Müharibə günlərlə davam edə bilər: Türkiyə BU ADDIMLARI atmalıdır - Sinan Oğan



Hökumətimizdən gözləntim şərq və cənub-şərq bölgələrimizdə təcili olaraq fövqəladə vəziyyət elan edilməsi və mümkün miqrasiya hərəkətlərinə qarşı xüsusilə sərhəd rayonlarımızda hazır və ehtiyatlı olmaqdır.

Sozcu.info xəbər verir ki, bu fikirləri Türkiyənin prezidentliyə keçmiş namizədi Sinan Oğan öz "X" hesabında yazıb.

S. Oğan digər statusunda qeyd edib ki, müharibə ən azı bir neçə gün davam edə bilər:

"Təəssüf ki, bizim yanımızda ən azı bir neçə gün davam edə biləcək müharibə başlayıb. Bir tərəfdən müharibənin yayılma ehtimalı, digər tərəfdən iqtisadi böhranın yükü və miqrasiya dalğası...

Türkiyə olaraq baş verənləri yaxından təqib etməli və ani reaksiyalar almalıyıq".

Xatırladaq ki, İsrail ordusu aprelin 1-də Suriyanın Dəməşq şəhərindəki İran konsulluğunun binasına hava hücumu həyata keçirib. Hadisə nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) ikisi general olmaqla 7 üzvü həlak olub. Hücumdan 13 gün sonra İran cavab addımı atıb.

WhatsApp Image 2024-04-14 at 08.36.18.jpeg (93 KB)

WhatsApp Image 2024-04-14 at 08.36.09.jpeg (109 KB)



Oxşar Xəbərlər

Xəbər lenti