Ünvanı bəlli olan mesaj

Prezident İlham Əliyevin cari ilin 1 mart tarixində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları zamanı “Euronews” televiziyasına verdiyi müsahibəsi tədbirin diqqətçəkan məqamlarından biri oldu. Ölkə başçısı tədbirdəki çıxışı ilə əlaqədar jurnalistin müəyyən məqamlara bir daha aydınlıq gətirmək istəyi ciddi maraq doğuran hadisə idi. Çünki cənab İlham Əliyev çıxışında bir sıra qüvvələrə konkret mesajlar ünvanlamışdı.
Televiziya jurnalistinin suallarına konkret və əhatəli cavablar verən cənab Prezident  Cənub Qaz Dəhlizinin reallaşması üçün görülən işlərdən və maneələrdən danışmış, müxtəlif ideyaların və təkliflərin ən yaxşısının həyata keçirilməsi üçün beynəlxalq əməkdaşlığın imkanlarından istifadə edildiyini bildirmişdir: “Layihəni reallaşdırmaq üçün geniş beynəlxalq əməkdaşlığa ehtiyac var idi. Ona görə də bizə öz maliyyə imkanları ilə dəstək göstərmələri üçün aparıcı beynəlxalq maliyyə institutlarını dəvət edərək, ölkələr arasında, şirkətlər arasında bu əməkdaşlığı qurmağa başladıq”-deyə bildirən ölkə bacısı qeyd edib ki, indi 3500 km-lik kəmər arzu deyil, reallıqdır. Hazırda həmin kəmər vasitəsilə Avropanın 6 ölkəsinə təbii qaz ötürülür ki, bu da qoca qitənin enerji təhlükəsizliyində kifayət qədər rola malikdir.
Layihənin getdikcə daha çox ölkələri əhatə etdiyini bildirən cənab İlham Əliyev bunun səbəbinin təbii qazı yeni təyinat nöqtələrinə nəql etməyə imkan verən yeni interkonnektorları olduğunu  qeyd etmiş, layihə həqiqətən də enerji təchizatının, enerji təhlükəsizliyi ilə bağlı məsələlərin coğrafiyasını tamamilə dəyişdiyini. Başladığı işin uğurla başa çatmasına görə insanın özünü xoşbəxt hiss etdiyini bildirmişdir.
COP29-un Azərbaycan üçün ümumi yaşıl enerji gündəliyinin və məsuliyyət hissinin bir hissəsini təşkil etdiyini bildirən ölkə başçısı qlobal iqlim dəyişikliklərinə qarşı mübarizənin hamı üçün eyni dərəcədə məsuliyyətli olduğunu bildirərək yaşıl enerjiyə keçid üçün hazırda qazıntı yanacağından əldə olunan vəsaitlərin bu layihələrə yatırıldığını bildirmişdir. Beynəlxalq Maliyyə Korporasiyasının hesablamalarına əsasən, Xəzər dənizinin Azərbaycan sektorunda yaşıl enerji potensialımızın 157 giqavat təşkil etdiyini bildirərək yaxın vaxtlarda ölkəmizin yaxın 10 ildə daxili bazarda qaz istehlakını azaldacağını qeyd etmişdir.
Son dövrlərdə qazıntı yanacağına malik ölkələrin qınaq obyektinə çevrilməsinə dair sualı cavablandıran cənab Prezident bildirdi ki, “qazıntı yanacağına sahib olan ölkə olmaq sözsüz ki, bizim günahımız deyil. Düşünürəm ki, bu, bizim nailiyyətimizdir ki, biz neft və qaz ehtiyatları olan bir çox ölkənin üzləşdiyi “neft lənətinə” düçar olmamağı bacardıq. Biz nefti inkişafa çevirdik, sərvətin ədalətli paylanmasını təmin etməyə nail olduq. Son 20 ildə biz Azərbaycanda yoxsulluğun səviyyəsini 50 faizdən 5 faizə endirdik. Sizin Bakıda bütün gördükləriniz infrastrukturun tamamilə yeni inkişafı və insanların həyat səviyyəsinin yaxşılaşmasıdır. Əfsuslar olsun, indi deyirlər ki, qazıntı yanacağı təhlükəlidir, mənfidir və günah bu ehtiyata sahib olan ölkələrdədir. Mənim mesajım ondan ibarət idi ki, bizə gördüyümüz işə görə, gəlirlərdən insanların ehtiyaclarını təmin etmək və yaşıl enerji gündəliyinə təkan vermək üçün necə istifadə etdiyimizə görə qiymət verin. Ümidvaram ki, mesajım eşidiləcək.”
Mesaj da, ünvan da aydındır. Bu gün Azərbaycanı tənqid adı ilə təhdid edənlərə tutarlı cavab da elə bu mesajdadır.
Arzu Miriyev

Suraxanı rayonu, 65 nömrəli tam orta məktəbin direktoru

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti