27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
Türkiyə dövləti nə bizim daimi düşmənimizdir, nə də bizim daimi dostumuz. Türkiyə bizə qonşu dövlətdir. Türkiyədə Gürcüstandan gedən bizim çoxlu həmvətənlərimiz yaşayır. Gürcülər, eləcə də qeyri gürcülər. Türkiyədə Gürcüstandan müxtəlif vaxtlar göçüb gedən, bir qismi qarapapaq türkləri adlanan azərbaycanlılar yaşayırlar. Qarapapaq türklərinin Türkiyədə nəhəng diasporu vardır və dünyanın müxtəlif dövlətlərinə dağılan qarapapaq türkləri ilə sıx əlaqələr yaratmağa cəhd göstərirlər. Bu il Novruz bayramında türkiyədən qarapapaq türklərinin geniş nümayəndəliyi gəlmişdi, maraqlı tədbirlər və layihələr planlaşdırdılar. Qarşılıqlı əməkdaşlıq nenorandumunu imzaladılar. , xeyriyyə aksiyalarının keçirmək niyyətində idilər, halbuki, onlardan 6 nəfər biznesmenə müəyyən olunmayan səbəblərə görə, Gürcüstana gəlməsi qadağan olundu. Biz İstanbulda və bursada persona-non-qrat elan olunan həmin 6 nəfər insanla və Qarapapaq türklərinin dünya birliyinin başqa üzvləri ilə də, ö cümlədən Makedoniyadan olan qarapapaqlı qonaqlar ilə görüşdük. Söhbət zamanı lentə alınmış söhbəti sizə təklif edirik: SEYFULLAH TÜRKSOY, Dünya Qarapapaq Türkləri Birliyinin genel başkanı: -Özüm və fəaliyyətim barədə sizə nəql etmək istəyirəm. 33 ildir ki, jurnalistdəm. Bu günkü prezident Rəcəb Tayub Ərdoğanın tərəfkeşi dim, hələ onun seçkiləri dövründə, bilirdim ki, o, Türkiyəni çiçəkləndirmə yolu ilə aparacaqdı. Hal-hazırda qarapapaq türklərinin təşkilatı ilə birlikdə "İpək yolu” cəmiyyətinə rəhbərlik edirəm. Bizim təşkilatın adı ilə Gürcüstana da tez-tez gedirdim və türk televiziyalarınnda və mediyanın başqa vasitələrində hər yerdə Gürcüstan-Türkiyə dostluq əlaqələri barədə danışırdım. Bilirəm, ki, Gürcüstanda çoxlu qarapapaq türkü yaşayır, mənim əcdadlarım da Gürcüstandan idilər. Mənim babamın atası Gürcüstanda yaşayırdı. -Ümumiyyətlə, qarapapaq türkləri təşkilatının yaradılması niyə lazım gəldi və bu təşkilat nəyə xidmət edir? -Biz istəyirik ki, bütün dünyaya yayılan qarapapaq türkləri ilə dostluq və mədəni əlaqələr yaradaq. Bizim məqsədimiz ənənələrin qorunub saxlanılması , folklor sənətinin axtarılması və çiçəkləndirilməsidir. Siyasət bizim işimiz deyil. Biz siyasətə qarışmırıq.Qarapapaqlılar Türkiyənin 44 şəhərində yaşayırlar. Dünyada isə, ABŞ-da, Orta Asiya ölkələrində və bir çox ölkələrdə. Bu gün Türkiyə Demokratik ölkədir. Bizdə Şimali Qafqazlı, azərbaycanlı, Orta Asiya ölkələrinin qədim sakinləri çoxdur. Bizim ölkədə bu gün onların öz cəmiyyətləri və birləşmiş qrupları, eləcə də təşkilatları vardır ki, onlar da öz təşkilatlarında Gürcüstandan, Azərbaycandan, Şimali Qafqaz ölkələrində olan qarapaqlar türklərini birləşdirsin, onların mədəniyyətini, ənənələrini və tarixini qoruyub saxlasın. Bu təşkilat ətrafında birləşən işgüzar camaat, biznesmenlər, ictimai xadimlər çalışırlar ki, müxtəlf ölkələrdə olan qarapapaq türklərinə xeyriyyəçilik şəklində iqtisadi və maddi yardım göstərsinlər. Biz heç bir ölkənin, aydındır ki, nə də Gürcüstanın siyasi həyatına qarışmamışıq və heç indi də qarışmaq niyyətdə deyilik. Biz Gürcüstanı müstəqil dövlət olaraq tanıyırıq. Türkiyə ilk olaraq Gürcüstanın müstəqilliyini tanıyıb. O, indiyədək Gürcüstanın ərazi bütövlüyünü tanıyır. Biz Türkiyə hakimiyyətinin siyasi xəttinin tərəfdarıyıq və Gürcüstan ilə müstəqil ölkə olaraq mehriban qonşuluq əlaqələrini istəyirik. Biz qarapapaq türkləri birliyinin üzvləri, Türkiyədə uğurlu biznes fəaliyyətini quran insanlar, Kvemo Kartlinin iqtisadi cəhətdən ehtiyacı olan əhaliyə yardım etmək istəyirik. ERKAN KOÇALI, əslən Bolnisi rayonundan olan, biznesmen, İstanbul və Bursada nəhəng tikinti şirkətinin direktoru: -Artıq ili ildir ki, Gürcüstanda humanitar və xeyriyyə təbbirlərini həyata keçiririk. 10-a qədər tədbir həyata keçirmişik, aşıqların iştirakı ilə konsertlər, xalq çənlikləri təşkil etdik. Türkiyədə biz özünüzü Gürcüstanın diaspor nümayəndəsi hesab edirik. Çünki, bizim əcdadlarımız Gürcüstandan idilər. Bizim qohumlar , qarapapaq türkləri bu gün də Gürcüstanda yaşayırlar. Onlar bizim qohumlarımızdır. Bayramlarda və digər növ tədbirlərdə bir-birimiz ilə görüşməyə, həmqardaşlarımıza naddi yardım göztərməyə çaılşırdıq. Bir neçə tədbirdə iştirak da etdik. Kvemo Kartlinin qubernatoru bizim üçün gözəl qəbul təşkil etdi. Kvemo Kartli ilə bizim təşkilat arasında mədəni-dostluq əlaqələrinin yaradılması üçün birgə memorandum imzaladıq. Memorandum Türkiyədə Gürcüstan günlərinin geçirilməsi tədbirini, eləcə də Gürcüstanda türkgünlərinin təşkilini nəzərdə tuturdu. Gürcü-türk əlaqələrində energetika baxımından ticarət, sənaye tərəfdən, mədəniyyət baxımından Gürcüstanın müstəqilliyindən sonra hansı nailiyyətlərimizin olmasını xüsusi ilə qeyd etmək istəyirdik. Bununla işgüzar insanları mədəni –xeyriyyə fəalyyətinə cəlb etmək istəyirdik. Bu məsələlərə dair simpoziumların keçirilməsini də planlaşdırırdıq. Biz Kvemo Kartli rəhbərliyinə bölgənin əhalisi üçün humanitar yardımın nə formada lazım gəldiyini və vacib olduğunu təklif edəndə, onlar sosial cəhətdən müdafiəsiz uşaqlara paltar və ayaqqabının ən əlverişli olduğunu bizə dedilər. Biz hesab etdik ki, bölgədə mövcud sosial cəhətdən müdafiəsiz əhalinin böyük hissəsinə müsəlman qaydası ilə sünnət etmə imkanı olmayacaqdı və oradakıuşaqları sünnətləndirmək üçün Türkiyədən mütəxəssislər apardıq. Onda 400 nəfər uşaq sünnət edildi Gürcüstana bir trayler paltar və ayaqqabı