Suriyadakı konsulluğu vurulan İran BMT-yə şikayət etdi

Sozcu.info xəbər verir ki,  İranın BMT-dəki daimi nümayəndəliyinin təşkilatın baş katibi və Təhlükəsizlik Şurasının sədrinə ünvanladığı məktubda deyilir: "İran Dəməşqdəki konsulluğuna hücuma görə İsrailə qəti cavab vermək hüququnu özündə saxlayır". İranın müraciətində baş verənlərin nəticələrinə görə tam məsuliyyətin İsrailin üzərinə düşdüyü bildirilir.
Sənəddə yazılıb: “İran İslam Respublikası bu cür qınanılmağa layiq addıma qətiyyətlə cavab vermək üçün beynəlxalq hüquq və BMT Nizamnaməsi çərçivəsində qanuni hüquqa malikdir".
İran həmçinin BMT Təhlükəsizlik Şurasını İsrailin Dəməşqdəki İran konsulluğuna hücumunu ciddi şəkildə pisləməyə və Təhlükəsizlik Şurasının təcili iclasının çağırılması da daxil olmaqla tədbirlər görməyə çağırıb.
Tehran zərbələr nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) iki generalının və beş general köməkçisinin həlak olduğunu açıqlayıb. Belə ki, İİKK-nın məlumatına görə, bu zərbə nəticəsində 7 İran nümayəndəsi həlak olub.



Oxşar Xəbərlər

Xəbər lenti