İranda qadın Prezident ola bilər


Elahiyan müraciət prosesinin üçüncü günündə Daxili İşlər Nazirliyinə gələrək namizədliyini açıqlayıb.

Qeydiyyat prosesi başa çatdıqdan sonra keçirilən mətbuat konfransında danışan Elahiyan, "Hökumətimin şüarı "sağlam hökumət, sağlam iqtisadiyyat və sağlam cəmiyyətdir" dedi. 

Elahiyan, "Sağlam bir hökumət özünü ölkədəki bütün işlərdən məsul görmək əvəzinə, gənclərin imkanlarından istifadə etməli və bu şəkildə yeni bir idarəçilik forması təklif etməlidir" dedi. .

Tibb həkimi Zöhre Elahiyan İran parlamentinin əvvəlki dönəmində Tehran, Rey, Şemiranat, İslamşəhr və Perdis seçki dairələrindən millət vəkili seçilib. Parlamentdə İnsan Haqları Komissiyasının sədri vəzifəsini icra edən Elahiyan 2023-cü ilin fevralında Avropa İttifaqı (Aİ) tərəfindən sanksiya siyahısına daxil edilib.

Digər tərəfdən, Tehran meri Əli Rza Zəkani, din xadimi və siyasətçi Mustafa Mirtacəddini, Zahidan müavini Fədahüseyn Maliki və keçmiş vali Həbibullah Dehmerde də namizədlik üçün müraciət edərək, seçkidə iştirak edəcək namizədlərin ümumi sayını 17-yə çatdırıblar.



Oxşar Xəbərlər

Xəbər lenti