Ərdoğanın Azərbaycana səfər proqramı açıqlanıb
General Mais Bərxudarova vəzifə verilib
Pəncəli Teymurova Milli Qəhrəman adı verildi
Ərdoğan İlham Əliyevi təbrik etdi -
Zəfərin 5-ci ildönümü münasibətilə
Ramiz Mehdiyevin general oğluna qadağa qoyuldu
Abşeron və Səbail rayonlarında oğurluq edən 3 şəxs saxlanılıb
Təranə Səmədova azadığa çıxır?
Qabil Məmmədov yoxa çıxdı: öldürülüb? -
Video
Azərbaycanda 31 yaşlı baş redaktor vəfat etdi
Qəddafinin oğlu azadlığa buraxıldı
Mehdiyevin Rusiya xüsusi xidmət orqanlarının rəhbəri ilə qohum olduğu üzə çıxdı –
FAKTLAR
Mirzoyan:
“Sülh prosesində konstitusiya dəyişikliyi məsələsi yoxdur”
Əvvəlki
Sonrakı
Saxlanılan icra başçısının köməkçisi DANIŞDI
31-10-2025, 14:12
Ramiz Mehdiyevlə Əli Kərimlini birləşdirən “dəyər”
- Azərbaycanın ideoloji sərhədi xarici təsirlərdən azad olmalıdır
30-10-2025, 23:05
İcra başçısı ilə yanaşı onlar da HƏBS EDİLDİ
30-10-2025, 16:39
Mehdiyevin ailə üzvlərinin ölkədən çıxışına “stop” qoyulub
-ÖZƏL
17-10-2025, 18:29
İcarədardan Azay Möhnətova yeni ittihamlar
:Kompensasiya maxinasiyası
14-10-2025, 22:23
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Eks-spikerdən Şuşanın işğalı ilə bağlı 26 il əvvəlki tarixi müraciət: "Böyük satqınlıq, xəyanət, alçaqlıq..." - Stenoqram
Bu gün qədim Azərbaycan şəhəri Şuşanın erməni silahlı qüvvələri tərəfindən işğalının 26 ili tamam olur.
Aradan 26 il getsə də, strateji əhəmiyyətli Şuşanın necə və niyə bu qədər asanca düşmənə təslim edildiyi müəmması hələ də çözülmür ki, çözülmür…
Sozcu.info
Strateq.az-a istinadən xəbər verir ki, həmin vaxt
Ali Sovetin sədri olan və prezident səlahiyyətlərini icra etmiş Yaqub Məmmədov
un 1992-ci ilin mayın 12-də bu hadisəylə bağlı AzTV-nin canlı efiri vasitəsilə xalqa müraciətinin stenoqramını təqdim edir.
Bu müraciətdə əslində Şuşanın niyə və necə işğal edildiyinə işıq salan çox fikirlər, faktlar var… Bir daha oxuyun və düşünün…
***
"Əziz həmvətənlərim !
Xalqımızın tarixində ən ağır günlərdən, ən ağır anlardan biri olan bu gün respublikamızda baş verən ağır hadisələrdən, mən sizə bilavasitə müraciət edərək, obyektiv məlumat vermək istəyirəm.
Bildiyiniz kimi, mart ayının əvvəllərindən başlayaraq,
İran İslam Respublikasının vasitəçiliyi ilə Ermənistanla Azərbaycan arasında və Dağlıq Qarabağda yaranmış münaqişəni danışıq yolu ilə, siyasi yolla həll etmək üçün görüşlər keçirilirdi və mükalimələr aparılırdı. Bu danışıqların yekunu olaraq, may ayının 6-da İran İslam Respublikasının prezidenti ağayi Rəfsəncaninin rəsmi dəvəti ilə Azərbaycanın nümayəndə heyəti İranda Ermənistan nümayəndə heyəti ilə üçtərəfli görüşdə iştirak etmək üçün Tehrana yola düşdü.
Tehrana səfərimiz üç günə planlaşdırılmışdı. Ancaq biz respublikada yaranmış vəziyyətlə əlaqədar Iran İslam Respublikasının rəhbərliyi qarşısında məsələ qoyduq ki, bu görüş bir gündə qurtarmalıdır.
Ayın 6-da İranda, Tehran şəhərində İran İslam Respublikasının rəhbərliyi ilə görüşdük. Axşam isə Ermənistanın nümayəndə heyəti İrana gəldi.
Ermənistan nümayəndə heyəti ilə bizim görüşlərimiz ayın 7-nə səhər saat 9-a təyin olundu. Ayın 7-də saat 9 tamamda İran İslam Respublikası prezidentinin iqamətgahında hər üç tərəfin iştirakı ilə danışıqlar başlandı.
Bu danışıqlar çox kəskin, çox gərgin, çox mübahisəli oldu. Ona görə də danışıqları həmin gün qurtara bilmədik, çünki müəyyən bir qərara gəlib, müəyyən bir sənəd imzalamaq mümkün olmadı. Ancaq İran İslam Respublikasının prezidenti ağayi Rəfsəncaninin çox böyük səyi və inadkarlığı nəticəsində görüşlər pozulmadı. Görüşlərin yenidən davam etdirilməsi qərara alındı. Nəhayət, ayın 7-də bütün günü və ayın 7-dən 8-nə keçən gecə hər iki nümayəndə heyəti İran İslam Respublikası rəhbərliyinin bilavasitə iştirakı ilə danışıqları davam etdirdi.
Danışıqlar nəticəsində bizi qane edən bir sənəd hazırlandı və bu sənədə əsasən, Azərbaycan Respublikasının çox təkidlə tələb etdiyi bəzi məsələlər həll olundu və ona görə o məsələlər bu sənədə daxil oldu və belə bir sənəd imzalandı.
Bu sənəddə bizi qane edən və çox təkidlə tələb etdiyimiz əsas məsələ ondan ibarət idi ki , Ermənistanla Azərbaycan arasında bütün sərhədlər boyu, o cümlədən Dağlıq Qarabağda, bütün münaqişə zonalarında atəş dayandırılsın və atəşin dayandırılmasına İran İslam Respublikasının müşahidəçiləri, eləcə də Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi tərəfindən göndərilmiş müşahidəçilər nəzarət etsinlər.
Sənəd imzalandıqdan sonra biz təcili olaraq Tehrana, təyyarə limanına yola düşdük və Bakıya gəlməli olduq.
Tehranda təyyarəyə minərkən bizə məlumat verdilər ki, Ermənistanın hərbi qüvvələri Laçın rayonu tərəfdən Azərbaycan ərazisinə hücuma keçib, Şuşa ətrafında ağır döyüşlər gedir və çox gərgin vəziyyət yaranıb.
Biz elə təyyarə limanında İranın prezidenti Rəfsəncaniyə bu xəbəri çatdırdıq və qəti surətdə öz etirazımızı bildirib, tələb etdik ki, təcili olaraq Rəfsəncani Ter-Petrosyanla əlaqə saxlasın və bu məsələnin həll olunmasını tələb etsin.
Təyyarə ilə Bakıya gəldik. Bakı təyyarə limanında bizi qarşılayan yoldaşlar məlumat verdilər ki, doğurdan Dağlıq Qarabağda və Şuşanın ətrafında vəziyyət çox gərginləşib və oarada ağır döyüşlər gedir. Birbaşa dövlət idarəsinə gəldik, respublika Müdafiə Nazirliyinin rəhbərliyi ilə əlaqə saxladıq, məlumat tələb etdik.
Müdafiə Nazirliyi rəhbərliyinin verdiyi məlumata görə, doğurdan da Şuşaya hücum başlanıb, Ermənistanın Gorus rayonu tərəfdən isə "Qrad” və "Kristal” raketlərdən və digər hərbi texnikadan Laçın rayonunun ərazisi də atəşə tutulur .
Ancaq Müdafiə Nazirliyi bizi əmin etdi ki, bu cür çaş-başlığa, bu cür təşvişə, bu cür təhlükəyə elə bir əsas yoxdur. Çünki Şuşada və Laçın rayonunda bizim kifayət qədər hərbi gücümüz, hərbi sursatımız, texnikamız vardır və lazımi tədbirlər görülür.
Ancaq mən çox narahat idim, ona görə bilavasitə Şuşaya zəng etdim, Şuşanın rəhbərliyi ilə telefon danışığım oldu və mənə məlumat verdilər ki, Şuşada doğurdan da çox ağır vəziyyət yaranıb. Şuşa hər tərəfdən mühasirədədir, ermənilərin çox böyük hərbi texnikası və canlı qüvvələri Şuşanı fasiləsiz olaraq, atəşə tutublar və əgər təcili olaraq canlı qüvvə və texnika gətirilməsə, kömək olmasa, Şuşanın vəziyyəti ağırdır, Şuşanın taleyi təhlükə altındadır.
Biz yenə Müdafiə Nazirliyi rəhbərliyi ilə bu haqda danışıq apardıq, göstəriş verdik və Müdafiə Nazirliyi bizə dedi ki, siz onların dediyi çox şeyə qulaq asmayın, bu, onların adətidir. Orada lazımi qüvvəmiz də var, texnikamız da var və yenə də Şuşanın müdafiəsi üçün və sərhədlərimizin müdafiəsi üçün lazimı tədbirlər görürük və görəcəyik.
Hər yarım saatdan bir mən Şuşa ilə əlaqə saxlayırdım. Hər dəfə Şuşadan alınan məlumatla Müdafiə Nazirliyindən alınan məlumatın bir-birinə zidd xarakter daşıdığını görürdüm. Şuşa ilə axırıncı telefon danışığım ayın 8–də saat 6–nın yarısında oldu. Yenə həmin təşvişli xəbərləri mənə verdilər, mən də bu məlumatı yenə Müdafiə Nazirliyinin rəhbərliyinə çatdırdım və yenə eyni cavabları aldım.
Bundan sonra Şuşa ilə bizim əlaqələrimiz qırıldı, heç bir əlaqə saxlaya bilmədik. Şuşada olan vəziyyət haqqında yalnız kənar mənbələrdən–
Ağdamdan, Laçından, Qubadlı, Füzulidən, Yevlaxdan, Gəncədən, Müdafiə Nazirliyindən və i. a məlumat ala bildik.
Aldığımız bu məlumatların hamısı çox ziddiyyətli xarakter daşıyırdı, ona görə də biz çox narahat idik və Şuşanın talryi bizi çox narahat edir və düşündürürdü.
Bununla əlaqədar elə həmin axşam respublika rəhbərliyinin müşavirəsini çağırdıq, yaranmış vəziyyəti bir daha təhlil etdik, müzakirə etdik və qəti tədbirlər görmək üçün lazımi təşkilatlara, lazımi nazirliklərə öz göstərişimizi, sərəncamımızı verdik.
Gecə saat 1-dək Müdafiə Nazirliyinin qərargahı ilə, rəhbərliyi ilə fasiləsiz telefon danışıqlarım olub. Onlardan tələb edirdim ki, Şuşa haqqında, Şuşanın taleyi haqqında mənə dəqiq məlumat versinlər. Hər dəfə mənə eyni cavabı verirdilər ki, Şuşa bizim əlimizdədir, Şuşanın müdafiəçiləri qəhrəmanlıq göstərirlər, Şuşaya lazımi kömək göstərilir, hətta hərbi vertolyotlardan, hərbi təyyarələrdən istifadə olunur və Şuşanın yaxınlığına gəlmiş erməni hərbçiləri, onların silahlı qüvvələri, texnikası iki kilometr Şuşadan kənara atılıb. Bu axırıncı məlumatı Müdafiə Nazirliyi mənə gecə saat 1-də vermişdir.
Ancaq yenə də məndə daxili bir narahatlıq var idi. Mən bu məlumatlara inana bilmirdim. Çünki Ağdamdan, Laçından, Qubadlıdan gələn məlumatlar mənə daha inandırıcı təsir bağışlayırdı. Həmin məlumatlara görə isə Şuşada vəziyyət ağır olaraq qalırdı.
Yalnız gecə saat 3-ə işləmiş olardı, mənə məlumat gəldi ki, o məlumatlar ki, sizə Müdafiə Nazirliyindən və başqa mənbələrdən verirlər, onlara inanmayın.
Şuşa ermənilərə verilib. Bu, mənimçün çox dəhşətli oldu. Çox ağır idi bu məlumatı eşitmək.
Mən buna inana bilmirdim. Necə ola bilərdi ki, belə asanlıqla Şuşa ermənilərə verilsin? Mən yenə Müdafiə naziri Rəhim Qazıyev ilə danışdım. O mənə dedi ki, o da indi belə bir məlumat alıb, ancaq bu məlumata inanmır, indi təcili Yevlax rayonuna gedir. Orada əlaqə saxlayacaq, məlumatı dəqiqləşdirib mənə xəbər verəcək.
Təkid etdim ki, mən də elə gecə Yevlaxa getmək istəyirəm, bir yerdə gedək.
Ancaq Rəhim Qazıyev mənə dedi ki, sizin indi Yevlaxa getməyinizə ehtiyac yoxdur, mən xahiş edirəm siz Bakıda olun və mən oradan sizə ətraflı məlumat verəcəyəm.
Mən yenə də rayonlarla əlaqə saxladım, yenə də çalışdıq ki, dəqiq məlumat alaq. Ancaq gələn məlumatların hamısı yenə ziddiyyətli idi və bu məlumatların obyektivkiyinə məndə daxili heç bir inam yox idi.
Nəhayət, gecə saat 4–də mən respublikanın bütün rəhbər işçilərini dəvət etdim və burada genış müşavirə keçirdik.
Bu müşavirədə Müdafiə Nazirliyinin rəhbərliyindən Şahin Musayev, daxili işlər nazirinin birinci müavini Ramiz Məmmədov, milli təhlükəsizlik naziri İlhüseyn Hüseynov, Nazirlər Kabinetinin sədri vəzifısini icra edən Feyruz Mustafayev və başqaları yaranmış vəziyyət haqqında məlumat verdilər. Məsələ dəqiq müzakirə olundu, konkret tapşırıqlar, göstərişlər və Şuşanın nəyin bahasına olursa-olsun müdafiə edilməsi, əldə saxlnması haqqında sərəncamlar verildi. Bu müşavirədə də Müdafiə Nazirliyinin nümayəndəsi bizi yenə əmin etdi ki, Şuşada indi şiddətli döyüşlər gedir biz Şuşanı əldən verməmişik, Şuşa bizimdir.
Bunlara baxmayaraq, mən gecə şox böyük narahatlıq,
təşviş hissi ilə İran Respublikasının prezidenti Rəfsəncaniyə, Türkiyənin Baş naziri Süleyman Dəmirələ, Rusiya hərbi naziri Qaraçova və başqalarına zəng vurub müraciət etdim, yaranmış vəziyyətlə onları tanış etdim və onlardan tələb etdim, xahiş etdim ki, təcili tədbirlər görsünlər və bu müharibə dayandırılsın.
Şuşanın ermənilər tərəfindən zəbt olunması Azərbaycan xalqı üçün çox böyük zərbə olar və bu, regionda onsuz da gərgin olan vəziyyəti elə bir dəhşətli vəziyyətə gətirib çıxarar ki, onun qarşısını heç bir qüvvə ilə almaq olmaz.
Bu danışıqlardan sonra səhərə yaxın özüm bilavasitə təyyarə ilə
Yevlax şəhərinə getdim, orada bizim hərbi hissənin nümayəndələri ilə görüşdüm, lazımi göstərişlər verdim və artıq orada mənə məlum oldu ki, müdafiə naziri Rəhim Qazıyev Yevlaxda olub və oradan Gəncəyə gedib. Mən isə oradan bilavasitə hadisə yerlərinə –Ağdama yollandım.
Ağdama hərbi hissənin komandirlərini dəvət etdim, bizim orada olan nümayəndələri, ictimaiyyətin nümayəındələrini, qonşu rayonlardan hərbi hissənin komandirlərini dəvət etdik və orada məsələni təhlil etdik, yaranmış vəziyyəti yerində öyrıəndik. Bizə məlumat verdilər ki, Şuşa ilə heç bir əlaqə yoxdur və çox güman ki, Şuşada bizim hərbi qüvvələr qalmayıb.
Bu vaxt Quliyev familiyalı bir hərbçi gəldi. Mənə dedilər ki, Şuşadan axrıncı çıxanlardan biri bu yoldaş olub və yaxşı olar ki, mən onunla görüşüm. Mən o yoldaşı qəbul etdim, oninla söhbət etdim. O mənə danışdı ki, Şuşadan bizim hərbi qüvvələr ayın 7-dən 8-nə keçən gecə çıxmağa başlayıblar və Şuşada ayın 8-də bizim çox az miqdarda hərbi qüvvələrimiz, özü də yerli milis batalyonu və yerli müdafiə batalyonu qalıb. Qalan qüvvələr isə ayın 7-dən 8-nə keçən gecə və ayın 8-dən etibarən Şuşadan tədricən çıxmağa başlayıblar. O, mənə dedi ki, Şuşanı axrıncı tərk edənlərdən biridir və saat 9-a işləmiş Azərbaycanın hərbi qüvvələrindən Şuşada demək olar ki, heç kim qalmamışdı.
Bu xəbər məni yenə sarsıtdı. Bu, böyük bir dəhşət idi. Bu, böyük bir fəlakət idi.
Bu hərəkət – hərbi qüvvələrin, müdafiə qüvvələrinin heç bir müqavimət göstərmədən, nəyə görəsə
Şuşanı belə asanlıqla tərk edib ermənilərə verməsi mənə qarşı yox, Azərbaycan rəhbərliyinə qarşı yox, Azərbaycanın qəhrəmanlıq tarixinə, Azərbaycan xalqının bu gününə və gələcəyinə böyük satqınlıq, xəyanət, alçaqlıq, – və nə desəniz buna aid məfhumları burada işlətmək olar, -idi. Mən buna ayrı qiymət verə bilmirəm və vermək mümkün deyil.
Bütün bunlara baxmayaraq, bu xəbərin bizi sarsıtmasına baxmayaraq, biz yenə Şuşanın hərbi hissəsinin komandirləri ilə, rayonun rəhbərliyi ilə, bilavasitə bu işə cavabdeh olan şəxslərlə geniş müşavirə keçirdik. Tədbirlər işləyib hazırladıq və qəti göstəriş verdik ki, nəyin bahasına olursa olsun Şuşa bu gün qaytarılmalıdır.
Mən elə oradan–Ağdamdan Türkiyənin Baş baziri Süleyman Dəmirəl
ilə bir daha telefonla danışdım, yaranmış vəziyyət haqqında ona məlumat verdim və xahiş etdim, tələb etdim ki, xalqımızın bu ağır günlərində, bu ağır anlarında Türkiyə bütün imkanlardan istufadə edib bizə kömək etsin.
Qradan Gəncəyə yola düşdüm. Gəncədə qərargahın geniş iclasını keçirdik. Orada mən hərbi hissələrin komandirləri ilə görüşdüm. Bu haqda sizə bu gün ətraflı məlumat vermək firkim yoxdur. Qəti tələblər qoyduq, qəti tədbirlər gödük ki, bizə kömək olunmalıdır və Şuşa qaytarılmalıdır.
Mən Gəncəyə gələrkən artıq müdafiə nazirimiz buradan getmişdi. Mənə verilən məlumata görə, Moskvaya getmişdi.
Mən gecə ilə qayıtdım Bakıya, burada respublika rəhbərliyinin geniş iclasını çağırdıq.
Gecə saat 2-dək respublikada olan bütün ictimai-siyasi partiyaların, təşkilatların rəhbərliyinin iştirakı ilə respublika rəhbərliyinin geniş iclası oldu, yaranmış vəziyyət təhlil olundu. Alınmış obyektiv məlumatları yoldaşlara çatdırdıq və
burada Müdafiə Nazirliyinin nümayəndəsi yenə qəti surətdə bildirdi ki, Şuşanı almışıq, Şuşa bizim əlimizdədir. Mən burada yenə qeyd etdim ki, Allah elsin belə olsun, ancaq bu məlumatın obyektivliyinə və düzgünlüyünə mən inanmıram.
Bütün bunlara baxmayaraq, Müdafiə Nzirliyinin mətbuat idarəsi ayın 9-da və 10-da bütün günü belə məlumatlar verdi ki, Şuşada ağır döyüşlər gedir və Şuşanı biz əldən verməmişik.
Ancaq ayın 9-da və 10-da Şuşanı tərk etmiş hərbi hissələrin nümayəndələri ilə və Şuşanın bəzi rəhbər işçiləri ilə mənim görüşüm oldu. Ağdamda Quliyev yoldaşın
mənə verdiyi bu məlumat bir daha təsdiq etdi ki, Şuşada ayın 8-də bizim hərbi hissələr, demək olar ki, qalmamışdı və o da ermənilər tərəfdən olan güclü hücumun, atəşin qabağında müqavimət göstərə bilməyəcəyini başa düşüb oranı tərk etməyə məcbur oldu. Şuşa demək olar ki, müqavimətsiz ermənilərə verildi.
Bu, nə qədər ağır olsa da, nə qədər dəhşətli olsa da, nə qədər faciəli olsa da, bizim inamımızı qırmayıb. Biz bütün tədbirləri, bütün respubliklanın imkanlarını səfərbər etmişik və səfərbər edirik ki, Şuşanı bu günlərdə qaytaraq, Şuşada Azərbaycanın mövqelərini möhkəmləndirək.
Məni narahat edən fikrimi, ürəyimi, mənliyimi didən odur ki, Daşaltıda olan satqınlıq, xəyanət, Xocalıda olan xəyanət, şərəfsizlik, Malıbəylidə, Quşçularda olan xəyanət mənəviyyatımızı, xalqımızın mənəviyyatını, bizim tariximizi, bu günümüzü və gələcəyimizi belə xəyanətkarlıqla damğalayanlar…
Bunlar aşkar olunmalıdır. Xalq bunları bilməlidir və nəhayət, öz sözünü deməlidir. Bunlar öz layiqli cəzasını almalıdır. Bu, bizim tariximiz üçün də, bu günümüz üçün də, gələcək nəsillərimiz üçün də vacibdir.
Mən bu günlərdə Dağlıq Qarabağda, Şuşada, sərhəd rayonlarımızda baş vermiş hadisələr haqqında sizə real, obyektiv məlumat verdim”.
Azərbaycan Televiziyasının CANLI EFİRİ.
12 may 1992-ci il.
Oxşar Xəbərlər
Müstəqilliyin əleyhdarı müstəqil dövlətin məmuru ola bilərmi?
Ənvər Seyidov:” Rəhim Qazıyev siz kimsiniz?
Ordumuz düşmən həmləsinə ağır cavab verdi - Nazirlik
Siyavuş Novruzovla bağlı şikayətə cavab - Baş Prokurorluq sabiq xidmət rəisinə yazdı
Xəbər lenti
Bu şəxslər mənzillə təmin olunacaqlar
Ərdoğanın Azərbaycana səfər proqramı açıqlanıb
General Mais Bərxudarova vəzifə verilib
Pəncəli Teymurova Milli Qəhrəman adı verildi
Ərdoğan İlham Əliyevi təbrik etdi -
Zəfərin 5-ci ildönümü münasibətilə
Ramiz Mehdiyevin general oğluna qadağa qoyuldu
8 Noyabr-Zəfər Günü münasibətilə Beyləqanda Şəhidlər Xiyabanı ziyarət edilib
-Foto
“Xəzər asayişi” Alyansına doğru güclü addım
Pensiya alanlara şad xəbər -
Nazirlik məlumat yaydı
Abşeron və Səbail rayonlarında oğurluq edən 3 şəxs saxlanılıb
Təranə Səmədova azadığa çıxır?
Qabil Məmmədov yoxa çıxdı: öldürülüb? -
Video
Azərbaycanda 31 yaşlı baş redaktor vəfat etdi
Qəddafinin oğlu azadlığa buraxıldı
Mehdiyevin Rusiya xüsusi xidmət orqanlarının rəhbəri ilə qohum olduğu üzə çıxdı –
FAKTLAR
Mirzoyan:
“Sülh prosesində konstitusiya dəyişikliyi məsələsi yoxdur”
Bu avtobusda gedişhaqqı artdı:
Bu gündən...
