8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Sənaye inqilabının baş verməsi ilə dünyada enerji ehtiyatlarına tələbat durmadan artdı. Cənubi Qafqaz regionu istər ticarət , istərsə də təbii sərvət cəhətdənönəmli yerə malikdir. Azərbaycan neft və qaz istehsalı iləbölgənin və dünyanın vacib ölkələrindən biri hesab olunur.Ancaq təəssüflər olsun ki, bu sərvətdən gələn gəlir uzun illər düzgün formada xalqın mənafeyinə uyğun istifadə olunmayıb. İstər Çar Rusiyası dövründə, istərsə də Sovet dövründə ölkəmizin təbii sərvəti mənimsənilmişdir.1991-cu il oktyabr ayında Azərbaycan öz müstəqilliyini elan etmişdir. Lakin 1991-1993-cü illər aralığında baş verən hadisələr- məcburi köçkün axını və hakimiyyət uğrunda gedən münaqişələr ölkənin müstəqilliyini təhlükə altına alırdı. Nəzərə alsaq ki,Azərbaycanın təbii sərvətlərinin çoxluğu başqa dövlətlərin diqqət mərkəzində olmuşdur.1993-cü ilin oktyabrında Ulu Öndər Heydər Əliyevin prezident seçilməsi ölkənin tarixində yeni səhifə açdı, onun idarəetməni öz əlinə alması ilə ölkədə hər şeyi dəyişdirdi. Ölkənin ağır iqtisadi vəziyyətini nəzərə alan Heydər Əliyev təbii sərvətlərdən çox məharətlə istifadə etməyi planlaşdırdı. Hər şey bu sərgi ilə başladı. Məhz Xəzər Neft və Qaz Sərgisi zamanı bir çox məşhur şirkətlər Azərbaycana gəlmiş ölkəmizin sərvətləri ilə yaxından tanış olmuşdular. Bu sərgidən qısa bir müddət sonra ölkəmizüçün ən əhəmiyyətli müqavilə olan “Əsrin müqaviləsi” imzalanmışdır.1994-cu ildəki bu hadisələr xəzərin dərinliklərinin daha yaxşı öyrənilməsini qarşıya məqsəd qoydu, neft vəqaz ixracı üçün yollar axtarıldı. Artıq Azərbaycan etibarlı enerji ixracatcısı olan ölkə kimi tanınır. Avropanın 8 ölkəsi Azərbaycanda istehsal olunan qazdan səmərəli istifadə edir. Möhtərəm prezidentimiz cənab İlham Əliyev öz çıxışında bildirmişdi ki, Azərbaycan külək enerjisindən də istifadə edə biləcək. Bunun üçün B.Ə.Ə –dan Masdar şirkəti ilə müqavilə imzalanmışdır. İlham Əliyev enerji təhlükəsizliyinin ölkənin əsas diqqətində olduğunu bildirmişdir. İlham Əliyev bildirmişdir ki, uzun illərdir Azərbaycanda imzalanan bütün müqavilələrin şərtlərinə ölkəmizdə əməl edilir.Ceyran NovruzovaSuraxanı rayonu, 114 nömrəli tam orta məktəbin direktoru
Sozcu.info