8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Sozcu.info “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Türkiyə Prezidenti R.T.Ərdoğan bu gün hakim Ədalət və İnkişaf Partiyasının (AKP) parlament fraksiyasının üzvləri qarşısında çıxış edib. Prezident Ərdoğan BMT-nin Qəzza ilə bağlı qərar qəbul elədiyi səsvermədə bitərəf qalan ölkələrin liderlərinə telefonla zəng edəcəklərini bəyan edib.
Bəlli olduğu kimi, oktyarın 27-də BMT Baş Assambleyası Qəzzada davam edən böhranla bağlı “Mülki əhalinin müdafiəsi və hüquqi və humanitar öhdəliklərə riayət edilməsi haqqında” qətnamə qəbul edib.
Azərbaycan da daxil olmaqla qərarın lehinə 120, əleyhinə 14 ölkə səs verib, 45 ölkə bitərəf qalıb.