Bu istiqamətlərdə tıxac var -
Sürücülərin nəzərinə
Gələn ildən "Qaçqınkom" fəaliyyətini dayandıracaq? -
RƏSMİ
Təranə Səmədovanın cəzası azaldıldı
Qəşəm Nəcəfzadəyə vəzifə verildi
Kəbirə Məmmədova kütləvi narazılıq yaratdı: "Belə davam etsə, bazar ayağa qalxacaq"
Prezident dörd fərman imzaladı
Vahid Əliyev vəfat etdi
Bu avtomobilləri almaq istəyənlər üçün
VACİB XƏBƏR
Azərbaycanda güclü zəlzələ olacaq? -
AÇIQLAMA
Deputatların maaş artımı təklifinə nazirdən REAKSİYA
Bu işin də altından Ramiz Mehdiyev çıxdı:
Kürəkəni vasitəsi ilə...
Prezident:
“Azərbaycan Ordusu NATO standartlarına uyğunlaşdırılıb”
Kəmaləddin Heydərovun oğlundan açıqlama:
“Əks halda çox şey itirəcəyik”
Azərbaycanda vəzifəli şəxslərə cinayət işi açıldı
Bu şəxslər 200 manat cərimələnəcək
Beyləqan sakini “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi”nin rəhbər şəxslərindən ŞİKAYƏTÇİDİR
Onlar icbari tibbi sığorta haqqını özləri ödəyəcək
Rusiyanın 10 regionuna PUA hücumu edildi
Azərbaycanda Super Ay hadisəsi müşahidə olunub
Azərbaycanın bir qrup alimi təltif edilib - SƏRƏNCAM
Bakının iki rayonunda qaz təchizatı müvəqqəti dayandırılacaq
Bütün növ əmək pensiyaları artacaq:
RƏQƏM AÇIQLANDI
Azər Məmmədov: “Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu öz adını müasir hərb tarixinə XXI əsrin ən yeni döyüş taktikasının müəllifi kimi yazdırdı”
Bakı metrosunda şüşə arakəsmələr QURAŞDIRILACAQ? -
RƏSMİ AÇIQLAMA
Misir Mərdanov yenidən nazir olmaq istəyir? -
AÇIQLAMA
Sumqayıtda dəmir yolundan rels oğurlayanları polis saxladı
Sabah Bakıda hərbi yürüşlər KEÇİRİLƏCƏK –
Bu istiqamətlərdə
“Mən Ramiz Mehdiyevə villa bağışlamamışam” –
Heydərov danışdı
Azərbaycanda üç hakim təqaüdə göndərildi
Yağış yağacaq, 2 dərəcə şaxta olacaq –
FAKTİKİ HAVA
“Yaşa görə orta aylıq pensiya 629 manat olacaq”
Prezident Bakı Metropoliteni əməkdaşlarını təltif etdi
BDYPİ: Yağışlı hava yollarda diqqət, məsuliyyət və səbr tələb edir
PRİZMA
Azər Məmmədov: “Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu öz adını müasir hərb tarixinə XXI əsrin ən yeni döyüş taktikasının müəllifi kimi yazdırdı”
MÜSAHİBƏ
1
2
3
4
5
6
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
Himnimizin müəllifi kimdir?
-MÜSAHİBƏ
“İnsanın kim olduğu deyil, kim olmağa qərar verdiyi önəmlidir”
- MÜSAHİBƏ
Müxalifətin yeni parlamenti boykot cəhdləri hüquqi nəticə verməyəcək
44 günlük müharibədə ona görə qalib gəldik ki, Rusiya...
“Mən birlik layihələrinin könüllüsüyəm"
– CƏLAL QURBANOV
TƏHLİL
“Xəzər asayişi” Alyansına doğru güclü addım
SOSİAL
1
2
3
4
5
6
Bu şəxslər mənzillə təmin olunacaqlar
8 Noyabr-Zəfər Günü münasibətilə Beyləqanda Şəhidlər Xiyabanı ziyarət edilib
-Foto
Pensiya alanlara şad xəbər -
Nazirlik məlumat yaydı
Bu istiqamətlərdə tıxac var -
Sürücülərin nəzərinə
Bu şəxslər 200 manat cərimələnəcək
Onlar icbari tibbi sığorta haqqını özləri ödəyəcək