da göndərildi. Bu aksiyanı Novruz bayramına təsadüf etdik. Rustavi şəhərində ən az qarapapaq türkü yaşayır, halbuki, ən çox humanitar yardlmı məhz elə Rustavi əhalisi aldı. TİKA (Türk İş Birliyi Qalxınma Ajamsı) təşkilatı quberniyanın rəhbərliyi ilə birlikdə gömrekdə bizim üçün problem yaşandı, halbuki, yükü çıxartdıq, lakin tanamamilə yox. Sonra bizim üçün Gürcüstanı keçmək problem oldu. Bizim təşkilatda 150-ə qədər biznesmen birləşib ki, onlar da ehtiyacı olan insanlara yardım etməyə hazırdırlar, lakin qeyd etdiyim kimi, problem yaranmışdı ki, buna görə də təşkilatın 6 nəfər üzvünün Gürcüstana daxil olmaq hüququ qadağan edildi. -Səbəbi? - Bu barədə heş nə bilmirik. Mənim özümün də, təşkilat rəhbərinin də, digər 5 nəfərin Gürcüstanadaxil olmaq hüququ alınıb. Gürcüstan nümayəndəsinə humanitar yükü Novruz bayramı günlərində təhvil verdik. Türkiyəyə gəldik və elə ki, yenidən Gürcüstana getmək istəyəndə , məni bir daha buraxmadılar. -Yükü hər hansı təşkilatın adı ilə gətirirdiniz? -Mal bütövlükdə Maya Rəcəbovanın adına qanuniləşdirdik. O, Kvemo Kartlidə xeyriyyə təşkilatlarından birinin rəhbəridir. Bizim təşkilatdan müxtəlif vaxtlar 150 nəfər Gürcüstana gəlmişdi. 6 nəfərin Maya Rəcəbova ilə problemi yarandı və məhz elə həmin 6 nəfərə Gürcüstana gəlmək qadağan olundu. 300 000 dollarlıq humanitar yardım "Salam” mədəni-xeyriyyə təşkilatının sədri Maya Rəcəbovanın adına köçürüldükdən sonra Rəcəbova ilə bizim təşkilatın baş katibi arasında əlaqə gərginləşdi. -O cümlədən, hansı məsələ üzrə münaqişə əmələ gəldi? Seyfullah Türksoy:- Humanitar yardımın necə paylanılması barədə sənədləşdirməni tələb etdik. Maya Rəcəbova bizə saxta pasportlar təqdim etdi və bizə başqa saxta sənədləşdirmə göstərdi. Bizdən kim müqavimət gösərdi və sənədləşdirməni tələb etdi, hamımız təcrid olunduq. Hamımıza Gürcüstana gəlmək məhdudlaşdırıldı. 100% -lik şübhəmiz vardır ki, Maya və onun əri Tbilisi və onun ətrafında mövcud olan ticarət bazarlarında bizim tərəfimizdən göndərilən malı satırlar. Sizə dediyimiz kimi, biz yalnız humanitar aksiyalar ilə kifayətlənməyəcəkdik. Biz yeni biznes əlaqələrin planlaşdırılması baxımından elm, mədəniyyət nübadiləsi baxımından simpoziumlar və forumlar keçirmək istəyirdik. Bakı-Tbilisi-Qars dəmiryolunun tikintisi ilə əlaqədar Ankarada simpozium keçirdik ki, burada da bu ölkələrin 40-a qədər deputatı iştirak edirdi. Mən orada da qeyd etdim ki, türk, azərbaycanlı və gürcü biznes əlaqələrinin daha da genişləndirilməli olduğunu söylədim. Orada forumda biz məsələni irəli sürdük- Şahdənizdən gələn qaz Gürcüstandan keçərək dünya bazarına çıxmalı olsun. Hikmət Karaboğa, biznesmen: biz sizin ölkəyə dərin hörmət bəsləyirik. Bu yaxınlarda dövlət çevrilişi cəhdi Türkiyədə həyata keçiriləndə, ilk olaraq Türkiyəyə gedən və tərəfkeşliyini ifadə edən Gürcüstanın baş naziri idi. Bundan öncə, Karsda çıxış edərkən bir daha dedim ki, gürcü-azərbaycan əlaqələrində iqtisadi partnuorluq və biznes layihələr çox yaxşıdır, lakin mədəni tədbirlər vacibdir. Biz. Qarapapaq türkləri , bu üç ölkənin əlaqələrində öz sözümüzü deyəcəyik dedim. Bizim üçün orda bizim həm qardaşlarımız qarapapaqlar yaşadığından Gürcüstanın rifahı və inkişafı əhəmiyyətlidir və və onların həyat tərzinin yaxşılaşdırılması bizim mənafelərimizə daxildir. -6 nəfər şəxs Gürxcüstanda persona non-qrat olaraq elan ediləndən sonra bunun səbəbləri barədəheç nə bilmirsinizmi, Gürcüstan hakimiyyətinə Gürcüstana sizin gəlişinizin qadağan edilməsi barədə izahat cavabının verilməsi üçün müraciət etmədinizmi? -Biz Türkiyənin Gürcüstandakı səfirinə müraciət etdik, eləcə də Gürcüstanın Ankaradakı səfirinə. Bilmirik bizi nədə təqsirləndirirlər, lap elə bircə dəlil ortaya qoysunlar ki, biz Gürcüstanın əleyhinə hansısa bir formada çıxış və ya hərəkət etdik. Bizə inanaq ki, həqiqətən Gürcüstana daxil olmamağımıza layiqik. Bu ilki Elat bayramında kimlərsə təxribat təşkil etdilər. Belə bir şeylərin olmasını eşidəndə ümumi qrupdan aralandıq, hakimiyyətin tərəfində dayandıq. -Təxribatlar barədə yadıma düşdü, sizin üçün güman ki, məlumdur ki, Borçalıda deyildiyinə görə, separatçı qruplar müxtariyyət tələb edirlər. Siz bu məsələ ilə əlaqədar nə gikirləşirsiniz? SEYFULLAH TÜRKSOY:- Biz, sözsüz ki, bunun əleyhinəyik. Bizim iş yerimizdə türk bayrağı ilə yanaşı gürcü bayrağı da asılıb. Bəziləri mənimlə zarafat da edirlər,- Gürcüstana satılıbsan,- deyirlər. Necə ola bilər ki, belə bir şeyin tərəfdarı olum? Mən, Türkiyə hakimiyyəti kimi, Gürcüstanın süverenliyinə və ərazi bütövlüyünə hörmət edirəm. Biz istəyirik ki, gürcü ictimaiyyəti bilsin ki, biz düşmən deyilik, gürcü dövlətniniəleyhdarları deyilik. Burda nəsə anlaşılmazlıq var, hər şey aydınlaşar. Biz TürkiyədəGürcüstandan gələn diaspor adından Gürcüstanın dirçəldilməsində fəal qatılmağa hazırıq. Biz turist, energetika. iqtisadi baxımından bizim əlaqələrdən və imkanlardan istidadə erməklə, Gürcüstana yardım etmək istəyirik. Gürcüstan babamın doğulduğu yerdir, onu necə sevəbilməyim və onun üçün xeyirxahlıq istəməyim?! Mənim çox böyük imkanlarım var idi və başqa baxımdan Türkiyədə fəaliyyət göstərmək imkanım vardır, lakin, nəyisə edirəmsə, Gürcüstana məhəbbətlə edirəm, istəyirəm bunu gürcü ictimaiyyəti bilsin. Gürcüstan hakimiyyətindən xahiş edirəm-Əgər Gürcüstan qarşısında hər hansı bir günahım varsa, desinlər, yoxsa da, üzümüzə qapını niyə bağlayırlar və məni və 5 nəfər dostumu Gürcüstana buraxmırlar! Yenə təkrar edirəm - Biz gürcü xalqına və Gürcüstana qarşı xoş əhval-ruhiyyədə olan insanlarıq! Mən jurnalistəm. Türkiyənin bütün tele kanalları ilə çıxış edə bilərəm, eləcə də Bi-Bi-Ci-nin və Si-En-En-in jurnalistləri ilə görüşə bilərəm və Gürcüstanda nəyin baş verməsini nəql edə bilərəm. Bunun axırı nə ola bilər, məncə, təsəvvür edirsiniz. Gürcüstanın adı necə xarab ola bilər, biznesmenlər necə şübhələnərlər, kontraktları necə dayandırarlar və ya gələcəyin perspetktivlərini ləğv edərlər. Istəmirəm bunu edəm, buna məni məcbur etməyin. MÖVSUM KAÇMAZ, Əslən Marneuli rayonunun Qızılhacılı kəndindən olan, Dünya Qarapapaq türkləri Birliyinin idarə heyətinin üzvü, biznesmen, avtomobil akseuarları zavodunun direktoru: -Mənim əcdadlarım Gürcüstandan idilər, onların xatirəsinə hörmət əlaməti olaraq Gürcüstana sevgilərimdən dolayı hər şeyi edirəm, istəmirəm mən də bu hiss öləzisin. Bilmirəm, Gürcüstan hökuməti məndən nə istəyir, niyə məni Gürcüstana buraxmırlar?! Əslən Gürcüstanda doğulan azərbaycanlıların törəməsiyəm. Mənim zavodumun girəcəyindəGürcüstan bayrağı asılıb. Gürcüstanı sevirəm. Gürcüstan isə məni düşmən elan edib. Mən babamın Gürcüstanda doğulması ilə fəxr edirdim. 1989-cu ildən sizin ölkəyə gedirəm və biznes fəaliyyətimi həyata keçirirəm. İndi Gürcüstan üçün qorxulu oldum? Bu il "Dmanisoba” bayramında oldum. Azərbaycan televiziyalarına müsahibə də verdim. Dedim ki, Gürcüstan, Azərbaycan vəTürkiyə arasında dostluq daha da möhkəm olmalıdır,-dedim. Həmişə belə düşünürdüm, indi də belə hesab edirəm. Siz jurnalistlər, dördüncü hakimiyyətsiniz, bu işi ayırd edin, əgər günahkaramsa, cəzalanım. Mənim əcdadlarımın doğilduğu yerə, elə mənim vətənimin əksinə çıxaram? Necə düşünürsünüz? Babamın şəxsiyyət vəsiqəsində 1924-cü il yazılıb, doğum yeri Tbilisi, Gürcüstan mənim vətənimdir. Mən Türkiyədə hakimiyyət komandasının nümayəndəsi ,tərəfkeşi var vəGürcüstanın əleyhinə iş görərərm? Bunu insan ümumiyyətlə, necə düşünə bilər. Biz 100 və 1000 deyilik, biz 60 minik. Bu 60 min insan ehtiyatını və biznes fəaliyyətini istifadə etməsən, bu ağılsızlıqdır. *** Bizim respondentlərin ürək ağrısı ilə danışdıqları problem müvafiq dövlət idarələrinin işi və preroqatividir. Lakin bu insanların belə sözsüz və bir əl çəkməklə persona non-qrat olaraq elan edilməsi, bölgədə Gürcüstanın adına ciddi şəkildə xələl gətirməsindən başqa investorlara maneçilik törədir və onların, başqa şey də deməsək, bizdə sərmayələrini həyata keçirmək istəyini də itirəcək. Bu barədə isə məncə, düşünməyə dəyər. Elə götürək, bu konktet iş barədəbəlli sualın verilməsi yenə də bizim ölkənin gələcəyi və nüfuzu üçün vacivdir. İranda KALANDADZE İstanbul-Bursa- Tbilisi
Gürcü dilindən tərcümə edən: Mirzə Məmmədoğlu