə Gürcüstanın reputasiyasına böyük zərbə vuruldu. İndi biz hamımız bu ziyanı aradan qaldırmaq üçün səylərimizi ikiqat artırmalı və dekabrda Gürcüstanın Aİ üzvlüyünə namizəd olmasını təmin etməliyik”, - deyə Viola fon Kramon yazıb.

Qeyd edək ki, Gürcüstan parlamenti impiçment yolu ilə prezidenti vəzifəsindən kənarlaşdıra bilməyib. Belə ki, Salome Zurabişvilinin impiçmentini 86 deputat dəstəkləyib. Bir deputat əleyhinə səs verib. Bu qərar parlamentin tam tərkibinin ən azı üçdə ikisi, yəni 100 deputat tərəfindən dəstəklənərsə, prezident vəzifəsindən kənarlaşdırıla bilərdi.

Hurriyyet.az



Oxşar Xəbərlər

Xəbər lenti