8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Böyük Britaniya parlamenti iyulun 4-də ölkədə keçiriləcək növbədənkənar parlament seçkiləri ərəfəsində rəsmən buraxılıb. Müvafiq bəyanat parlamentin saytında dərc olunub.
“Parlament cümə axşamı, mayın 30-da buraxılıb. İcmalar Palatasında və Lordlar Palatasında bütün işlər tamamlanıb. 2024-cü il iyulun 4-də keçiriləcək ümumi seçkiyə qədər İcmalar Palatasındakı bütün yerlər boş olduğu halda, indi heç bir Parlament üzvü yoxdur”, parlamentin bəyanatında deyilir.
Qurumun internet saytında daha əvvəl xəbər verilmişdi ki, Böyük Britaniya parlamenti Baş nazir Rişi Sunakın 4 iyul ümumi seçki tarixini elan etməsindən sonra mayın 30-da Cümə axşamı günü buraxılacaq. Ölkə qanunvericiliyinə uyğun olaraq, parlament təsdiq edilmiş səsvermə gününə 25 iş günü qalmış buraxılmalıdır. Belə ki, ləğvetmə tarixi mayın 30-na düşüb.