Prezident İlham Əliyevin ADA Universitetində keçirilən beynəlxalq forumda çıxışı

Qlobal aləmdə Azərbaycanın uğurları davam edir. Təbii ki, qazanılmış 44 günlük müharibə hazırkı müsbət gedişatın bazasını təşkil edir. Regionda və dünyada ölkəmizin sayılıb- seçilməsi xarici siyasət kursumuzun nə qədər doğru olduğunun daha bir əyani sübutudur. Bildiyimiz kimi uzun illər erməni təcavüzündən əziyyət cəkən Azərbaycan problemin beynəlxalq hüquq normalarına uyğun həll etmək üçün böyük fədakarlıq göstərdi. Lakin beynəlxalq aləm nə də düşmənlərimiz bunu düzgün qiymətləndirə bilmədi. Cənab Prezident İlham Əliyev uzaqgörən siyasəti, vaxtında verilən qətiyyətli qərarlar nəticəsində torpaqlarımız azad edildi, ərazi bütövlüyümüz təmin olundu.
Regional səviyyədə bölgədə əmin-amanlıq və sabitliyin bərqərar edilməsi, nəhəng enerji, nəqliyyat və əməkdaşlıq layihələrinin gerçəkləşdirilməsi kimi strateji məqsədlərə nail olmaq Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən birini təşkil etməkdədir. Qloballaşan müasir dünyada Azərbaycan xalqının maraqlarının daha səmərəli müdafiəsi naminə ölkə iqtisadiyyatının inkişafı üçün müxtəlif layihələrə xarici sərmayələrin cəlb edilməsi də Azərbaycanın xarici siyasəti üçün müstəsna əhəmiyyət daşımaqdadır. Beləliklə, demokratik tərəqqi yolunu seçmiş Azərbaycan özünün qonşusu olan və olmayan digər dövlətlərlə müxtəlif sahələrdə həm ikitərəfli, həm də çoxtərəfli əsasda bərabər və qarşılıqlı faydalı münasibətlərin qurulub inkişaf etdirilməsi üzrə ümumi məqsədi mümkün qədər tam şəkildə həyata keçirmək əzmindədir. Azərbaycan Respublikasının ölçülüb-biçilmiş və milli mənafelərin qorunmasına xidmət edən xarici siyasət kursunun uğurlu şəkildə həyata keçirilməsi dövlətimizin başlıca amalıdır. Prezident İlham Əliyevin güclü dövlətçilik duyğusu, dərin məntiqi və məsələlərin mahiyyətini düzgün dərketmə qabiliyyəti beynəlxalq əlaqələrin qurulması işinə düzgün yanaşma yolunu müəyyən etməyə imkan yaradır. Kompleks və çox şaxəli xarakter daşıyan bu proses çərçivəsində aparılan diplomatik fəaliyyət bir neçə əsas istiqamətdən ibarətdir, birlikdə isə onlar müstəqil Azərbaycanın xarici siyasətini təşkil edir
Azərbaycan bir çox beynəlxalq təşkilatların üzvüdür. Bu təşkilatlar qarşısında götürdüyü bütün öhdəlikləri böyük məsuliyyət hissi ilə yerinə yetirir. Baxmayaraq ki, bəzən düşmənlərimiz gördüklərimiz işlərə kölgə salmaq istəyir, görülən odur ki, buna nail ola bilmirlər. Azərbaycan təbii sərvətlərlə zəngin ölkə olmaqla yanaşı neft və qaz ixrac edan aparıcı dövlətdir. Hazırda dünya ölkələri alternativ enerji mənbələri axtarmaqda davam edir. Ancaq bunu yaxın gələcəkdə reallaşması inandırıcı deyil. Bizim bu sahədə daha yeni texnologiyalardan istifadə etməyə çalışır, əraf mühitin az zərər görməsinə çalışırıq. Doğrudur dünya inkişaf edir, texnoloji yeniliklər ən yüksək səviyyədədir. Ancaq ekologiya haqqında bunu deya bilmərik.
Azərbaycanda 1994-cü ildən bəri bütün neft əməliyyatları beynəlxalq ətraf mühit mühafizəsi standartlarına əsasən aparılır. Bizim əsas investorlarımız dünyanın aparıcı enerji şirkətləridir və sözsüz ki, hər kəs onların ətraf mühitə diqqət yetirdiyinin yaxşı bir nümunə olduğunu bilir. Biz də ölkə olaraq, ekoloji problemlərdən əziyyət cəkirik. Məsələn, Xəzər dənizinin getdikcə geri çəkilməsi cox ciddi problemlər yarada bilər. Bu, ətraf mühit, eləcə də ticarət üçün ciddi manedir. Biz gəmilər üçün daha çox kanal qazmalıyıq və əgər Xəzər dənizinin geri çəkilməsi olduğu kimi davam edərsə, biz nəinki təkcə ciddi ekoloji problemlə, kommunikasiya layihələri ilə də bağlı problemlər yaşayacağıq. Çünki hazırda icra edilməkdə olan vacib layihələrdən biri - Orta Dəhliz Xəzər dənizindən keçir. Beləliklə, burada bir çox məsələlər var. Ətraf mühitin mühafizəsi ilə bağlı çoxlu işlər görülür və bu işlər davam etməkdədir. Dövlətimiz ətraf aləmin qorunmasına olduqca böyük önəm verir. Azad olunmuş torpaqlarımızda aparılan quruculuq işlərində göstərilən həssaslıq buna nümunə ola bilər. Əlbəttə bütün bunlar beynəxalq aləmin də diqqətindən kənarda qalmır. Qeyd edək ki, aprelin 24-də Laçında 30 ölkədən 64 nüfuzlu ekspertin iştirakı ilə "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forum çərçivəsində konfrans öz işinə başlayıb. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar COP28-in ötən il dekabrın 11-də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək və 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.
Bu Azərbaycanın beynəlxalq aləmdə qazandığı aparıcı mövqeyin göstəricisidir. Dünya miqyaslı tədbirlər ev sahibliyi edan Azərbaycanın xarici siyasət kursunun nə dərəcədə doğru olduğu bir daha sübut olundu. Düşünürəm ki, ərazi bütövlüyümüz uğrunda apardığımız haqlı mübarizəmizdəki qalibiyyət bizi daha yüksək zirvələrə aparacaq.
Məcid Rəsulov

Suraxanı rayonu140 saylı tam orta məktəbin direktoru

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti