Şuşanın tarixi abidələrinin bərpası müharibədən dərhal sonra başlanılmışdır

Bildiyiniz kimi, Azərbaycan Prezidenti İlham Əliyev doğma Şuşa şəhərinə qayıdış münasibətilə şuşalıları təbrik etmişdir. Şuşaya qayıdan ilk sakinlərə mənzillərinin açarlarının təqdim olunması mərasimində çıxış edən dövlətimizin başçısı onların otuz iki il vətən həsrəti ilə yaşadıqlarını, amma Şuşanı unutmadıqlarını qeyd edərək, onların doğma Şuşaya qayıtmaları üçün 2003-cü ildən başlayaraq əlindən gələni əsirgəmədiyini söyləmişdir.
Bu gün hər bir kəs sevinir ki, ölkəmizin cənnət guşəsi olan Qarabağımız addım-addım təcavüzkar Ermənistan ordusunun işğalından azad olunmuş, “Qarabağ Azərbaycandır” şüarı ilə mənfur düşməni lərzəyə salan ordumuzun döyüş meydanında göstərdiyi şücaət xalqımızın qürur mənbəyidir. Genetikası acgözlüklə, nadincliklə korlanmış yağı düşmən isə öz cılız addımlarından heç vaxt əl çəkməyib. Özünü dost kimi göstərən mənfur düşmən fürsət ələ keçən kimi zaman-zaman məkrli simasını göstərib, çirkin əməllərinitörətməyə çalışmışdır. Lakin igidlərimiz düşməndən fərqli olaraq öz sözünü həmişə döyüş meydanında demişdir.Müzəffər Azərbaycan Ordusunun möhtəşəm zəfərləri düşməni təhlükə hiss etdikdə dağılışan dovşanlar kimi pərən-pərən salaraq, 2020-ci il noyabr ayının 8-də Şuşanın azad olunması düşmənin belini qırdı.
Şuşaya ruhsuz getmək olmaz. Ruhsuz gedənlərin otuz illik kirlətdiyi bu şəhərdə onların vandallığından başqa heç bir izlərinə rast gəlinmir. Günümüzün Şuşası həmin izləri də üzərindən ataraq çiçəklənməkdədir. Bu şəhər 30 illik işğalında belə heç bir yad nəfəsi götürmədi. Çünki bu şəhərin ruhu bizə aiddir. Çünki Cıdır düzü ruhumuzun sərhədsizliyinin, genişliyinin məkanıdır. Şuşa sadəcə evimiz deyil, Allaha inancımızdır, var olmağımızdır. Ulu öndər Heydər Əliyev Şuşanın müqəddəslik təsvirindəki ideya da məhz budur. Bu ideyanı Prezident İlham Əliyev xalqa müraciətində son dərəcə həssas notlarla qabartdı: “Qarabağı azad görmək Heydər Əliyevin və bütün dünya azərbaycanlılarının əsas arzusu idi. Biz bu arzunu, Azərbaycan xalqının arzusunu yerinə yetirdik. 2020-ci il 8 noyabr tarixdə əbədi qalacaq.
Qarabağın tacı, Vətən müharibəsində zəfərimizin zirvəsi olan Şuşa sürətlə dirçəlir, tarixi şöhrətini özünə qaytarır.  Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə bərpa olunan Şuşada aparılan bərpa və quruculuq işlərinin miqyası olduqca möhtəşəmdir. Bu günlərdə Şuşa səfərində bir daha şəhərdə aparılan bərpa və quruculuq işləri ilə tanış olduq.
Şuşada xeyli bərpa işləri, infrastruktur layihələri icra olunmuşdur. Natəvan, Bülbül və Üzeyir bəy Hacıbəylinin güllələnmiş heykəlləri əvvəlki yerlərinə - Şuşa şəhər mərkəzi meydanına qaytarılıb. "Xan qızı" bulağı bərpa edilib. Qısa vaxtda Heydər Əliyev Fondu tərəfindən dahi Azərbaycan şairi və ictimai-xadimi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksində təmir-bərpa və yenidənqurma işləri aparılıb. Görkəmli Azərbaycan bəstəkarı Üzeyir bəy Hacıbəylinin heykəli və dahi Azərbaycan şairi Molla Pənah Vaqifin büstü qoyulub. Xalq artisti Bülbülün ev-muzeyi bərpa edilib. Qala divarlarında bərpa işləri aparılıb. Şəhərin su və enerji təchizatı da yoluna qoyulub.
Məhz Ümummilli liderin neft strategiyasının uğurla həyata keçirilməsinin ölkəmizə gətirdiyi siyasi divident ölkəmizin beynəlxalq arenada nüfuzunun artırılmasına, iqtisadi divident isə ölkə iqtisadiyyatının güclənməsi, müdafiə qüdrətinin yüksəlməsinə, hər iki amil isə qüdrətli ordunun vasitəsi ilə 30 illik işğala son qoyan 44 günlük Böyük Zəfəri şərtləndirdi və xalqımıza böyük qələbə sevinci bəxş etdi, ərazi bütövlüyümüz bərpa olundu. Ardınca 19 sentyabr 2023-cü ildə gerçəkləşən birgünlük antiterror əməliyyatı ilə ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam təmin olundu, bütövlükdə böyük güc mərkəzlərinin maraqlarının toqquşduğu bölgəmizdə onların bəhanələrinə rəvac verən 200 illik erməni separatizmi tamamilə çökdürüldü, yox edildi.
Bir sözlə dahi şəxsiyyətin qurtuluşdan tərəqqiyə apardığı ölkəmizi, Ali Baş Komandan cənab İlham Əliyev heç vaxt bu qədər təsəvvür edə bilmədiyimiz davamlı Zəfərə çatdırdı. Çünki, Şuşa əzəldən Azərbaycan şəhəri olub, işğal dövründə də öz azərbaycançılıq simasını qoruyub saxlamışdır. Biz gəlmişik burada əbədi yaşamağa və bundan sonra Azərbaycan Bayrağı bu torpaqlarda əbədi dalğalanacaqdır.
Fuad Rəhimov
Yeni Suraxanı bələdiyyəsi sədri

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti