Ölkə başçısının iqtisadi siyasəti - “ Dəmir Qalxan “

Vətən müharibəsi  zamanı “ Dəmir yumruq “ siyasəti  nəticəsində  əldə olunan hərbi, siyasi qələbədən sonra Azərbaycana qarşı aparılan qarayaxma və təziqlər qarşısında ölkə başçısının “ Dəmir Qalxan “ siyasəti dövlətin, xalqın maraqlarının heç bir təzyiq altında qurban verilməyəcəyini bütün dünyaya nümayiş etdirdi. Lakin Prezident  “ Dəmir Qalxan” siyasəti ilə Azərbaycanı təkcə müdafiə etmir, hələ 2004-cü ildə irəli sürdüyü ” hücum diplomatiyası”ndan lazımi vaxtda, lazımi məkanda mükəmməl şəkildə istifadə edir. Ulu öndərin “ İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!” şüarını yol xəritəsinə çevirən Prezident Qərbdən gələn siyasi təzyiqləri iqtisadi təsirlərlə neytrallaşdırır, yox edir.
Məhz bu siyasətin tərkib hissəsi kimi Prezidentin mart ayının 1-də Cənub Qaz Dəhlizi Məşvərət şurası çərçivəsində nazirlərin 10-cu, Yaşıl Enerji Məşvərət şurası çərçivəsində nazirlərin 2-ci iclasında etdiyi çıxış ölkəmizin enerji təhlükəsizliyi məsələlərində oynadığı rolun, mövqeyinin göstəricisi idi. Prezident çıxışı zamanı Azərbaycan və Albaniya dövlətləri arasındakı dost münasibətlərdən, fəal əməkdaşlıqdan, beynəlxalq təsisatlarda bir-birinə  göstərdiyi dəstəkdən danışıb, əməkdaşlığın yeni perspektivlərindən, xüsusən enerji təhlükəsizliyinin təmin olunmasının ölkələrimizin milli təhlükəsizlik məsələsi hesab olunmasını ön plana çıxardı.
Ötən il yeni tapılan Abşeron yatağında təbii qazın kommersiya hasilatı Azərbaycanın enerji sahəsində gələcək şaxələndirmə layihələrinin resurs bazasını təşkil edəcək.  Birləşmiş Ərəb Əmirliyinin  ADNOC şirkətinin Abşeron layihəsinin səhmdarı olması isə layihə çərçivəsində beynəlxalq əməkdaşlığın genişlənəcəyindən xəbər verir
Neft - qaz  ölkəsi olan Azərbaycan yaşıl enerjiyə keçid prosesində fəal iştirak edir. Ölkəmizdə “Masdar” şirkəti tərəfindən inşa olunmuş Günəş Elektrik Stansiyasının gücü 230 vatdır. İşğaldan azad olunmuş ərazilərdə salınan şəhər və kəndlərdə alternativ enerji qurğularının quraşdırılmasına üstünlük verilməsi bu siyasətin tərkib hissəsidir. Bağlanan müqavilələr çərçivəsində ölkəmiz 2030 - cu ilə kimi ümumilikdə günəş və külək enerjisinin istehsal həcminin 5 min meqavata çıxarılmasını planlaşdırır. 2024 - cü il Azərbaycanda “ Yaşıl dünya naminə həmrəylik ili ” elan olunması yaşıl enerji məsələsinin dövlətimiz və onun başçısı üçün nə qədər önəmli olmasının göstəricisidir. Bu sahədə aparılan siyasətin nəticəsidir ki, COP29 – un Azərbaycanda təşkil edilməsi qərarı beynəlxalq birliyin ölkəmizə, onun başçısına,  sözümüz imzamızdır”  kəlməsinə hörmətinin əlamətidir.

Sevinc Hacızadə

Suraxanı rayonu, 79 nömrəli tam orta məktəbin direktoru

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti