Blinken Gürcüstanı hədələdi: “Lazımı tədbirlər görüləcək”


ABŞ Dövlət katibi Antoni Blinken ABŞ-ın Gürcüstanın ötən həftə qəbul etdiyi və kütləvi etirazlara səbəb olan “Xarici təsirin şəfafflığı haqqında” qanun layihəsinə qarşı tədbir görəcəyi ilə bağlı xəbərdarlıq edib.

Sozcu.info xəbər verir ki, Vaşinqton rəsmisi sözügedən qanun layihəsinə görə çox narahat olduğunu deyib.

A.Blinken məsələ ilə bağlı Gürcüstana qarşı tədbir görüləcəyini deyib:

“Biz buna cavab olaraq nə edəcəyimizi ciddi şəkildə düşünürük. Güman edirəm ki, lazımı tədbirlər görüləcək. Avropa İttifaqı Gürcüstanın üzvlük prosesinə bu qanun layihəsinin təsirini araşdırır. Bu layihə gürcü xalqının Aİ-yə doğru istiqamətlənmə arzusunun əleyhinədir”.

Globalinfo.az



Oxşar Xəbərlər

Xəbər lenti